Tarix: 01-06-2017 13:21 | Bölmə: Cəmiyyət / Xəbərlər

"Azərbaycan müəllimlərinin 95 faizi fəaliyyətinin diaqnostik qiymətləndirilməsində iştirak edib. Bu qiymətləndirmə əsasında müəllimlərin maaşı 2 dəfə artırılıb”.
Reyting.az saytı "Report"a istinadla xəbər verir ki, bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Sosial məsələlər, sağlamlıq və davamlı inkişaf üzrə komitəsinin iclasında çıxışı zamanı təhsil naziri Mikayıl Cabbarov deyib.
Təhsil naziri bildirib ki, ölkə prezidenti tərəfindən təhsil sahəsində Milli strategiya 2013-cü ildə təsdiq edilib: "Bu ilk strategiya olub. Burada aydın şəkildə təhsil sahəsində inkişaf məqsədləri müəyyən edilib. Son 4 il ərzində Azərbaycanda orta məktəb şagirdləri daha yaxşı akademik fəaliyyət həyata keçiriblər. Bu sahədə 17 faiz artım müşahidə edilib. Universitetlərə qəbul qiymətləndirlməsində nəticələrin daha yüksək olması qeydə alınıb. Məktəbəqədər təhsil siteminə çıxış asanlaşdırlıb. Bu çox vacibdir və xalqın uzunmüddətli inkişafına təsir edir”.
Təhsil naziri bildirib ki, bizim qənaətbəxş məktəbəqədər təhsil sistemimiz yox idi: "Məsələləni çətinləşdirən səbəblərdən biri də bu müəssisələrin qaçqın və məcburi köçkünlər tərəfindən tutulması idi. Məktəbəqədər təhsil müəsssiələrinə uşaqları gətirmə faizi 18 faiz idi. Biz daha sonra kapital genişlənməsi həyata keçirdik. 3 il ərzində 18 faiz 55 faizə qalxdı”.
M.Cabbarov qeyd edib ki, təhsil sahəsində müxtəlif xidmətlər onlayn formada təmin olunub: "Xarici diplomların tanınması, elektron qaydada məktəbə yazılmaq və sair bu xidmətlərə aiddir”.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək