Tarix: 16-02-2016 13:29 | Bölmə: Gündəm / Xəbərlər

Daxili işlər naziri Ramil Usubov polis general-mayoru
Mirqafar Seyidovun Bakı Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsinə təyinat
almasından sonra işdən çıxardığı yüksək rütbəli polis əməkdaşlarından
bəzilərinə vəzifə verib.
Onlardan biri daxili işlər orqanlarında təcrübəli şəxslərdən hesab olunan
BŞBPİ-nin Təşkilati-İnspektor İdarəsinin sabiq rəisi, polkovnik Əli Hacıyevdir.
O, Daxili Təhqiqatlar İdarəsinin rəis müavini vəzifəsinə gətirilib.
Bildirilir ki, idarənin sabiq rəisi, general-mayor Rasim Musayevin qəfildən
dünyasını dəyişməsindən sonra R.Usubov rəis vəzifəsinin müvəqqəti icrasını Əli
Hacıyevə tapşırıb.
Sumqayıt Şəhər Polis İdarəsinin keçmiş rəisi, polis general-mayoru Sahib Mirzəyevin
idarəyə rəis təyin oıunmasından sonra isə Ə.Hacıyev də nazrin əmri ilə idarə
rəisinin müavini vəzifəsinə keçirilib.
Xatırladaq ki, Mirqafar Seyidovun Ə.Hacıyevlə birlikdə işdən çıxardığı 9 yüksək
rütbəli şəxslə bağlı nazirliyin rəsmi məlumatında onların işlərində yol verdikləri
ciddi nöqsanlara görə işdən azad edildikləri qeyd olunmuşdu. İşdən çıxarılanlar
arasında Kadrlar İdarəsinin rəisi Səbuhi Cəfərov, Narkotiklərlə Mübarizə
İdarəsinin rəisi Musa Hacıyev və rəis müavini Mövsüm Qurbanov, Katibliyin rəisi
Namiq Aslanov, Təhqiqat Şöbəsinin rəisi Ayxan Bağırov da var idi.
AzNews.az
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək