Tarix: 23-09-2016 12:25 | Bölmə: Cəmiyyət / Xəbərlər

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Qızıl Məryəm” ləqəbli iş adamı Namet-zadə Məryam Tofiq qızını qətlə yetirməkdə təqsirləndirilən onun qızı Günel Hüseynova, onun xalası oğlu Nicat Eyvazov və dostu Ceyhun Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Reyting.az "Qafqazinfo”ya istinadla xəbər verir ki, hakim Eynulla Vəliyevin sədrliyi ilə ilkin baxış iclası keçirilib. Müdafiə tərəfi vəsatət verərək cinayət işində ailə sirrinin pozulması və adıkeçən şəxslərin intim münasibətlərinə dair məlumatlar olduğu üçün prosesin qapalı keçirilməsini istəyib. Məhkəmə kollegiyasının qərarı ilə vəsatət təmin olunub və proses qapalı elan edilib.
Qeyd edək ki, yanvarın 5-də saat 09 radələrində 1965-ci il təvəllüdlü Namet-zadə Məryam Tofiq qızının yaşadığı mənzilində 41 bıçaq zərbəsi vurulmuş meyiti tapılıb.
Cinayətin mərhumun qızı 1988-ci il təvəllüdlü Günel Hüseynova, qohumu (bacısı oğlu) 1998-ci il təvəllüdlü Nicat Eyvazov və 1997-ci il təvəllüdlü Ceyhun Əsgərov tərəfindən törədilməsində əsaslı şübhələr olduğundan onlar tutularaq istintaqa cəlb olunublar.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək