Tarix: 26-01-2016 14:34 | Bölmə: Cəmiyyət / Xəbərlər

Bakıda taxıl kombinatının direktorunu qətlə yetirən şəxslərin adları məlum olub.
Lent.az-ın hüquq-mühafizəorqanlarındanəldəetdiyi məlumata görə, Hövsan qəsəbəsində 1963-cü il təvəllüdlü Bağırov Qabil Arif oğlunu qətlə yetirən şəxslərin Həsənov Ehtiram Hətəm oğlu, Hüseynova Mahnurə Heydərəli qızı və Əliyev Mübariz Soltanəli oğlu olmasımüəyyən edilib.
Məlum olub ki, Hövsan qəsəbəsindəki evdə tək yaşıyan Q.Bağırovun M.Hüseynova iləmünasibəti olıub və qadının onun evinəgediş-gəlişi olub. Daha sonra M.Hüseynova tanışları ilə birgə plan quraraq Q.Bağırovu yaşadığı evdə qətlə yetirib.
O da məlum olub ki, hadisə tamah məqsədi ilə törədilib. Lakin cinayətkar qrup evdən planlaşdırdığı məbləğdəpul apara bilməyib. Çünki Q.Bağırov hadisədən əvvəl evdəki pullarını apararaq iş yerindəki seyfə yerləşdiribmiş.
Qeyd edək ki, yanvarın 8-də Q.Bağırov yaşadığı evdə çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirilib. Meyit müayinə olunarkən onun boğazında boğulmaya xas əlamətlər də aşkarlanıb.
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən 3 nəfər saxlanılıb.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək