Tarix: 18-02-2017 18:11 | Bölmə: Cəmiyyət / Xəbərlər
Dərmanların
qiyməti dolların məzənnəsindən asılı olacaq.
Reyting.az Tarif (Qiymət) Şurasına istinadən xəbər verir ki, dərmanların qiymətlərinin tənzimlənməsi barədə yeni qaydalar təsdiq edilib.
Bu qaydalara görə, dərmanların qiymətini Tarif Şurası birbaşa müəyyən etməyəcək və o, topdansatış şirkətlərinin aldığı qiymətə xüsusi əlavə edilməklə satılacaq.
Topdansatış şirkəti dərmanın üstünə alış qiymətinin 20 faizindən artıq vəsait qoya bilməyəcək. Dərmanların qiyməti alış qiyməti artdıqca azalacaq.
Topdansatış şirkəti 5-20 manat qiymətin üzərinə 17 faiz, 20-50 manat qiymətin üzərinə 13 faiz, 50-100 manat arasında dəyişdikdə isə 7 faiz əlavə edə bilər. 100 manatdan sonra isə topdansatış şirkəti yalnız 3 faiz əlavə edə bilər.
Aptek (pərakəndəsatış) qiymətlərində ticarət marjası nisbətən yüksəkdir və 50 manata qədər dərmanlarda 20 faiz təşkil edir, 50-100 manat arasında 13 faiz, 100 manatdan artıq olduqda isə 11 faiz olacaq.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək