Tarix: 10-06-2016 12:01 | Bölmə: Cəmiyyət / Xəbərlər

Maliyyə Bazarlarına Nəzarət Palatasının tövsiyəsi ilə "2016 Formula 1 Avropa Qran Prisi” ilə əlaqədar Bakının mərkəzində yerləşən bankların filial və şöbələri gücləndirilmiş iş rejimində çalışacaq.
Palatadan verilən məlumata görə, yarışlar zamanı paytaxtımıza əhəmiyyətli turist axınının olacağını nəzərə alaraq onların valyuta mübadiləsi xidmətlərinə rahat çıxış imkanının təmin edilməsinin zəruri olduğu qeyd olunub.
R.Aslanlı
şəhərin mərkəzi hissəsində, xüsusilə trek boyu ərazilərdə və istirahət
məkanlarında valyutadəyişmə xidmətlərinin qeyri-iş günlərində və daha uzun
saatlar üzrə təşkil edilməli olduğunu bildirib.
Sədr müvafiq istiqamətdə banklar ilə fəaliyyətin əlaqələndirilməsi,
monitorinqlərin təşkili və çevik müdaxilə tədbirləri barədə konkret tapşırıqlar
da verib.
Azərbaycanda ilk dəfə keçiriləcək dünyaca məhşur "Formula-1” yarışlarını
izləmək üçün Bakıya gələcək minlərlə əcnəbi qonaqların və şəhərimizin
sakinlərinin bank, xüsusən də valyuta mübadiləsi xidmətlərinə rahat çıxışını
təmin etmək məqsədilə Bakı Şəhər Halqası ətrafında və istirahət məkanlarının
yaxınlığında yerləşən 34 bankın 90 filial və şöbəsi 10-21 iyun tarixlərində
səhər saat 9:00-dan axşam 21:00-dək fəaliyyət göstərəcəklər.
Bundan əlavə, "Bank Respublika”-nın Neftçilər pr, 67 ünvanında yerləşən
"Ofis 24” filialı və "DəmirBank”-ın Nizami küçəsi 111-də yerləşən
"Mərkəz" filialı xarici turistlərin və ölkə vətəndaşlarının
istifadəsi üçün şənbə və bazar günləri də daxil olmaqla həftə boyu 24 saat
fəaliyyət göstərir.
Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatası ölkədə maliyyə
sektorunun dayanıqlılığını təmin etmək və bu sahədə nəzarət mexanizmlərini
təkmilləşdirmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidentinin 03 fevral
2016-cı il tarixli Fərmanı ilə yaradılıb.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək