15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Urvatsız elmin, urvatlı “alim”ləri
Tarix: 22-07-2018 08:50 | Bölmə: Zaur ƏHMƏD

“Yol əhvalatı” filminə çox baxmışıq. Sadə ssenarisi var, amma filmdə yadda qalan səhnələr çoxdur. Bir səhnə yaddaşımda hər zaman fırlanır.
Hələ uşaq vaxtı bu filmə baxanda “JEK” müdiri Qurban kişinin qızını istəyən Mustafaya dedikləri beynimə həkk olunmuşdu. “Bilirsən, oğlum. Mən qızımı kim olsa, ərə verərəm. Slesar, çerçeni müəllimi, şofer, daje kandidat nauk. Lijbi qızım xoşbəxt olsun”, – deyən Qurban kişinin bu peşələrin adını çəkdikcə üz-gözünü turşutmasından sonra özümə söz verdim ki, bu peşələrdən heç biri mənlik deyil. O vaxt nə olduğunu bilməsəm də, ümumiyyətlə, “kandidat nauk” olmayacağımı qətiləşdirmişdim. Elə bilirdim ki, ən axırıncı işdir. İllər keçəndən sonra bildim ki, “kandidat nauk” elmlər namizədidir. Yaxından tanıdığım gənc alimlərin də hansı sıxıntılar, kasıblıq içərsində yaşadıqlarını görəndən sonra uşaq vaxtı bilmədən də olsa, yanlış qərar vermədiyimi anladım.
Çox təəssüf ki, bu gün Azərbaycanda elmə, elm adamına lazımi qiymət verilmir. Düzdür, hörmətli alimlərimiz var. Amma inanın ki, o hörmət onların alimlik dərəcələrinə deyil, tutduqları vəzifəyə, mövqeyə görədir.
Xalq artisti Nazpəri Dostəliyevanın fəlsəfə doktoru elmi adını alması ilə bağlı xəbər yayıldı. Onun "Azərbaycanın Şərq və Qərb aşıq məktəblərinin xüsusiyyətləri və ifaçılıq ənənələrinin müqayisəli təhlili” adlı dissertasiya mövzusu qənaətbəxş hesab edilib və fəlsəfə doktoru elmi dərəcəsi təsdiq olunub.
Belə götürəndə burada təəccüblü bir şey yoxdur. Nazpəri xanım ortabab müğəni ola bilər, bəziləri üçün lap böyük sənətkar kimi də qəbul olunar. Amma bu xəbərlə bağlı müzakirələrdən aydın oldu ki, cəmiyyət onun alim adını almasını qəbul eləmir və alimlik dərəcəsini “başqa yolla” əldə etdiyini düşünürlər. Ancaq bir gün sonra Ali Attestasiya Komissiyası tərəfindən Nazpəri xanımın alimlik dərəcəsi alması ilə bağlı xəbər rəsmən təkzib olundu. Buna nə ad vermək olar?...
Kim nə düşünür, özü bilər. Amma mən sizin diqqətinizi məmur alimlərimizə yönəltmək istəyirəm. Azərbaycanda məmurlar, deputatlar, hətta biznemenlər arasında da alimlik dərəcəsi almaq dəbdədir. Təbii ki, onların sırasında bu ada layiq olanlar az deyil. Amma çoxlarının “dəbə” uyğunlaşmaq xəstəliyindən “alim” olduğu danılmazdı.
Gəlin, diqqət edək. Baş nazirinin birinci müavini vəzifəsində çalışan Yaqub Eyyubov texnika elmləri doktoru, professordur.
Bir neçə il əvvəl Xarici işlər naziri Elmar Məmmədyarov tarix elmləri namizədi idi. Bəlkə də indi elmlər doktorudur.
Milli Məclisin Komitə sədri, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov hüquq elmləri üzrə fəlsəfə doktorudur.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova siyasi elmlər doktoru alimlik adına yiyələnib. Özü də o, Azərbaycanda siyasi elmlər doktoru adını almış ilk qadındır.
Baş nazirin müavini Hacıbala Abutalıbov fizika-riyaziyyat elmləri doktoru, professordur və vəzifəyə elm sahəsindən gəlib.
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov fizika-riyaziyyat elmləri doktoru, professordur.
Mərkəzi Bankın sədri Elman Rüstəmov iqtisad elmləri doktoru dərəcəsinə layiq görülüb.
Səhiyyə naziri Oqtay Şirəliyev isə namizədlik və doktorluq dissertasiyalarını Moskvada müdafiə edib.
Siyahını uzatmaq da olar. Amma sizi yormaq istəmirəm. Başda Nazpəri xanım olmaqla, adlarını çəkdiyim məmur və deputatların alimlik dərəcəsi alması pis ənənə deyil. Dünyanın ən gözəl məşğuliyyəti elmdir. Ondan heç kimə zərər gəlməz. Həqiqi alimi çox olan cəmiyyətlər hər zaman irəlidə olublar. Amma ölkəmizdə təhsilin, elmin bu qədər urvatsız olması, həqiqi və vəzifəsi, mövqeyi, “yuxarıda” qohum-əqrəbası olmayan alimlərin sıxıntı içərisində yaşaması yumşaq desək, ədalətsizlikdir. Necə olur ki, dissertasiya işini nəinki yazmaq, girişindən 3-5 cümlə danışa bilməyənlər alim adı alır, vəzifədən vəzifəyə yüksəlir, amma illərini elmə həsr edən həqiqi alimlər əzab-əziyyət içərisindədir?
Belə müayisələr çoxdur. Sadalayıb həqiqi alimlərimizin qəlbinə dəymək istəmirəm.
Amma bir məsələni dəqiq bilirəm: Azərbaycan elmini urvatsız etsələr də, “alim” adını urvata mindiriblər.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Zaur ƏHMƏD
Bölməyə aid digər xəbərlər

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək