15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Hansı qadın? - Fəxri Uğurlu yazır
Tarix: 06-03-2022 16:04 | Bölmə: Cəmiyyət / Xəbərlər

Fəxri UĞURLU
(Azərbaycan qızlarına 8 Mart təbriki yerinə)
Böyük rus yazıçısı Anton Çexovun “Qadası” (orijinalda “Duşeçka”) adlı bir hekayəsi var. Hekayənin qadın qəhrəmanı üç dəfə ərdə olur, hər üçündə özünü ərinə təmənnasız fəda eləyir, onların diliylə danışır. Əyalət teatrının rejissoruyla nikahlı olanda Olqa Semyonovna Plemyannikova hər fürsətdə teatrın problemlərindən söhbət salır, tamaşaçıların azlığından gileylənir, bir sözlə, ərinin dediklərini tutuquşu kimi təkrarlayır. Meşəçiyə ərə gedəndən sonra meşə təsərrüfatının qayğılarıyla yaşayır, qaraqabaq əri kimi əyləncədən uzaq durur. Cavan baytarla birgəliyi dövründə də onun dərdlərinə, fikirlərinə ortaq olur, həyata onun gözüylə baxır.
Olqa Semyonovna iki ərinə sədaqətlə yas tutur, onların axirət ağacını gözünün yaşıyla suvarır, hər birini rəhmətlə yad eləyir. Üçüncü əri birinci arvadıyla barışanda o da taleyilə barışır. Nəhayət, qalan ömrünü sonuncu ərinin yadigarı olan oğlancığaza bağışlayır, onun məktəb qayğılarıyla nəfəs alır, gecə-gündüz həyəcan keçirir ki, bir gün uşağın uzaqlara getmiş ata-anası peyda olub Saşanı onun əlindən alacaq...
Lev Tolstoy bu hekayənin qadın qəhrəmanına heyran olmuşdu, çünki özünü qurban verməyin ustası olan Olqa Semyonovnanın xarakteri onun qadınlıq idealına tam uyğun gəlirdi. Tolstoy ömrü boyu bu cür qadınları vəsf eləmişdi.
Çexov isə öz məzlum, zavallı qəhrəmanına həm acıyır, həm gülürdü. Əslində, yazıçı bu personajı Tolstoyla polemika zəminində, onun fədakar qadın obrazlarına - “Hərb və sülh”ün Nataşasına, knyajna Maryasına, “Anna Karenina”nın Kitisinə parodiya kimi yaratmışdı, Tolstoyun qadınlıq idealı saydığı surətləri gülünc planda təqdim eləmişdi.
Tolstoyun idealları Çexova yabançıydı. Əgər Tolstoy əsərlərini “həyat, insan belə yox, elə olmalıdır” iddiasıyla qələmə alırdısa, Çexov heç bir illüziyaya qapılmır, “həyat budur, belədir, bundan başqası olmayıb, olmayacaq da” deyirdi.
Tolstoy fədakarlığı qadın fitrətinin ən parlaq ifadəsi, qadınlığın ruhani siması kimi vəsf eləyirdisə, Çexov insan eqoizminin yenilməz olduğunu, eqonu aşırı bəsləməyin intihara apardığını (Madam Bovarinin, Anna Kareninanın aqibətini yada salaq), eqosunu əzdirənlərin miskin, məzlum hala düşdüyünü vurğulayırdı.
Doğrudan da, hansı qadın yaxşıdır - özünü sevdiyinə, doğmalarına sidq ürəkdən fəda eləyən, bir dindar sədaqətiylə ərinə təslim olan, nikaha müqəddəs ittifaq kimi yanaşan qadın, yoxsa qürurundan kimsəyə pay verməyən, nəinki atasının, qardaşının, ərinin, sevgilisinin, hətta övladının qarşısında belə əyilməyən, məncilliyini bütün cəbhələrdə qoruyan qadın? Başqa sözlə, kişilərlə əməkdaşlığa can atan, yoxsa kişilərə qarşı cəbhə açan qadın? Fədakarlığın dəbdən düşdüyü, feminizmin trendə çevrildiyi bir zamanda bu suallar bəlkə də gülünc görünür.
Şəxsən məndən soruşsalar, mənim özünü kişi kimi aparan qadına münasibətim qadın kimi davranan kişiyə münasibətimdən fərqlənmir. Təbiət insanı iki qütblü yaradıb - bu qütblər bir-birinə sarı gələndə həyat çiçək açır, bir-birindən aralananda ömrün xəzanı başlanır. Qadının kişiylə mövqe döyüşləri aparması sonda heç bir faydalı nəticəyə gətirməyəcək, əksinə, qadınlığın özünə zərbə vuracaq, onun öz mahiyyətini ifadə eləməsinə əngəl olacaq.
Qadın kişinin ikinci mənidir, onun nə daxili, nə də xarici mənzərəsi kişiyə bənzəməməlidir, əks halda kişi də, qadın da varlığının təməllərindən məhrum olar, insan təbiətinin tarazlığı, duyğuların harmoniyası pozular. İngiltərənin mərhum baş naziri Marqaret Tetçerin bir müsahibəsində dediklərini xatırlayıram; deyirdi ki, seçki kampaniyası zamanı keçirdikləri mitinqdə kütlənin içindən bir sadə zəhmət adamı uca səslə “Marqooo!..” deyə ona səslənib. Məlum olub ki, adam dəmir ledinin uşaqlıq məhəbbətiymiş. Axşam otelə qayıdan Tetçer, öz etirafına görə, səhərəcən yata bilməyib, sabaha qədər ağlayıb. Deyir həmin gecə anladım ki, mən dəmir-zad deyilmişəm...
Sağlığında onu da yazmışdılar ki, həmin Tetçer hər sabah ertə ərinin səhər qəhvəsini öz əliylə dəmləyib qarşısına qoyur. Bu faktı xüsusən də həyat yoldaşına bir stəkan çay süzüb verməyi özünə ar bilən saxta feministlərin, qadın faşizmi mövqeyində duran qızların, gəlinlərin nəzərinə çatdırmaq istərdim. Söhbət dünyanın taleyini dəyişmiş, qırmızı imperiyanı çökdürmüş bir qadından gedir!
Bir gerçəyi də heç vaxt unutmaq olmaz: yer üzündə qadına azadlığı kişilər verib (əlbəttə, söhbət hər kişidən getmir); əgər verməsəydilər, vermək istəməsəydilər, bəşəriyyətin zərif qismi yüz min il keçsə belə haqqına çata bilməzdi.
Milli ədəbiyyatımıza göz gəzdirək - ən parlaq, sevimli qadın obrazlarını kişi yazıçılarımız yaradıb. Dünya söz xəzinəsinə nəzər yetirək - qadınlar haqqında ən gözəl kitabları kişilər yazıb: “Madam Bovari”, “Salambo” (Flober), “Anna Karenina” (Tolstoy), “Asya” (Turgenev), “Tələ”, “Nana” (Zolya), “Həyat” (Mopassan), “Kerri bacı”, “Cenni Herhardt” (Drayzer), daha nələr...
Kişiylə bəhsə girən, kişiyə bənzəmək istəyən qadın eybəcər görünür. Qadın əzəli təbiətinin timsalına çevrildikcə gözəlləşir. Fədakarlıq qadının fitrətindədir. Kişiyə xas bütün gözəl duyğuları üst-üstə yığsan, bir analıq şəfqətinin yerini verməz. Özünü sevdiklərinə qurban demək qadının acizliyi, əfəlliyi deyil, onun gücü, qüdrəti, yer üzündəki hakimiyyətidir. Fədakarlıq qadına əskiklik gətirmir, tam tərsinə, onun gerçək ruhani mahiyyətini, metafizik cövhərini üzə çıxarır. Başqa sözlə desəm, qadının gücü onun zəifliyindədir. Əsl qadın olmağın, qadınlıq ruhuna, qadın xislətinə sadiq qalmağın ayrı yolu yoxdur. Olmayıb, olmayıb, olmayacaq da!(yeniazerbaycan.com)
Reyting.az
Bölməyə aid digər xəbərlər

13-02-2026, 13:28
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13-02-2026, 13:04
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
13-02-2026, 12:32
Sabahın hava proqnozu açıqlanıb
13-02-2026, 12:12
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
13-02-2026, 10:19
Şəhid oğlu direktor təyin edilib
12-02-2026, 19:52
Naxçıvan səhiyyə nazirinin birinci müavini vəzifəsi ləğv edilib
12-02-2026, 18:16
Avropanın effektiv yuxu üçün ən yaxşı və ən pis şəhərlərinin adı açıqlanıb - Siyahı
12-02-2026, 17:52
Sabah güclü külək əsəcək - Sarı xəbərdarlıq
12-02-2026, 17:04
Nazirlik gənc əsgərlərin yaxınlarına müraciət edib
12-02-2026, 16:34
Sabirabadda 11 yaşlı uşaq qidadan zəhərlənib
12-02-2026, 12:37
Sabah hava necə olacaq? - Proqnoz
12-02-2026, 12:19
Qrant müsabiqəsinin qalibləri açıqlanıb - Siyahı
12-02-2026, 12:08
Füzulidə əməliyyat: keçmiş məhkum saxlanılıb
12-02-2026, 11:21
Fevralın 15-də 22 mindən çox bakalavr magistraturaya imtahan verəcək
12-02-2026, 10:37
Bakıda ər-arvad dəm qazından zəhərlənib
12-02-2026, 10:20
Səhralarda sirli mikrotunellər tapılıb - Foto
11-02-2026, 19:42
Audiovizual Şura "Kinobox" və "Mahnı" TV-yə lisenziya verib
11-02-2026, 16:51
Hospital rəisi vəzifədən azad edilib
11-02-2026, 14:20
Dövlət əleyhinə çağırışlar edən şəxs barəsində qərar verilib
11-02-2026, 12:28
“QHT işi” üzrə ittiham olunan fond əməkdaşının məhkəməsi başlayıb
11-02-2026, 11:48
Cəlilabadda üç nəfər narkotiklə tutulub
11-02-2026, 11:09
Nikahdankənar doğulanların statistikası təqdim olunub - Siyahı
11-02-2026, 10:34
Xalq artisti İlhamə Quliyevanın bacısı qızı həbs edilib
10-02-2026, 17:34
Keçmiş hərbi komissarı məhkəmə zalında həbs ediblər
10-02-2026, 16:53
Daha bir qanuna dəyişiklik edilib
10-02-2026, 12:36
Sabah Bakıda və bölgələrdə qar yağacaq - Proqnoz
10-02-2026, 10:53
İdarə rəisi müşavir təyin olunub
10-02-2026, 08:23
Planetin 10 faizi "ChatGPT"-dən istifadə edir
9-02-2026, 22:34
Alıcı süni intellekti aldadaraq 8000 avro qazanıb
9-02-2026, 19:47
Əli Kərimlinin həbs müddəti uzadılıb
9-02-2026, 17:38
Sabah Azərbaycanda külək güclənəcək - Xəbərdarlıq
9-02-2026, 16:16
Klinika sahibinin oğlu haqda hökm dəyişib
9-02-2026, 15:16
Qarşıdakı iki gündə temperatur 8 dərəcə enəcək - Xəbərdarlıq
9-02-2026, 15:10
Eldar Quliyev həm deputatdır, həm rektor... - Qanun nə deyir?
9-02-2026, 14:33
İki həkim həbs edilib - Məhkəmə zalında
9-02-2026, 14:05
Bələdiyyələrlə bağlı 14 cinayət işi açılıb
9-02-2026, 13:03
Sabah Bakıya və bölgələrə qar yağacaq - Proqnoz
9-02-2026, 12:49
Azərbaycana narkotikin keçirilməsinin qarşısı alınıb
9-02-2026, 10:13
DİN: İki nəfər 21 kq narkotiklə saxlanılıb
9-02-2026, 07:54
Ən mavi və təmiz suyun yeri müəyyənləşib
9-02-2026, 07:47
Müsəlman ölkəsi üçün milli "ChatGPT" versiyası hazırlanır
8-02-2026, 22:52
London-Dehli sərnişin təyyarəsi Bakıya məcburi eniş edib
8-02-2026, 14:42
Sabah hava necə olacaq? - Proqnoz
7-02-2026, 20:04
Sumqayıtda bir ailənin dörd üzvü dəm qazından zəhərlənib
7-02-2026, 16:31
Müəllimi güllələməkdə ittiham olunan şagird həbs edilib
7-02-2026, 12:50
Sabah hava necə olacaq? - Proqnoz
6-02-2026, 19:12
Yupiterin ölçüsünü dəqiqləşdiriblər
6-02-2026, 18:07
Bakıda ağac kəsənlər barədə material prokurorluğa göndırilib
6-02-2026, 16:22
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
6-02-2026, 15:32
Vüqar Səfərlinin əmlakının müsadirəsi barədə qərar ləğv olunub
13-02-2026, 14:58
Sabiq icra başçısının həbs müddəti uzadılıb
13-02-2026, 14:54
Sanki bir mələk… - Din xadimi yazır
13-02-2026, 14:32
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
13-02-2026, 12:01
Bakıda bələdiyyələr birləşə bilər
13-02-2026, 08:29
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
13-02-2026, 07:59
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
13-02-2026, 00:03
Bibliyada adı keçən çayın yeri tapılıb?
12-02-2026, 18:48
Azərbaycan ərazisində zəlzələ olub
12-02-2026, 18:31
Antarktidada itən cihazı yadplanetlilər aparıb? - Foto
12-02-2026, 17:33
Nazir direktorları vəzifədən azad edib
12-02-2026, 16:55
Kamran Əsədovun məhkəmə prosesi keçirilir
12-02-2026, 14:49
Departament: "Vensin Bakıya səfəri..."
12-02-2026, 14:17
Mart ayında 3 gün ardıcıl qeyri-iş günü olacaq
12-02-2026, 13:30
Mədəniyyət Mərkəzində uşaq bağçası? - Foto
12-02-2026, 12:53
Toyota Bakı Mərkəzinin baş direktorunun meyiti tapılıb
12-02-2026, 11:58
Səmada təyyarənin mühərriki partlayıb
12-02-2026, 11:24
Ruslar Kiyevə ballistik raketlərlə zərbə endirib - Foto
12-02-2026, 10:38
Dəm qazından daha iki nəfər dünyasını dəyişib
12-02-2026, 10:04
Bolqarıstanda "Şuşa Parkı" salınacaq - Fotolar
12-02-2026, 09:36
33 yaşlı kişi tüstüdən boğularaq ölüb
12-02-2026, 09:07
Tramp Netanyahu ilə görüşdən məmnun qalıb
12-02-2026, 08:50
Qəzzada 72 045 nəfər öldürülüb
12-02-2026, 00:03
Zelenski Putinlə bir şərtlə görüşməyə hazırdır
11-02-2026, 21:52
Hərbçi dəm qazından ölüb
11-02-2026, 16:43
Prezident qrantlara bağlı fərman imzalayıb
11-02-2026, 15:31
Avropanın dronlarla mübarizə planı var
11-02-2026, 14:38
Pensiyalar yeni artımla birgə ödəniləcək
11-02-2026, 13:24
Zelenski Ukraynada prezident seçkiləri elan edəcək
11-02-2026, 13:10
Bakı və Əbu-Dabi şəhərləri qardaşlaşıb
11-02-2026, 12:33
Dağlıq ərazilərdə 15 dərəcə şaxta olacaq - Proqnoz
11-02-2026, 12:06
Çin növbəti texnoloji yeniliyini təqdim edib
11-02-2026, 09:59
Kollecə direktor təyin edilib
11-02-2026, 08:32
Donald Tramp yenə İranı hədələyir
10-02-2026, 18:55
Dəm qazı nənə və nəvənin həyatına son qoyub
10-02-2026, 17:28
Dövlət Agentliyinə sədr müavinləri təyin edilib
10-02-2026, 12:40
"Təhsil haqqında" qanuna dəyişiklik edilib
10-02-2026, 12:31
Ukraynada Rusiyanın 325 min hərbçisi öldürülüb
10-02-2026, 12:25
Ruben Vardanyanın məhkəməsi davam etdirilir
10-02-2026, 12:05
Gömrük Komitəsində yeni təyinatlar olub
10-02-2026, 10:33
“Bravo”nun vəzifəli şəxsi döyülüb
10-02-2026, 10:16
Tahir Budaqov kollektivə təqdim olunub
10-02-2026, 10:08
Zaur Axundov ev dustaqlığına buraxılıb
10-02-2026, 09:02
Rus modelləri Epsteynə işləyirmişlər
10-02-2026, 08:49
Avtomobil yoluna enən təyyarə beş avtomobilə çırpılıb
10-02-2026, 08:23
Planetin 10 faizi "ChatGPT"-dən istifadə edir
9-02-2026, 22:01
Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib - Yenilənib
9-02-2026, 20:14
Məhkəmə baş redaktor barəsində qərar verib
9-02-2026, 20:08
Ramiz Mehdiyevin köməkçisinin həbs müddəti uzadılıb
9-02-2026, 18:13
General-leytenant hakim qarşısına çıxarılacaq
9-02-2026, 17:55
Vens Ermənistanda səfərdədir - Fotolar

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək