Tarix: 15-09-2016 09:32 | Bölmə: Cəmiyyət / Xəbərlər

Azərbaycanda yeni müasir tələbə yataqxanası inşa ediləcək.
Reyting.az-ın xəbərinə görə, Təhsil naziri Mikayıl Cabbarov APA-ya müsahibəsində deyib ki, ali təhsil müəssisələrində, xüsusilə böyük şəhərlərdə, ilk növbədə paytaxtda tələbə yataqxanalarının az olmasının, bir çox universitetlərdə isə ümumiyyətlə olmamasını səbəbləri yaxşı məlumdur: "Bizim təşəbbüsümüzə müsbət cavab verərək Heydər Əliyev Fondunun dəstəyi və təşəbbüsü əsasında şəhərimizin mərkəzi hissəsində 1000 nəfərlik tələbə yataqxanasının layihəsinə start verilib. Bu layihə dövlət-özəl tərəfdaşlığının daha bir nümunəsidir. Hazırda layihələndirmə işləri başa çatdırılıb və yaxın günlərdə tikinti işlərinə başlanacaq. Müasir tələbə yataqxanası bu gün mövcud olan ən müasir standartlara uyğun olaraq tələbə infrastrukturunu və bugünkü həyat tərzini nəzərə almaqla inşa ediləcək”.
Təhsil naziri qeyd edib ki, yeni yataqxana layihəsi dövlətin müvafiq ali təhsil müəssisəsinin, xüsusilə Dövlət Neft və Sənaye Universitetinin balansında olan ərazilərdə həyata keçiriləcək: "Lakin bu layihənin özəlliyi var. Biz belə bir fəlsəfə və siyasət həyata keçirəcəyik ki, yalnız Dövlət Neft və Sənaye Universitetinin tələbələri deyil, ehtiyacı olan digər ali təhsil müəssisələri də tələbələrini müvafiq kvotalara uyğun olaraq, həmin tələbə yataqxanalarında yerləşdirmək imkanı qazansınlar”.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək