Tarix: 03-08-2016 12:00 | Bölmə: Cəmiyyət / Xəbərlər

Qəbul imtahanlarının nəticələri ilə əlaqədar yaradılmış Apellyasiya Komissiyasına müraciətlər abituriyentlərin xeyrinə həll edilib.
Reyting.az bildirir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) publika.az-a verilən məlumata görə, 23 iyul 2016-cı il tarixində ali təhsil müəssisələrinə II ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında A və C variantlarında coğrafiya fənni üzrə istifadə edilən 75 saylı test tapşırığı açıq tiplidir və uyğunluğun müəyyən edilməsi tələb olunur.
Test tapşırığı elmi-metodiki baxımdan doğrudur və ümumtəhsil məktəblərində istifadədə olan VIII sinif "Coğrafiya" dərsliklərinə əsaslanır.
Qəbul imtahanında yüksək bal toplayan və bu tapşırığı cavablandıran 17 abituriyent test tapşırığının həllində IX sinif dərsliyi ilə VIII sinif dərslikləri arasındakı incə bir fərqi də dərindən təhlil edərək, bununla bağlı Apellyasiya Komissiyasına müraciət ediblər. Apellyasiya Komissiyası tərəfindən bu məsələ araşdırılıb və müraciət edənlərin xeyrinə həll edilib.
Qeyd olunduğu kimi, test tapşırığı açıq tiplidir və Apellyasiya Komissiyasının qərarı yalnız ona düzgün cavab verən abituriyentlərə şamil olunur.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək