15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
And pozulmaz – M. Qabiloğlu yazır
Tarix: 06-12-2018 20:26 | Bölmə: Mahir Qabiloğlu

Ağlım kəsəndə anladım ki, mən SSRİ boyda dövlətin vətəndaşıyam. Həmyaşıdlarım kimi SSRİ-nin gerbini, bayrağını tanıyırdım, himnini əzbərdən bilirdim. Amma 15 müttəfiq respublikadan biri olan Azərbaycanımın nə himnini öyrədirdilər, nə də gerbini, bayrağını divara asıb göz yaddaşımıza həkk edirdilər.
2-ci sinifdə oxuyanda Lenin muzeyində oktyabryata keçirtdilər. Nə bayrağımıza and içdik, nə də himn oxuduq. And yerimiz Lenin “baba”nın büstü oldu. Döşümüzə proletariat rəhbərinin uşaqlıq əksi olan ulduz taxdılar.
İbtidai sinfi bitirəndən sonra isə pioner olduq. Yenə də Lenin muzeyinə apardılar. Lenin “baba”mızın büstü önündə söz verdik ki, Vətənimizi həmişə sevəcəyik və onun keşiyində dayanacağıq. Şeypurlar səsləndi, barabanlar gurladı. Boynumuza qırmızı qalstuk bağladılar, döşümüzə Leninin əksi olan, “Vseqda qotov” sözləri yazılmış nişan taxdılar. Sonda komsomol katibi qışqırdı: “Hazır ol!”. Biz də xorla cavab verdik: “Həmişə hazır!” Demə bu, pionerin devizi imiş. Beləcə çevrilib olduq pioner.
Elə ki, səkkizinci sinfə çatdıq, dedilər ki, artıq böyümüsünüz, komsomol olmaq vaxtıdır. Sıraya düzdülər, qalstuku boynumuzdan çıxarıb, döşümüzə üstündə Leninin əksi və «ВЛКСМ» abbreviaturası yazılan bayraq şəkilli nişan taxdılar. Üstəlik kitabça da verdilər. Başladıq ayda 2 kopeek üzvlük haqqı verməyə.
9-10-cu siniflərdə Hərbi hazırlıq dərsləri keçdik, Hərbi Komissarlıqda “çağırışçı” kimi qeydiyyata alındıq. Nəhayət, 18 yaşında hərbi xidmətə çağrıldıq. Leninin büstü və SSRİ bayrağı önündə and içdik. Əlimizdə də silah. Bu and ömürlük bir and idi – Vətənə sədaqət andı. Bu andı pozmağa görə həbs cəzası vardı. Müharibə şəraitində isə ölüm hökmü. Əsgərlik illərində həm də kommunust oldum.
Qulluğumu başa vurub geri - universitetə qayıtdım. Yenidənqurma, mitinqlər başladı. Universitet tələbələri olan bizlər bu hərəkatın önündəydik. 7, 10, 15, 21 yaşlarında qarşısında söz verdiyim, 18 yaşında diz çöküb öpərək, Vətənə sədaqət andı içdiyim sovet bayrağını elə Leninin adına daşıyan meydanda, onun əzəmətli heykəli önündə yerə atıb tapdaladım. Bir az keçəndən sonra əzəmətli heykəlləri böyrü üstə yıxaraq Leninin boynuna minib şəkil də çəkdirdik. Sərhəd tellərini qırıb dağıtdıq. Bakıya ordu yeritdilər. Təzəcə əsgər andı içənlər andlarına xilaf çıxan bizləri qanına qəltan elədi. Etiraz etdik. Etiraz əlaməti olaraq isə partiya biletlətlərini yandırdıq.
Əvəzində müstəqilliyi qazandıq, yeni nəslə ərmağan elədik. İndi 28 ildir ki, yeni nəsil yetişir. Öz dövlətinə sədaqət andı içir. Bayrağını öpür, himnini oxuyur. Uğrunda şəhid olur, sağlamlığını itirir. Baxıram, gözlərim dolur. Bu vətən mənim vətənimdir. Ovaxtkı bütün yaşıdlarımın, məndən yaşca böyük olanların da Vətənidir. Özü də heç bir and içmədən. Bircə fərqimiz var. Mən dörd dəfə Leninə söz vermişəm, SSRİ adlı dövlətin bayrağına and içmişəm, sonra isə andımı pozmuşam. Çünki məcburi and içdiriblər. Deyiblər ki, “Söz verin!” – söz vermişik. Deyiblər “And için!” – And işmişik. Ucdantutma və yaş hədlərinə görə.
And isə ürəkdən gəlməlidir. Bu gün gənclərin əsgəri xidmətə hazırlanmasında 7 yaşını qeyd edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rolu böyükdür. Bunu tək mən demirəm, hamı deyir.
And müqəddəsdir. Andınızı heç vaxt pozmayın, ey müstəqil dövlətimin yeni vətəndaşları. Çünki siz öz dövlətinizin, ana torpağınızın bayrağına and içmisiniz.
Yazı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 7-ci ildönümü münasibətilə elan edilmiş yazı müsabiqəsinə təqdim olunur.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Mahir QABİLOĞLU
Bölməyə aid digər xəbərlər
6-08-2024, 15:34
Mahir QABİLOĞLU - İlqar Musa oğlu - Mənim canlı ensiklopediyam - Mahir Qabiloğlu yazır
27-10-2021, 10:26
Mahir QABİLOĞLU - İsmixan Rəhimov kimdir və ya “İstiqlal” ordeni ilk olaraq kimə verilməliydi?
12-04-2020, 18:47
Mahir QABİLOĞLU - O dünyadan Anara, Fikrətə, Sabirə, bir az da Çingizə... - Fotolar

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək