Tarix: 02-11-2016 14:37 | Bölmə: Cəmiyyət / Xəbərlər

Azərbaycanda ilk dəfə tətbiq olunan trans-telefon EKQ sisteminin əməli fəaliyyəti Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında həyata keçirilib.
Reyting.az–ın xəbərinə görə, bu barədə Trend-ə Tədris Terapevtik Klinikasının kardioloqu Fərid Əliyev məlumat verib.
F.Əliyev bildirib ki, bu, normal EKQ sistemi olmaqla, xəstənin üzərində daşına bilinən funksiyası var: "Sistem mobil telefon vasitəsilə idarə olunur. Xəstənin harada olmasından asılı olmayaraq, GSM xətti üzərindən işləyir. Həkim istədiyi zaman xəstə ilə bağlantı quraraq (əsasən internet və telefonların işlədiyi yerdə) xəstədə olan şikayətləri izləyə bilir. Xəstənin hər hansı şikayəti olduğu halda bir düyməyə basmaqla kardioqram qeydlərini aparır. Bu sistem əsasən nadir şikayətləri olan (3-4 ayda bir) və riskli xəstələr üçün istifadə olunur”.
Cihazın əsas özəlliklərini vurğulayan həkim bu cihazın mobil şəbəkənin olmadığı yerlərdə xəstə ilə bağlı şikayətləri qeyd etdiyini və mobil şəbəkəyə keçildiyi andan etibarən lazımi məlumatları birbaşa mərkəzə ötürdüyünü də bildirib.
F.Əliyev onu da qeyd edib ki, bu sistem sayəsində xəstədəki ürək ritminin 24 saatlıq nəzarəti uzunmüddətli (aylıq) aparılır.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək