Tarix: 01-02-2016 14:02 | Bölmə: Cəmiyyət / Xəbərlər

Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar Komitəsi tərəfindən "Qəbiristanlıqlar haqqında” yeni qanun layihəsi hazırlanıb.
Qanun layihəsi Milli Məclisin müvafiq komitələrinin, o cümlədən müvafiq dövlət qurumlarının müzakirəsinə təqdim edilib. Müzakirələrdən sonra qanun layihəsinin təklif edilən düzəlişlər də nəzərə alınmaqla Milli Məclisin plenar iclasına çıxarılması nəzərdə tutulur.
Yeni hazırlanan qanun layihəsinə münasibət bildirən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmaylov Trend-ə deyib ki, qanun layihəsinin qəbulundan sonra bu sahə kifayət qədər tənzimlənəcək:
"Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dəfələrlə bildirib ki, bu sahənin tənzimlənməsinə ciddi ehtiyac var. Biz dəfələrlə bu istiqamədə mövqeyimizi bildirmişik və təşəbbüs irəli sürmüşük. Milli Məclis tərəfindən belə bir qanunun hazırlanması tədqirəlayiqdir. Güman edirəm ki, bu qanun layihəsinin qəbulundan sonra bu sahə kifayət qədər tənzimlənəcək və bu sahədəki problemlər həllini tapacaq”.
Milli Məclisin Reqional Məsələlər Komitəsinin üzvü Tahir Rzayev də Trend-ə bildirib ki, yeni qanun layihəsi bu gün üçün vacib olan bir məsələdir.
T.Rzayev deyib ki, qanun layihəsinin qəbul olunmasından sonra qəbiristanlıqlarda nizam-intizam bərpa olunacaq:
"İndi kim harda istəyir vəfat etmiş yaxınını dəfn edir, ara məsafələri, keçid üçün yollar qoymurlar, bir adam gedib beş qəbrin yerin hasara salıb orada bir nəfəri dəfn edir, başqaları isə yer tapa bilmir, biri çox böyük və bahalı qəbir düzəltdirir, o birinin qəbri onun kölgəsində qalır. Amma yeni qanun layihəsində bu məsələlər nizamlanır, qəbirlərin hamısının ölçüsünün eyni olması, standart ara məsafələrinin qoyulması nəzərdə tutulur”
Qeyd edək ki, "Qəbiristanlıqlar haqqında” yeni qanun layihəsində qanun qəbiristanlıqların mühafizəsi, qəbrlər üçün torpaq sahələrinin ayrılması, qəbir daşlarının ölçülərinə nəzarət olunması və s. məsələlərin tam olaraq bələdiyyələrə həvalə olunması nəzərdə tutulur.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək