Tarix: 14-03-2016 17:01 | Bölmə: Gündəm / Xəbərlər

Ankrada baş vermiş dəhşətli terror aktına baxmayaraq, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana nəzərdə tutulan səfəri təxirə salınmayıb.
Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyindən Musavat.com-a verilən məlumatda deyilir. Səfirliyin mətbuat xidmətindən bildirilib ki, hazırda səfər hazırlıqları öz normal axarıyla davam edir və prezident Ərdoğanın Bakı səfərinin təxirə salınması ilə bağlı heç bir rəsmi təlimat yoxdur.
Qeyd edək ki, R.T.Ərdoğanın martın 15-də Bakıda, Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısında iştirak edəcəyi bildirilir. Səfirlikdən verilən məlumata görə, Türkiyə prezidentinin günorta saatlarında Bakıya gəlişi, axşam isə dönüşü nəzərdə tutulub. R.T.Ərdoğan əvvəlcədən nəzərdə tutulduğu kimi, Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısına da qatılacaq.
Xatırladaq ki, Türkiyə prezidenti bundan əvvəl Ankaradakı 17 fevral terroru ilə əlaqədar bir gün sonra Bakıya nəzərdə tutulan səfərini təxirə salmışdı.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək