15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Məlhəmlər məlhəmi - Azad Müzəffərli yazır
Tarix: 18-04-2020 16:38 | Bölmə: Azad MÜZƏFFƏRLİ

Binanın həyətini bəşərin xoşbəxtlik himni başına götürmüşdü. Balacaların çal-çağırı hamının ruhunu oxşayırdı. İstirahət günüydü demənə uşaqların əksəriyyəti həyətdə vur-çatlasındaydılar. Dünya veclərinə deyildi. Baş-başa verən analar da öz haylarındaydılar.
Çözələmədikləri nəmənə qalmamışdı. Dünyanın siyasi mənzərəsindən tutmuş adi məişət qayğılarına qədər istənilən mövzunu çoxbilmişlər təkin incələməkdəydilər.
- Elxan, ciciş, gəl düşək həyətə sən də qoşul məhəllə uşaqlarına oyna, mən də mağazaya dəyim, qayıdıram... Sənə oyuncaq da, meyvə şirəsi də alacam, hə, qaqaş...
Oyuncaq, meyvə şirəsi adını eşitcək Elxan tezcənə anasına sarı götürüldü, onu qolundan dartıb həyətə sürüklədi. Anası onu həyətdəki rəfiqələrinə əmanət eləyib alış-verişə yollandı.
Azca keçmiş anası heç Elxanın umurunda da deyildi. Başı körpələrlə oynamağa nə təhər qarışmışdısa, dünya onundu. Böyüklərin ara-sıra xəbərdarlıqlarını da əslində kimsə vecinə almırdı. Hər kəsən öz hayındaydı. Elxanın qəfil çığırtısı bu əmin-amanlığı nə təhər pozdusa, gəl-görəsən. Səsini başına atmışdı. Bərk yıxıldığından dizi əməllicə-başlı göyərmiş, əllərinin içi isə qızarmışdı. Qonşular ha əlləşsələr də, kara gəlmədi. Balaca mələrtisini kəsmək bilmirdi, əksinə. Axırda əlacsız qalıb, yuxarı mərtəbədə yaşayan qadın həkimin dalınca götürüldülər. Xoşbəxtlikdən iş günü olmadığından o, evdəydi. Uşağa ürək-dirək verən həkim onun zədəsinə məlhəm yaxdı, əlini ovucuna alıb ehmallıca sığalladı.
- Hə, indi mənim bu qəşəng balam yaxşı oldu, sağaldı. Bu kişidi ey, kişi qırığı, sənə qurban, görürsünüz, daha heç ağlamır da...
Bayaqdan nisbətən də olsa kiriyən Elxan sanki bu kəlmələrə bəndmiş. Yenə səsi kəllə-çarxa qalxdı. Xoşbəxtlikdən bu məqamda mağazadan qayıdan anası övladının səsini tanıyaraq yüyrək özünü ona yetirdi, bağrına basdı. Xeyri olmadı, balaca bir az da səsinə güc verdi, elə bil, ətini kəsmişdilər. Çığırtısı ürəkləri dağlayırdı. Uşağın mələrtisinə özünü ona çatdıran qonşu - Xeyrəddin qoca üzünü üç yaşın içində olan körpənin anasına tutdu, göz-qaşla dizindən və əlindən öpməsinə işarə etdi. Əlacsızlıq içində çapalayan ana dərhal balasını öpüşə qərq etdi. Buna bəndmiş kimi artıq bəyirməkdən səsi kallaşan Elxan xırp çığırtısına son qoydu. Bərk-bərk anasına sarıldı. Bir daha səsi çıxmadı, elə bil, bayaqdan qışqırtısı göylərə bülənd olan bu deyildi.
P.S: Bu hekayənin ilk oxucusu (dinləyicisi) yanımdan əl çəkməyən 3 yaşlı nəvəm Humay Mövsümlü (öz təkidilə) oldu.
Bölməyə aid digər xəbərlər

(hekayə)

Müəllifin bütün yazıları - Azad MÜZƏFFƏRLİ
Bölməyə aid digər xəbərlər
9-08-2020, 16:22
Azad MÜZƏFFƏRLİ - Erməni qaraçıları, yoxsa, qaraçı ermənilər - Azad Müzəffərli yazır

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək