Tarix: 21-01-2016 14:29 | Bölmə: Cəmiyyət / Xəbərlər

"Rayon icra hakimiyyətlərinin başçıların təcili Bakıya çağrılıb.Bu gün Prezidentin Administrasiyası rəhbərliyinin iştirakı fövqəladə toplantı keçiriləcək.
Bu barədə istiqlal.az-a hakimiyyətdəki mənbələrdən məlumat daxil olub.
Məlumatda bildirilir ki,, toplantıda devalvasiyadan sonrakı durum müzakirə olunacaq və yeni reallıqlarla bağlı icra başçıları təlimatlandırılacaq: "Regonlarda mütəmadi xarakter alan devalvasiya əleyhinə etiraz aksiyaları hakimiyyətin üst qatında ciddi narahatlıq yaradıb. Ona görə də hakimiyyət qabaqlayıcı tədbirlər görməyə qərar verib.”
Mənbənin sözlərinə görə, hazırda iqtisadi və sosial reallıqlar dəyişdiyindən yeni təlimatlara ehtiyac yaranıb: "Əvəllki idarəetmə metodları indiki şəraitə yararlı deyil. Standartları dəyişmək vaxtıdır. İndi icra hakimiyyəti daha çox əhali ilə ünsiyyətdə olmalı və şikayətlərə həssas yanaşmalıdırlar. Toplantının məqsədi də bu durumu icra başçılarına izah etməkdir. ”
Yaxınlarda bir necə icra başçısının işdən çıxarılmasını istisna etməyən mənbə bildirib ki, təkcə kadrlar yox, idarəetmə qaydaları da dəyişməlidir.
Yada salaq ki, son həftədə Lənkəran, Beyləqan, Füzuli, Quba, Ucar və başqa rayonlarda devalvasiya əleyhinə etiraz aksiyaları keçirilib.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək