Tarix: 14-03-2016 12:04 | Bölmə: Gündəm / Xəbərlər

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan ən böyük müəssisələrindən biri - "Aztelekom” MMC-yə baş direktor təyin olunub.
Reyting.az APA-ya istinadən xəbər verir ki, bu vəzifəyə Suat Paşayev gətirilib.
Qeyd edək ki, S.Paşayev buna qədər "Rcom” şirkətinin baş direktoru vəzifəsində çalışıb.
Xatırladaq ki, bu təyinata qədər "Aztelekom” MMC-nin baş direktoru Məhəmməd Məmmədov olub. M.Məmmədov barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. O Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.
Baş direktorla birlikdə daha bir neçə vəzifəli şəxs, o cümlədən "Aztelekom”un baş mühasibi Oqtay Rüstəmov də saxlanılıb.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək