15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Qulağı buruq deputatlar
Tarix: 21-08-2017 12:10 | Bölmə: Zaur ƏHMƏD

Uzun illər Cəbrayıl rayonunu təmsil edənlər ictimai rəydə hələ bu şəkildə linç olunmamışdı. Amma sabiq icra başçısı Mahmud Quliyevlə, cəbrayıllıların adından, haqsız yerə Milli Məclisdəki kürsünü zəbt edən Astan Şahverdiyevə “təşəkkür” eləmək olar.
Mahmud Quliyevin “kopolu” söhbəti ilə, Astan Şahverdiyevin “otxod” məsələsi bizim tərəfləri əməlli-başlı “reklam” elədi. Son dövrlərə qədər hamı bizim camaatı sakit, sözsüz-söhbətsiz, qalmaqalsız, üzüyola camaat kimi tanıyırdı. Əslində, elə indi də eləyik. Amma uzun illər üzə çıxmayan bu cütlük “dil açandan” bəri daşımız daş üstə qalmayıb.
“Qaçqınkom” sədri Əli Həsənovun nəvəsinin məsələsindən hər kəs məlumatlıdır. Odur ki, bunun üstündən keçirəm. Hamı bilir ki, Astan Şahverdiyev üçün Əli Həsənov kimdir. Deputatın onun müdafiə etməsini də anlayıram. Buna görə onu qınayanları da, tənqid edənləri də başa düşürəm. Təhqir edənlərin fikirlərini isə bölüşmürəm, lakin onların da aqressiyası başadüşüləndir.
Mən, Şahverdiyevi qınamıram. Adam öz aləmində düz edib. Düzü, ondan başqa nəsə gözləməyə də dəyməzdi. Çünki bu adam danışdıqca batır... Bacarmır, yaxud bacardığı budur.
Biz, Şahverdiyevin hansı yolla deputat olduğunu bilirik. Həmkəndlilərinin yarısından çoxu, rayonun isə böyük əksəriyyəti bu adama səs verməyib. Səsvermə qutularından bu adamın adı çıxıb, ona söz yox. Amma necə? Bu başqa məsələdir. Mən o kitabı çoxdan bağlamışam, yenidən vərəqləməyə lüzum yox...
Sözümün canı başqadır. Astan Şahverdiyevə münasibətimi bəri başdan qeyd elədim ki, sonra kimsə başqa cür anlamasın. Bu adam haqqa girib, haqqı olmayan kürsünü illərlə zəbt edib, o tribunadan cəbrayıllıların hüquqularını müdafiə eləməyib. Amma kiminsə nəvəsinin harınlığını ört-basdır edərək müdafiəyə qalxır. Bütün hallarda xalqın yox, hansısa məmurun yanında yer alan adama rəğbətim ola bilməz.
Amma bu prosesdə böyük bir əmma var. Həqiqətən də son proseslərdə Astan Şahverdiyevə yazığım gəldi. Millət vəkili adını daşıyan bir şəxsin bu qədər zavallı duruma salınmasına çox pis oldum. İllərdir eyni cəbhədə olduğun, eyni siyasi kursu bölüşdüyün şəxslərin 70 yaşında sənə “qulaq burması” verməsi ağır dərddir.
Yəqin ki, Milli Məclisin İntizam komissiyasının sədri Ağacan Abıyevin deputat həmkarı Astan Şahverdiyevlə bağlı məsələyə münasibətindən çoxlarının xəbəri var.
Ağacan Abıyev deyib ki, deputatlar işə çıxandan sonra Astan Şahverdiyevlə bağlı daxil olan şikayətlərə baxılacaq:
"Astan Şahverdiyevlə bağlı şikayətlərə baxıldıqdan sonra müvafiq qərar qəbul olunacaq. Əgər şikayətlər olsa, yəqin ki, Astan Şahverdiyevə yenə “qulaqburması” veriləcək. Ancaq hələlik məlum deyil ki, onunla bağlı hansı şikayətlər var. Bu məsələ obyektiv araşdırılandan sonra müvafiq addımlar atılacaq”.
İkisi də ahıl çağındadır, amma nə danışdıqlarını bilmirlər. Tutalım, Şahverdiyev səhv edib, lap qanunu pozaraq kimisə müdafiə edib. Bunun cavabı “qulaqburması”dırmı? 70 yaşında adama kim “qulaqburması” verəcək? Bu, proses hansı formada reallaşdırılacaq? Belə çıxır ki, sabah kimsə yanlış bir ifadə işlətsə, ona “qulaqburma” cəzası veriləcək? Bəs, ahıl yaşda deputata “qulaqburma” cəzasını layiq görən Ağacan Abıyev bu aşağılamasına görə analoji cəza ala bilərmi? Məncə, millət vəkili adına yaraşmayan bu cəzanı gündəmə gətirdiyinə görə, Şahverdiyevlə yanaşı, Abıyevə də eyni cəzadan verilməlidir.
Yaxşı olar ki, uzatmayaq. Birdə gördün, qulağı buruq deputatlar qərar verdilər ki, kim bizdən yazsa, həmin jurnalistə də “qulaqburması” verək. Nə qədər ki, qulağımız salamatdır, susaq...
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Zaur ƏHMƏD
Bölməyə aid digər xəbərlər

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək