15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Böyük oğurluq
Tarix: 19-09-2017 14:59 | Bölmə: Mətanət ƏLİYEVA

Bəzi məmurlar nəinki xalqın sərvətini, dövlətin büdcəsini, hətta insanların taleyini də oğurlayır
Bu yayı da belə yola saldıq. Yaxşı ki, dağların qoynunda sərin kəndlər var. Yoxsa Bakının istisində yanıb külə dönərdim. Amma ildən-ilə dağlarda da yayda havalar isti keçir.
Üç ay yayı Şamaxının Qızmeydan kəndində yaşayanda özümə çoxlu suallar verirdim. Fikirləşirdim ki, sərin havası, təmiz suyu, gözəl mənzərəsi, bərəkətli torpağı olan kəndləri qoyub niyə insanlar Bakıya can atırlar?
Əvvəlki vaxtım olsaydı birmənalı şəkildə deyərdim ki, insanlar təmbəllikdən kənddən qaçır, tüfeyli həyata meyl edirlər. Yaşım artdıqca insanları başa düşməyə çalışıram.
Əvvəllər hesab edirdim ki, mən 100 faiz düzgün yaşayıram, hamı belə yaşamalıdır. Diktə etməyimlə insanları bezdirirdim. İndi fikirləşirəm ki, bəlkə də ən səhv həyat tərzini mən yaşamışam.
Qızmeydanda insanlar çox zəhmətkeşdir. Qadınlar yayda səhər saat 4-də yuxudan oyanır, inəkləri sağır, saat 6-ya qədər heyvanlarla işlərini qurtarıb, inəyi, qoyunları örüşə yola salırlar. Sonra südü bişirib qatıq, pendir, qaymaq, yağ, şor hazırlayır, toyuq-cücəni yemləyir, bostanı suvarır, alağını edirlər. Təsərrüfat işlərindən əlavə yemək bişirmək, pal-paltar yumaq, evi, həyət-bacanı yığışdırmaq da qadınların üzərinə düşür. Bütün bu işlər qadınları o qədər yorur ki, onların nəinki özlərinə baxmağa, heç yetişdirdikləri o nemətlərdən yeməyə də vaxtları qalmır. İşləməkdən qadınlar axsaya-axsaya gəzirlər.
Mən zəhmətkeş adamlara hədsiz hörmət edirəm. Nənələrim indi saydığım işlərdən əlavə xalçalar da toxuyub, evlərində yük dolusu yorğan-döşək, xalça-palaz olub.
Firavanlıq insanda ləyaqət hissini artırır, yoxsulluq insanın belini bükür. Məsələ ondadır ki, Qızmeydan əhalisi bu qədər işləməyin qarşısında son dərəcə kasıb yaşayır. Kənd təsərrüfatı məhsullarından əldə edilən cüzi gəlirlə əhali qazın, işığın pulunu ödəyə bilmir. Hər bir şeydən elektrik enerjisi istehsal edildiyi bir dövrdə axşamlar kənd zülmətə bürünür, həyətlərdə bir dənə işıq yanmır. Hər gün tozun-tərin içərisində işləyən insanların suyu qızdırıb yuyunmağa maddi imkanları yoxdur.
Ötən qış milli hökumətimiz qaza limit qoyandan sonra Qızmeydanda insanlar peyin, odun yandırmağa başlayıb. Soyuq dağ kəndində limitlə verilən qaz heç bir həftəyə bəs etmir.
İnsanın özünə baxımlılığı, rahatlığı, mədəniyyəti ilk növbədə təmizlikdən başlayır. Bunun üçün sabun, yuyucu toz almağa insanların imkanı olmalıdır.
Mən kənddə yaşadığım dövrdə bütün tərəvəzlərdən əkirəm, toyuq saxlayıram, meyvə ağaclarım var, yemək sarıdan problemim yoxdur. Hərdən məni vahimə basır ki, həyat yoldaşım Bakıdan mənə pul gətirməsə, qazın, işığın pulunu nə ilə ödəyərəm?
Əgər sovet vaxtı olsaydı, mən artıq təqaüd ala bilərdim. 54 yaşım, 30 ildən də artıq iş stajım var. Peşəkar jurnalist olsam da, sənətimlə pul qazana bilmirəm. Deməli, mən kimdənsə asılı olmalıyam, ya da mağara adamları kimi qazsız, işıqsız, sabunsuz yaşamalıyam.
Mənə deyirlər ki, rüşvət verib şikəst kimi təqaüdə çıxa bilərsən, indi əksəriyyət belə edir, büdcənin pullarıdır də... Amma mən bunu heç vaxt edə bilmərəm, bunu etmək üçün vicdanımı itirməliyəm.
Qazın, işığın pulu ildən-ilə qalxır, təqaüd yaşı artırılır, iş adamları sıradan çıxır (bunun 90 faiz səbəbi korrupsiya ilə bağlıdır), prezidentimiz isə deyir ki, ölkəmizdə yoxsulluq azalır.
Qızmeydanda ən çox gənc ailələr əziyyət çəkir. Bir çox ailələrdə uşaqlar döşəməsiz otaqlarda yaşayır. Gənc ata-ana satdığı quzunun, dananın, kartofun, pendirin, taxılın pulunu bilmir uşaqlar üçün pal-paltara versin, işığın pulunu ödəsin, yoxsa həyətdə bir hamam tikdirsin. Kənddə əksər uşaqlar aylarla ən ucuz konfetdən belə dada bilmirlər.
Bu yerdə bir neçə gün əvvəl Bakıdakı toyda israfçılıq yadıma düşür. Yas məclislərində qismən qayda-qanun yarada bildilər, şadlıq evlərinin himayədarlarına isə heç nə etmək mümkün deyil. Guya ki, menyular Quran ayəsidir, onları dəyişmək olmaz.
Məmurların hər bir əməli xalqın güzəranının pisləşməsinə xidmət edir. Neftimizin pulundan, sovet vaxtı olduğu kimi, uşaqlara aylıq müavinət, yaşlılara yüksək təqaüd, işləyənlərə yüksək maaş verilməli, kommunal xərclər əhalinin gəlirlərinə uyğunlaşmalı, kənd yolları da təmir olunmalı, torpaqlar işğaldan azad edilməlidir.
Mən, ermənidən çox öz məmurlarımıza nifrət edirəm. “Qaçqınkom”un sədri Əli Həsənovun nəvəsi milyon manatlarla dəyəri olan maşınlar sürür. Bu gənc bilmir ki, pulu necə qazanırlar. Günün 20 saatını işləyən insanlar sabun almağa pul tapmır, “Qaçqınkom” sədrinin nəvəsi isə milyonçu kimi yaşayır. Əli Həsənov istəyərmi ki, qaçqın və köçkünlərin problemi həll olunsun, torpaqlarımız işğaldan azad edilsin?
İstəməz, çünki milyonları qaçqın-köçkünlərin hesabına qazanır, daha doğrusu, onlara çatacaq vəsaiti mənimsəyir. Bəs onda biz niyə gecə-gündüz ermənini söyürük? Bu sərvətinə görə Əli Həsənov erməniyə minnətdar olmalıdır.
Kənddə yaşadığım dövrdə mətbuatı izləyirdim. Oxuduqlarım içərisində ən çox yadımda qalan Nəsibə Zeynalovanın oğlu Cahangir Novruzovun müsahibəsi oldu. Üzeyir Hacıbəyli musiqiçilərimizin zirvəsi olduğu kimi, Nəsibə Zeynalova da aktyorluq sənətimizin zirvəsidir. Nəsibə xanımın ən kiçik rollarına belə baxmaqdan doymuram. Bəs, niyə belə bir dahi sənətkarın övladı qürbətdə yaşamalı, öz xalqına xidmət etməməlidir? Ona görə ki, onu sındıra, satın ala bilmirlər, yaltağa, satqına çevirməyi bacarmırlar?
Prezident İlham Əliyev müxtəlif beynəlxalq iqtisadi forumlarda iştirak edərək xarici iş adamlarını ölkəmizə sərmayə yatırmağa dəvət edir. Halbuki azərbaycanlı Fərhad Əhmədov, Mübariz Mənsimov kimi iş adamları xaricdə qazandıqları milyonlar hesabına ölkəmizdə iş yerləri açsalar da, ögey münasibətlə üzləşirlər. Bu adamlar dövlət tədbirlərinə dəvət olunmur, televiziya ekranlarımıza buraxılmır. Bu nə qısqanclıq, bu nə paxıllıqdır?
Mən telekanallarımızda bir çox verilişlərə insan mənəviyyatsızlığının hansı həddə qədər artdığını görmək üçün baxıram.
Yeri gəlmişkən, bu yay Tolstoyun “İki qusar” hekayəsini oxudum. Hekayədə qraf atanın və onun oğlunun hansı həddə qədər mənəviyyatsız olmaları təsvir edilir.
Telekanallarımız “maarifləndirici” verilişlər verir. “Lider”in aparıcısı Mətanət Ağamirlinin təzə açdığı verilişin bir buraxılışına baxdım və “İki qusar” hekayəsi yadıma düşdü.
Veriliş atılan uşaqlara həsr olunmuşdu. Sifətindən tamahkarlıq yağan bu şəxs, uşağını zibilliyə atan qadınları asıb-kəsirdi, günahı ancaq analarda görürdü.
Mən Vilnüsdə yaşadığım illərdə arzu olunmayan uğaqların dünyaya gəlib zibilliyə atılmaması üçün dövlət səviyyəsində görülən işlərin şahidi olmuşam. Vilnüsdə abort pulsuz idi, qorunma vasitələri qadınlara pulsuz verilirdi, hətta “spiral” pulsuz qoyulurdu. Poliklinikalarda qadınlarla söhbətlər aparılırdı, arzu olunmayan hamiləlikdən qorunmağın bütün yollarını qadınlara başa salırdılar. Bizdə bu işlər üçün dövlət Litvadakından da artıq pul ayırır. Amma səhiyyə məmurlarımız bu pulları oğurlayır. Uşaq evlərinin hesabına milyonlar qazanan məmurlarımız da bu cinayətkar şəbəkənin həlqələridir...
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Mətanət ƏLİYEVA
Bölməyə aid digər xəbərlər

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək