Tarix: 21-11-2016 12:24 | Bölmə: Cəmiyyət / Xəbərlər

Səhiyyə Nazirliyi daha bir dərman preparatının dövlət qeydiyyatını ləğv edib.
Reyting.az-ın xəbərinə görə, bu barədə "Report”a nazirliyin Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.
Məlumata görə, "Alcon Pharmaceuticals LTD” şirkətindən Səhiyyə Nazirliyinə daxil olan müraciətə əsaslanaraq, DV №14-00820 qeydiyyat vəsiqəli "Kvinaks” ticari adlı azapentacene polysulfonate sodium 0.15 mq/ml tərkibli göz damcısı 15 ml flakonda №1 dərman vasitəsinin dövlət qeydiyyatı ləğv edilib.
Ərizəçi şirkətin müraciətində göstərilib ki, "Kvinaks” ticari adlı azapentacene polysulfonate sodium 0.15 mq/ml tərkibli göz damcısı 15 ml flakonda №1 dərman vasitəsinin konsentrasiyası zamanla azalır və bu hal yararlılıq müddəti ərzində dərman vasitəsinin keyfiyyətinə təsir edir. Şirkət bununla əlaqədar olaraq dərman vasitəsinin qeydiyyatda olduğu dövlətlərdən geri çağırılması və istehsalının dayandırlması barədə qərar qəbul edib.
Yuxarıda qeyd olunanları nəzərə alaraq, dərman vasitəsi Azərbaycan Respublikası Dərman vasitələrinin dövlət reyestrindən çıxarılıb, topdan və pərakəndə satış əczaçılıq müəssisələrindən geri çağırılıb.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək