15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Ermənilər və ya sərhəd zastavamızın ovçarkaları
Tarix: 06-04-2023 23:07 | Bölmə: Mahir Qabiloğlu

Mahir Qabiloğlu
Mən SSRİ DTK-sının Sərhəd Qoşunlarında xidmət eləmişəm. Zastavamız isə otryadın bütün xidmətlərinə nümunə göstərilirdi. Həm hərbi hissə, həm də Zaqafqaziya dairəsi tərəfindən diqqət mərkəzində saxlanılırdı.
Şəxsi heyət, müasir blindaj, texniki qurğular öz yerində, xidməti ovçarka itlərimiz də birincilər sırasında idi. Muxtar adlı itimiz isə Zaqafqaziya üzrə yarışlarda 3-cü yerə çıxmışdı. Məhz bu it zastavanın həyəcan qrupuna daxil idi.
Tiza, Reks, o biri adaş Muxtar da yaxşı iz götürürdülər. Amma Muxtara nəinki onlar, heç otryad üzrə çatanı yox idi.
İtlərin yeməyi də yaxşı idi. Dövlətin ayırdığı menyu öz yerində, amma Mamayev adlı baş serjant-kinoloq lazım olduqca yaxınlıqdakı rayonlararsı kəsim sexinə gedib, ordan istədiyi qədər iri qaramalın ağ ciyərini təmənnasız götürərdü. Onda yerli camaat əsgərə hörmətlə yanaşırdı. Bu ağ ciyərdən (marqarin, darı, buğda, duz əlavə olunmaqla) bişirilən yemək ovçarkaları daha da qüvvətləndirərdi.
Ara-sıra itləri sınaqdan da çıxarırdıq. Necə? Gedirdik sərhəd zonasına. Sonra kinoloqla it KSP-nin yanında – nəzarət-xətt zolağında qalırdılar. Biz isə sərhədə tərəf qaçırdıq. 15-20 dəqiqə vaxtımız olurdu ki, iki əsgər – silah-sursatla qaçıb şərti yerə çataq. Yoldaşımın köməyiylə paltarı geyinirdim. O isə mənim də avtomatımı götürüb ağaca dırmaşardı. Bu müddət ərzində it iz götürüb dalımızca qaçardı. Bir də görürdüm ki, it budu gəlir. Təlimata əsasən başlayırdım mən də qaçmağa. Gəlib yapışırdı qolumdan, ya ayağımdan – başlayırdı gəmirməyə, ya da dartışdırmağa. Ya da ki, arxadan hoppanıb pəncəsiylə çiynimdən elə zərbə endirərdi ki, sərələnərdim yerə. Bircə üzümü, qulaqlarımı qoruyurdum. Allah eləməmiş papaq başımdan düşsəydi... Paltar eləydi ki, dişdəməyi qıdıqlamaq təsiri bağışlayırdı. Amma yenə də qorxurdum. Təlimatçı-kinoloq çatana qədər əl-qol atıb ovçarkanı hirsləndirməliydim. Ayağımı buraxıb, qolumu dartışdırırdı... Yiyəsi çatıb, ipi boynuna keçirəndən sonra da sakitləşmirdi. Ta ki, xüsusi geyimimi soyunana qədər. Sərhədçi formasını görən kimi sakitləşirdi. Başa düşürdü ki...
İtlər sərhədin qorunmasında xüsusi rol oynayırdı. Hər şeyə reaksiya verirdilər. Xidmətin birinci ilində sərhəd pozucusuna rast gəlməsək də, qabanların hücumunda bir-iki dəfə yaralanmışdı itlərimiz.
Amma günlərin bir günü heç gözləmədiyimiz bir hadisə baş verdi. Bilirdik ki, yoxlama olacaq. Hansı səmtdən olacaq bilmirdik. Sadəcə, xəbərdarlıq etmişdilər ki, birdən güllə atarıq. Şərti sərhəd pozucusunun qabağını almalıydıq. Əsas vəzifə də zabitin başçılıq etdiyi həyəcan qrupunun (trevojnaya qruppa) üzərinə düşürdü. “Sərhəd pozucusu”nun keçdiyi yeri müəyyən, bütün qayda-qanunlarla saxlanmasını təmin etmək onun üzərinə düşürdü. Əsas heyət – biz isə zaslondaydıq. Xülasə, rabitəçi qısa qapanma olan yeri, həyəcan qrupunun rəhbəri isə izin qonşu dövlətin ərazisinə getdiyini müəyyən edir. Fişəng tapançasından iki (xüsisi rəng işarəsiylə) siqnal fişəngi havaya buraxılır. Ki, qonşu zastavalar da hal-qaziyədən xəbər tutub həmin yerə yaxın sahəni bağlasınlar. Təlimatçı-kinoloq “İşşi-işşi”(axtar-axtar) deyərək itin ipini açıb buraxır. İt də iz gedən istiqamətə qaçmaq əvəzinə neyləsə yaxşıdır? Özü də ki, Muxtar kimi it. Başlayır eləcə hürməyə. Mamayev nə hay eləyir, it yerindən tərpənmir ki, tərpənmir. Hürməyini də saxlamır. Və bütün bunlar da otryaddan gələn komissiyanın gözü önündə baş verir.
Nə isə... Bir azdan “Otboy” komandası gəldi, qayıtdıq. Komissiya və zastava rəhbərliyi bir otağa yığışıb başladılar insidentin başvermə səbəbini araşdırmağa. Məsələ çox ciddi idi. Birdən həqiqi sərhəd pozucusu olardı... Axı niyə belə oldu? İt iz götürüb niyə sərhəd pozucusunun dalıyca qaçmadı, eləcə başladı hürməyə? Hürə-hürə qaldı. Sonda səbəbini tapdılar. Məlum oldu ki, demə, bu itin xidmət dövründə heç vaxt sərhəd pozulmayıb. Ona görə də göyə fişənglər də atılmayıb. İt fişəngin səsindən qorxubmuş. Bunun çarəsini də tapdılar. Həmin gündən “oqnevoy podqotovka”ya, atıcılıq təlimlərinə gedəndə itləri də özümüzlə götürürdük. Ağaca bağlayırdıq. Sonra müxtəlif atıcı silahlardan başlayırdıq nişangaha atmağa. İtlər də başlayırdılar 2-3 saat hürməyə. Sonda isə hürüb-hürüb sakitləşirdilər. Beləcə, güllə səslərinə öyrəşirdilər.
İtlərin başçıları Muxtar da öyrəşmişdi. Komissiya gələndə və ya sərhəd xətti pozulanda, göyə fişəng buraxılanda daha heç nəyi vecinə almırdı. Yiyəsi nə komanda verirdisə, dinməzcə, başını aşağı salıb yerinə yetirirdi. Hürmürdü də... Hərdən mırıldanırdı. Təpik yeyən kimi həmən sakitləşirdi.
İndiki geosiyasi vəziyyətdə nədənsə bu hadisə yadıma düşdü. Ermənistan 44 günlük müharibə müddətində və sonra da çox hoppandı-düşdü, səsi dünyanı götürdü, amma heç nə edə bilmədi. Qarabağ ərazisində təxribatlar törətdi, amma heç nəyə nail ola bilmədi, dəmir yumruq yeyib yerində oturdu. Ordumuz bir çox kəndi, yüksəklikləri ələ keçirdi. Yenə başladılar qışqır-bağıra. Heç nə hasil olmadı. Sentyabrda təxribat törətdilər, yeni ərazilər nəzarətlərindən çıxdı. Başladılar qışqır-bağıra, həyasızlığa. Heç kim köməyə gəlmədi, binokllı, bloknotlu, qələmli müşahidəçilərdən başqa. Laçın dəhlizi isə 100 gündən çoxdur ki, bağlıdır (humanitar gediş-gəliş istisna olmaqla). BMT məhkəməsinə qışqırdılar. Nəticə olmadı. İndi isə gəlib postdan qaytarılırlar. Yalandan ürəkləri gedəndə Azərbaycan təcili yardımı ilə Xankəndi xəstəxanasına çatdırırlar... Rus demişkən, “vot-vot”dur. Sakitləşirlər. Qışqırıb-qışqırıb sakitləşirlər. Başa düşürlər ki, onların yiyəsi, Rusiya, İran, Aİ, ABŞ, BMT deyil, Azərbaycandır. Düzdür, sakitləşsələr də hərdən mırıldanacaqlar. Axı mırıldamaq itə, mırıldaNmaq isə erməniyə xas xüsusiyyətdir. Bircə “N” hərfi fərqi var. Heç qorxusu yoxdur. Dəmir yumruq yerindədir.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Mahir QABİLOĞLU
Bölməyə aid digər xəbərlər
6-08-2024, 15:34
Mahir QABİLOĞLU - İlqar Musa oğlu - Mənim canlı ensiklopediyam - Mahir Qabiloğlu yazır
27-10-2021, 10:26
Mahir QABİLOĞLU - İsmixan Rəhimov kimdir və ya “İstiqlal” ordeni ilk olaraq kimə verilməliydi?
12-04-2020, 18:47
Mahir QABİLOĞLU - O dünyadan Anara, Fikrətə, Sabirə, bir az da Çingizə... - Fotolar

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək