Tarix: 30-11-2016 10:26 | Bölmə: Cəmiyyət / Xəbərlər

Dekabrın 1-dən etibarən 8 rayonda – Şamaxı, Qobustan, Siyəzən, Şabran, Xızı, Quba, Qusar, Xaçmaz rayonlarında analoq televiziya yayımı dayandırılacaq.
Bu barədə Milli Televiziya və Radio Şurasının (MTRŞ) Texniki şöbəsinin müdiri İsa Məmmədov məlumat verib.
İ.Məmmədov deyib ki, MTRŞ-nın noyabrın 18-də bununla bağlı qəbul etdiyi qərarda dəyişiklik yoxdur:
"Dekabrın 1-dən 8 rayonda analoq televiziya yayımı dayandırılacaq. Həmin gün ümumi rayonlar üzrə quraşdırılmış təxminən 330 analoq televiziya stansiyasından 77-si söndürüləcək. 330 analoq televiziya stansiyasını hələlik 145 rəqəmli televiziya stansiyası əvəz edəcək. Amma gələcək günlərdə rəqəmli TV stansiyalarının sayı 190-a çatdırılacaq".
İ.Məmmədov bildirib ki, sonrakı mərhələdə 32, daha sonra 14 rayonda analoq yayım dayandırılacaq.
Qeyd edək ki, Milli Televiziya və Radio Şurası əhalinin rahatlığının təmin edilməsi, analoq TV qəbulediciləri vasitəsilə rəqəmli TV yayımının izlənməsi üçün tələb olunan zəruri avadanlığın – dekoderlərin ("Set-Top-Box”-ların) əldə olunması işinin asanlaşdırılması məqsədilə respublikanın regionlarında analoq yayımın mərhələli şəkildə dayandırılması məqsədəmüvafiq hesab edib və Şuranın 10 saylı qərarında dəyişiklik olunub. Dəyişikliyə əsasən, regionlarda analoq yayımın dayandırılmasının 3 mərhələdə həyata keçirilməsi barədə qərar qəbul edilib.
II mərhələdə analoq yayımın (dekabrın 10-dan) Ağsu, İsmayıllı, Kürdəmir, Zərdab, Saatlı, Sabirabad, Ağcabədi, Ağdam, Ucar, Gəncə, Samux, Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Ağstafa, Qazax, Tovuz, Tərtər, Naftalan, Bərdə, Goranboy, Mingəçevir, Yevlax, Ağdaş, Göyçay, Qəbələ, Oğuz, Şəki, Zaqatala, Balakən, Qaxda, III mərhələdə (dekabrın 20-dən) Şirvan, Salyan, Neftçala, Haciqabul, İmişli, Beyləqan, Füzuli, Cəlilabad, Biləsuvar, Lənkəran, Masallı, Yardımlı, Lerik, Astarada dayandırılması nəzərdə tutulur. (Report)
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək