15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Qarabağ üçün yeni perspektivlər - İsrafil Kərimov yazır
Tarix: 06-10-2022 19:22 | Bölmə: İsrafil KƏRİMOV

İsrafil KƏRİMOV
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Oktyabrın 5-də BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə Ağdamda “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumu keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu mötəbər Forumun açılış mərasimində iştirak ediblər.
44 ölkədən 130-dan çox nümayəndənin qatıldığı Azərbaycan Milli Şəhərsalma Forumu Qarabağın bərpası ilə bağlı beynəlxalq və çoxtərəfli əməkdaşlıq üçün geniş perspektivlər açır. Bu görüşün yeni imkan yaradacağına və şəhər ərazilərində böhranların aradan qaldırılmasına dair çətinliklərin müəyyən edilməsi, həllərin müzakirəsi ilə bağlı bilik və təcrübə mübadiləsi aparmaq üçün platforma rolunu oynayacağına əmin ola bilərik.
Azərbaycan Milli Şəhərsalma Forumunun ölkəmizdə ilk dəfə məhz Ağdam şəhərində keçirilməsi də təsadüf deyil. Ağdam şəhəri işğal dövründə tamamilə dağıdılıb. Ərazilər işğaldan azad edildikdən sonra xarici ekspertlər, jurnalistlər burada ermənilərin vandallığının şahidi olduqdan sonra Ağdama “Qafqazın Xirosiması” adı veriblər.
44 günlük müharibədə əldə etdiyimiz qələbədən sonra biz Ağdam da daxil olmaqla bütün bölgələrimizi yenidən qururuq. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın bu günlərdə Ağdama səfəri zamanı burada aparılan bərpa-quruculuq işlərinin yüksək səviyyədə davam etdirildiyini gördük. Neçə illik yaşı olan kəndlər – Xıdırlı, Kəngərli, Sarıcalının təməli qoyuldu. Maksimum iki ildən sonra bu kəndlərdə bir neçə min insan yaşayacaq.
Forumdakı çıxışında prezident İlham Əliyev bir daha bəyan etdi ki, Ağdam Birinci Qarabağ müharibəsi dövründə dağılmamışdı. Şəhər sonradan, demək olar ki, 30 il ərzində daşları bir-bir sökülməklə dağıdılıb, bütün binalar viran qoyulub və sökülüb, daşlar oğurlanıb və satılıb. Yarıdağılmış yeganə tikili Cümə məscididir ki, onlar minarələrdən müşahidə üçün, Azərbaycan Silahlı Qüvvələrinin potensial hərəkətini görmək üçün istifadə ediblər.

Dünya ictimaiyyəti bu forum vasitəsilə bir daha məlumatlandırıldı və bildirildi ki, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan şəhərləri də işğal dövründə tamamilə dağıdılıb. Bütün binaların dağıdılmadığı yeganə yerlər Şuşa, Laçın və qismən Kəlbəcər olub. Lakin bunun səbəbi odur ki, Ermənistan dövləti müxtəlif ölkələrdən olan erməniləri işğal edilmiş ərazilərdə yerləşdirmək üçün qanunsuz məskunlaşma siyasəti yürüdürdü. Bu isə beynəlxalq hüququn və Cenevrə Konvensiyasının kobud şəkildə pozulması deməkdir.
Şəhərsalma forumunda verilən əsas mesajlardan biri də azad olunmuş ərazilərdə reallaşan genişmiqyaslı bərpa proqramına mane olan mina problemi idi. Ermənistan postmünaqişə dövründə də müharibə cinayətlərini davam etdirir. Müharibə başa çatdıqdan sonra 250 azərbaycanlı minaların partlaması nəticəsində həlak olub və ya ağır yaralanıb. İkinci Qarabağ müharibəsi bitəndən sonrakı dövrdə Ermənistan silahlı qüvvələri tərəfindən Laçın rayonunda basdırılmış 1400-dən çox mina zərərsizləşdirilib ki, bu da mülki insanların həyatı üçün real təhlükə idi.
Bütövlükdə Ağdamda keçirilən Milli Şəhərsalma Forumu həm işğalın nəticələrini, erməni vandallığını göstərmək, həm də Azərbaycanın qısa müddətdə azad olunmuş ərazilərdə həyata keçirdiyi bərpa-quruculuq işlərini dünyaya təqdim etmək baxımından olduqca əhəmiyyətlidir. Bu gün beynəlxalq qurumlar da bərpa prosesinə töhfə verə bilər. Bu, bütövlükdə bölgədə rifahın təmin olunması üçün olduqca vacibdir.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - İsrafil KƏRİMOV
Bölməyə aid digər xəbərlər

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək