Tarix: 05-06-2017 14:02 | Bölmə: Cəmiyyət / Xəbərlər

Təhsil ilnin bitməsinə sayılı günlər qalır. Amma tədris ilinin yekununda bəzi valideynlər narazı salan məqam var. Valideynlər dərs proqramlarının mayın sonunda bitməsindən, uşaqlar məktəblərdə boş vaxt keçirməsindən narazıdırlar.
Reyting.az-ın xəbərinə görə, Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov Modern.az-a açıqlamasında narazılığın əsassız olduğunu deyib.
"Bu cür fikirlər səsləndirməyin əsası yoxdur. Sadəcə, valideynlər narazılığı onunla əlaqədardır ki, uşaq saat 8-in yarısı durur, hazırlaşır, valideyn də övladını məktəbə aparır. Valideyn bunu özünə problem hesab edir. Dərs proqramlarının bitməsi bəzən müəllimdən asılı olur. Əgər müəllim istəsə, proqramı yanvar ayında da bitirə bilər, aprel ayında da. Bütün hallarda proqramın detalları mövcuddur. Mövzunun təkrar keçirilməsi, yeni mövzuların verilməsi və sairə”.
Nazirlik rəsmisi, bu ilki qəbul imtahanlarında yüksək nəticə göstərən şagirdlərin dərsə gəlməsi məsələsinə də toxunub.
"Orta məktəb şagirdi fərdi hazırlığın hesabına 700 bal toplayıb. O demək deyil ki, o, məktəbə getməməlidir. Həm də şagirdlər məktəbə bal toplamaq üçün getmir ki! Hesab etməməliyik ki, hər hansı uğur əldə edən şagird məktəbə getməməlidir. İyunun 14-nə kimi dərsə getmək tələbdir. Bu, məcburi sistemdir. Konstitusiyada və "Təhsil haqqında” qanunda da belədir. Təhsil sistemi ilə bağlı dövlətin qaydaları var. Sentyabrın 15-i dərslər başlayır, iyunun 14-ü bitir”.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək