Tarix: 22-07-2016 13:48 | Bölmə: Cəmiyyət / Xəbərlər

Bakı Slavyan Universitetində (BSU) kadr islahatları başlayıb.
BSU-nun iki yüksək vəzifəli əməkdaşı işdən azad olunub. Bunlar BSU-nun Kadrlar və Beynəlxalq Əlaqələr şöbələrinin müdirləridir. Bundan başqa, onlarla əməkdaş BSU-dakı vəzifələrindən azad olunmaqla bağlı ərizələr yazıblar.
Yeni rektor təyinatından sonra BSU-nun inzibati binasında təmir işlərinə də başlanılıb.
BSU-nun mətbuat katibi Adil Əliyev açıqlamasında Kadrlar və Beynəlxalq Əlaqələr şöbələri rəhbərlərinin işdən çıxarıldığını təsdiqləyib: "Onlar ərizə yazaraq öz xahişləri ilə vəzifələrindən azad olunublar”.
BSU sözçüsü digər əməkdaşların işdən çıxması barədə ərizə yazmasına münasibət bildirməyib. Bununla belə, o, universitetdə təmir işləri aparıldığını da təsdiqləyib.
Xatırladaq ki, bu il iyunun 23-də Nurlana Əliyeva BSU-ya rektor təyin olunub. Yeni rektor mətbuata açıqlamasında kadr dəyişikliklərinin olacağını bəyan edib. (Report)
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək