15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Erməni etirafı və Bəxtiyar Vahabzadə
Tarix: 26-09-2021 10:27 | Bölmə: Mahir Qabiloğlu

Mənim adım Mahirdir. Bu adı mənə 44 saylı məktəbdə müəllim işləmiş anam Hacıbəyim verib. Böyüyəndə şagirdi, əlaçı şagirdi, intizamlı, qızıl medallı Mahir Sərkərova oxşamağımı istəyib. Bəxtiyar əminin də üç övladı var: Gülzar, İsfəndiyar, Azər. Qonşu olmuşuq. Bir həyətdə böyümüşük. Bu üç övladdan ikisi - Azərlə, Gülzar ictimaiyyət üçün çox da üzdə olmasalar da, 60 yaşınacan iqtidarda, sonrakı illərdə isə müxalifətdə olan İsfəndiyar yaman fəaldır. Nə istəyir deyir. Dinən yoxdur ona. Yox. Səhv etdim. Ona hörmət etmirlər. Bəxtiyar Vahabzadənin bu gün də mövcud olan zirehidir onu qoruyan. Yaxud, səviyyəsizlərin digərlərinə də şamil etdiyi “İt hürər, karvan keçər” atalar sözü.
İsfəndiyarın qara camaat arasında ən çox sevilən fikirlərinin içərisində erməni mənşəli azərbaycanlılara ünvanlanan fikirlərdir. Bu fikirlərlə mən də razıyam. Bu yerdə deyə də bilərəm, deyirlər də - ATAsının oğludur. Amma başqa partiyanın üzvü olamasına - əvvəllər də, indi də heç bir vəzifə tutmayan, amma Əliyevçi olmaqda davam edən Qabilin oğlu - Mən heç vaxt bəraət qazandıra bilmərəm. O cümlədən “bugünəcən hər şeyə özünün, öz gücüylə nail olduğu” fikirlərinə də... Yazıçı Anar gözəl deyib: “Adamın adamı”... Yox, əgər belə deyilsə Bəxtiyar əmisiz indiki günlərdə və Əliyevlərin o vaxtlar olduğu kimi indi də hakimiyyətdə olduğu zəmanədə yenə də ən aşağısı səfir olsun.
Bəsdir, Mahir. Mövzun “Bəlkə də qaytardılar” xülyasıyla yaşayan İsfəndiyar Şəkili deyil, BÖYÜK Bəxtiyar Vahabzadədir. Odu söndürüb külüylə qurdalanma. Füləsən bəlkə qırmızı rəng, zəif işartı görsənər, ya görsənməz. Bir az da ağ ciyərlərə qədər gedib çıxmayan, burnun ucundan geri qayıdan acı tüstü hiss olunacaq. O da hiss olunsa. Mahir, qayıt mövzuna.
Qrant İqnatyeviç Matevosyan. Bu ad sizə heç nə demir. Zori Balayan, Avetik İsakyan və ya Aleksandr Şirvanzadə desəydim, bəlkə də kimlərsə, özümqarışık tək-tük insan tanıyardı.

Yazıçı Qrant Matevosyanı yəqin ki, ermənilərin özləri də çoxdan yaddan çıxarıblar. 12 fevral 1935-ci ildə Göyçə mahalında anadan olub, 18 dekabr 2002-ci ildə İrəvanda ölüb. Yazıçı, Ermənistan Ali Sovetinin deputatı, Ermənistan Yazıçılar İttifaqının sədri olub. SSRİ-nin və Ermənistan SSR-in Dövlət Mükatına layiq görülüb. (Aydın olsun deyim: bizim indiki Anarımız) Titullarından və tutduğu vəzifələrdən göründüyü kimi balaca adam olmayıb. Bəs görəsən onun adını Azərbaycanın Xalq şairi, titullarını saymaqla qurtarmayan Bəxtiyar Vahabzadəylə niyə yanaşı çəkirəm? Xatırlamağa, yanaşı qoymağa adammı tapmadım?
SSRİ. 1984-cü il. SSRİ Dövlət Mükafatına respublikalardan namizədlər irəli sürülür. Ermənistandan Qrant Matevosyanın əsəri mükafata layiq bilinir və komissiya tərəfindən qeydə alınır. Bundan bir müddət sonra Azərbaycan öz namizədini - şair Bəxtiyar Vahabzadənin əsərini irəli sürür. Digər republikalar da eyni qaydada. Amma...
Bəxtiyar Vahabzadənin namizəd irəli sürülməsindən xəbər tutan erməni yazıçısı Qrant Matevosyan Mükafat Komissiyasına - Moskvaya məktub yazır. Azərbaycan şairi Bəxtiyar Vahabzadənin bu mükafata ondan çox layiq olduğunu izhar edərək, namizədliyini geri götürdüyünü əsaslandırır. Amma sonda bütün mövcud qanunlara rəğmən, yəni ki, Ədəbiyyat üzrə SSRİ Dövlət Mükafatına bir laureat nəzərdə tutulduğu halda hər ikisinə - Bəxtiyar Vahabzadəyə də, Qrant Matevosyana da 1984-cü il üzrə SSRİ Dövlət Mükafatı təqdim olunur. Görəsən niyə? Səmimi etirafa görəmi? Yoxsa erməni yazıçısının bu addımı Qafqazın ermənilərdən fərqli olaraq köklü xalqlarına xas olan bir addım kimi qiymətləndirilib? KİŞİLİK? Bəlkə də... Bəlkə Qrant Matevosyan böyük rus yazıçısı Mixail Şoloxovun 11-ci cəhddən sonra Nobel mükafatına - necə layiq görüldüyündən xəbərdar imiş? Ona görə sınaqdan çıxmış fəndə əl atıb?
HAŞİYƏ: 1964-cü ildə Nobel mükafatına fransız yazıçısı və filosofu Jan-Pol Sartr layiq görülür. Amma o, ana südü kimi halal bulunan bu mükafatından imtina edir. Atdığı bu addıma izahlar arasında bu mükafatın ondan daha çox layiq olan Şoloxova verilməməsinə görə təəssüf hissini ifadə edir. Və nəhayət bir il sonra - 1965-ci ildə Mixail Şoloxov 12-ci cəhddə Nobelə layiq görülür.(SON)
... Bəlkə də. 1982-ci ildə Böyük Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin 1-ci müavini, Siyasi Büronun üzvü idi. Bunun məsələyə nə dəxli..?
HAŞİYƏ: Atamın 50 yaşı olsa da heç bir adı, mükafatı yox idi. 48 yaşında bir dəfə cəhd etsə də ala bilməmişdi. “Cəhd” anlayışı mükafata aid idi. Çünki mükafata şəxsi yox, onun yaratdığı əsəri təqdim edirdilər. Özü də ki, yaradıcı təşkilatlar. Atam da 10 ilə yazdığı “Nəsimi” poemasını layiq bilib “Azərbaycan” jurnalı vasitəsilə Azərbaycan SSR Dövlət Mükafatına irəli sürmüşdü. Demə həmin il akademik Məmməd Arif Dadaşzadə də qoca vaxtında (ölümündən 1 il qabaq. Onda 1 il sonra öləcəyini bilmirdi) özünü bu mükafata layiq bilib. Görkəmli akademiki də qoyub, çox da məşhur olmayan Qabilə mükafat verməyəcəkdilər ha... 1974-cü ildəki bu uğursuzluq atamı ruhdan salmışdı. O vaxtki qanunlara görə də bir əsəri yalnız iki dəfə irəli sürmək olardı. Və mükafatı yalnız iki ildən bir verirdilər. Özü də ki, 28 Apreldə - Azərbaycanda Sovet Hakimiyyəti qurulduğu günün ildönümündə. Üstündən iki il keçir. Yenidən mükafata təqdim olunma zamanı yetişir. Ancaq atam cürət etmir. Amma...
Günlərin bir günü telefonumuz zəng çaldı. Atam dəstəyi götürdü. Zəng edən o vaxt Azərbaycan Yazıçılar İttifaqının sədri olan, Xalq yazıçısı İmran Qasımov idi. O nə deyirdi, eşitmirdim. Atam isə “yox, yox” deyib durmuşdu. Sonra “yaxşı” deyib dəstəyi asdı. 10 yaşım vardı. Heç nə başa düşmürdüm. Nə vaxtsa anlamaq (demə, yazmaq) ümidiylə yaddaşıma həkk edirdim. Demə İmran müəllim atama deyirmiş ki, lazım olan sənədləri, çap olunan kitabları gətir, “Nəsimi” poemasını mükafata təqdim edəcəyik. Xülasə, uzun tərəddüddən sonra atam əsərinin mükafata verilməsinə razılıq verib, sənədlər gedib Mərkəzi Komitəyə və Nazirlər Sovetinə. O vaxt mükafatı Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi və Nazirlər Soveti (indi Prezident Administrasiyası və Nazirlər Kabineti), fəxri-fərman, medal, orden, fəxri adları isə Ali Sovet (indiki Milli Məclis) verirdi. Azərbaycan SSR Dövlət Mükafatının məbləği 2500 rubl idi. Səhnə əsəri və ya kino layiq görüləndə məbləğ əvvəlcədən təqdim olunmuş siyahıya əsasən yaradıcı heyətin arasında bölüşdürülürdü.
Sənədləri verdiyi və mükafata namizədliyi təqdim olunan gündən bizim (anamın və mənim) “qara günlər”imiz başlandı. İllah ki, atamın dostlarının... Xüsusilə də qonşuların... Onlara hər gün verilən suallar da eyniydi, alınan cavablar da. Suallar təqribən beləydi: “Salam (Salam Qədirzadə), Əliağa (Əliağa Kürçaylı), görəsən alaram? İmran müəllim aldatmaz ki, məni?”. Cavablar da “Qabil, alacaqsan. Layiqli əsərdir. Gör nə qədər əziyyət çəkmisən e... İmran müəllim də yalançı adam deyil”. Mən isə yanlarında oturub qulaq asırdım. Eləcə kirimişcə. Ofisiant kimi əllərindən tuturdum. Arağı badələrə süzəndən sonra şüşəni aparıb “morozilnik”ə qoyurdum. Növbəti sağlığın dəmi zamanı gələndə isə gedib buz dolabından geri gətirirdim. Bu qədər sadə.
Bir neçə gün keçdi. Atamın həyəcanı bir az da artdı. Demə ssenari müəllifi İsa Hüseynov, rejissoru Həsən Seyidbəyli olan “Nəsimi” filmini də mükafata təqdim ediblər. Bundan sonra suallar dəyişdi. “Hiss eləmişdim də İmran məni aldadacaq. Ara yerdə əsər batdı. Daha mükafata təqdim edə bilməyəcəyəm. İsa tək olsaydı bir təhər yolundan döndərmək olardı. Mənə görə namizədliyini geri götürərdi. Amma Həsən... Özü də ki, İmran Həsən Seyidbəyliylə çox yaxındırlar. Nə qədər müştərək roman yazıb, film çəkiblər. İndi onu atıb məni tutacaq?”
Həqiqətən də məsələ qəlizləşmişdi. Həsən Seyidbəyli məşhur kinorejissor, ssenarist, nasir idi. Yəqin ki, “Uzaq sahillərdə” filmini xatırlayırsınız.

Atamın qanı qaralmışdı. Bircə, Hüsü Hacıyev küçəsi 19-da, 5-ci mərtəbədə (indi o mənzildə Afaq Məsud yaşayır) Hüseynov və İmamverdiyev ailələrinin 4 otağı bölüşdüyü illəri yada salıb, ərklə “İsa əclaf o biri otaqda “Məhşər” romanını yazırdı, mən də bu biri otaqda “Nəsimi”ni” deyirdi. Təqribi belə başa düşürdüm ki, “bilsəydim məhz eyniadlı əsərə görə rəqib olacağıq, imkan verməzdim ona yazmağa” demək istəyir.
Amma atam ümidini çox da üzməmişdi. Çünki İmran Qasımov “Ədəbiyyat, incəsənət və memarlıq sahələrində Azərbaycan SSR Dövlət Mükafatları Komitəsi”nin sədri idi. Yəni ki, Azərbaycan SSR KP MK-nın 1-ci katibi Heydər Əliyevə və digər rəsmilərə ən layiqli əsərləri o təqdim edəcəkdi. Komitənin katibi isə rəssam, atamın xətrini istəyən Mürsəl Nəcəfov idi. Beləcə günlər keçirdi. Amma günlərin bir günü:
- Əliağa, salam. Vəssalam, mükafat “köpdü”.
- Niyə, ay Qabil? Vaxta ki, hələ var?
- Nə “vaxt?” Bəxtiyar da (Bəxtiyar Vahabzadə) əsərini verib mükafata. Burda day İmranlıq da iş yoxdu. Bəxtiyar Kişiylə (Heydər Əliyev nəzərdə tutulur) nərd atan adamdır. Onu qoyub, mənə mükafat verər? Nə olsun ki, layiqdir əsərim? Bəxtiyarın əsəri layiq deyil ki?
- Mən Bəxtiyarla danışaram, - deyə Əliağa əmi atama ürək-dirək verdi.
O, orta blok, 5-ci mərtəbədə Bəxtiyar Vahabzadəylə qapıbir qonşu idi. Bir müddətdən sonra yenidən bizə gəldi.
- Qabil, Bəxtiyarla danışdım. Dedim ki, sən gələn il də verə bilərsən poemalarını. Özü də təzə əsərlərdir. Amma Qabil ala bilməsə, çətin ki, bir də bu böyüklükdə əsər yaza. Həm də böyük zərbə olacaq onun üçün. İmrandır da, salıb onu oyuna. Bilməyib ki, sən də namizədliyini verəcəksən.
- O nə dedi? - deyə atam dilləndi.
- Bəxtiyar dedi ki, “başüstə. Qabilə görə geri götürərəm. Amma sən də mənə zəmanət ver ki, İmran mükafatı Həsən Seyidbəyliyə yox, məhz ona verəcək”. Bax onda dinə bilmədim.
Atam çox pis vəziyyətə düşmüşdü. Əlbəttə ki, namizədliyini geri götürə bilərdi. Bunu dilinə gətirmişdi də... Amma İmran Qasımov israrla sözünün üstündə durmuşdu: “Qabil, sən də, “Nəsimi” poeman da mükafata layiqdir”.
Günlər keçdi. Nəhayət seçim günü gəlib çatdı. Saat axşam beş olardı. Dayım Firuz da bizdəydi. Səhv etmirəmsə evə ilk zəng edən Süleyman Rüstəm oldu: “Qabil, təbrik edirəm, laureatsan”. Sonra isə İmran Qasımov, Mürsəl Nəcəfov zəng etdilər:
- Qabil, Heydər Əliyev kitabları əlinə götürüb bilirsənmi nə dedi? Dedi ki, “Eto je tselaya biblioteka”.
Amma atam qulaqlarına inanmırdı. Elə bilirdi ki, bu bir zarafatdır. Tez dayım Firuzu mağazaya qaçırtdı ki, araq alsın. O vaxtlar axşam 6-dan sonra spirtli içkilər satmırdılar. Dayım da 5-6 araq və başqa lazım olan şeylər əlində girib həyətə. Blokun qabağında İsa Hüseynovla rastlaşıb.
- Firuz, ley-peydir?
- Hə, İsa. Qabil mükafat alıb. Onu yuyuruq. Sən də gedək...
Bir də gördük ki, dayım pərt halda içəri girdi:
- Qabil, İsanı gördüm həyətdə. Deyirəm ki, Qabil mükafat alıb. Onu yuyuruq. Sən də qalxaq yuxarı. Sifətimə baxdı eləcə və heç nə demədi. Başını aşağı salıb yoluna davam elədi. Heç gözləməzdim ondan. Heç quruca təbrik də etmədi.
Demə dayımın xəbəri yox imiş qonşumuz, ona da doğma insan olan İsa Hüseynovun namizədlər sırasında olmağı. Axı Qabilin mükafat alması, onun almaması demək idi. Həmin gecə mükafatı yaxşıca “yudular”.
Səhər açıldı və aydın oldu ki, ədəbiyyat üzrə 2 laureat var. Biri Qabil, o biri isə Bəxtiyar Vahabzadə. Böyük Heydər Əliyev seçimdə hər ikisini qiymətləndirib. Moskvaya zəng edərək “qosplan”dan (SSRİ Dövlət Plan Komitəsi) əlavə bir yer də alıb. İndi sual edə bilərsiniz ki, bəs İsa Hüseynovun “Nəsimi” kinosu necə? Mükafata layiq deyildimi? Layiq idi. Amma sonralar bildik ki, demə İmran Qasımovla Həsən Seyidbəylinin o günlərdə arası sərinmiş.(SON)
Heydər Əliyev “movqe”li insanlara hörmətlə yanaşırdı. Qiymətləndirirdi. Bunun şahidi olmuşdum. Bəlkə də Bəxtiyar Vahabzadə uzaq 1944-cü ildə ədəbiyyata bir ildə gəldiyi, dostu, qonşusu Qabilin lehinə öz namizədliyini geri götürübmüş. Bunu mən ehtimal edirəm. Bəxtiyar əminin dilindən belə bir sözü eşitməmişəm. Desəydi, sözü qiymətdən salardı.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Mahir Qabiloğlu
Bölməyə aid digər xəbərlər
6-08-2024, 15:34
Mahir QABİLOĞLU - İlqar Musa oğlu - Mənim canlı ensiklopediyam - Mahir Qabiloğlu yazır
27-10-2021, 10:26
Mahir QABİLOĞLU - İsmixan Rəhimov kimdir və ya “İstiqlal” ordeni ilk olaraq kimə verilməliydi?
12-04-2020, 18:47
Mahir QABİLOĞLU - O dünyadan Anara, Fikrətə, Sabirə, bir az da Çingizə... - Fotolar

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək