15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Azadlıq tonqalları - İsrafil Kərimov yazır
Tarix: 22-03-2023 12:28 | Bölmə: İsrafil KƏRİMOV

İsrafil KƏRİMOV
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Mart ayının 18-də, xalqımızın ən əziz bayramlarından olan Novruz ərəfəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Tərtər rayonunun Talış kəndinə gələrək işğaldan azad edilən dövr ərzində burada görülən işlərlə tanış olublar.
Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 2020-ci il oktyabrın 3-də bu strateji ərazini düşməndən azad edib. Talış kəndindəki yüksək nöqtələrdən birində bu ərazinin işğaldan azad olunduğu gün Müzəffər Ali Baş Komandan tərəfindən paylaşılan tvitin mətninin həkk olunduğu Xatirə daşı yerləşdirilib.
Talış kəndinin işğaldan azad edilməsi, bu istiqamətdə əldə edilmiş uğurlar müharibənin gələcək gedişatı üçün çox böyük önəm daşıyırdı, eyni zamanda, ordumuzun və xalqımızın mənəvi ruhunu da yüksəldirdi. Çünki Talış kəndinin strateji əhəmiyyəti çoxlarına bəlli idi. Müharibənin ilk günlərində qazanılan uğurlar isə sönrakı günlərdə davam etdirildi. Qırx dörd günlük Vətən müharibəsində tarixi Zəfər əldə edən Azərbaycan postmüharibə dövründə də uğurlu addımlar atır, mühüm layihələr həyata keçirir. Təbii ki, bu layihələrin mərkəzində də işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin həyata keçirilməsi dayanır.
Qeyd edilib ki, keçən vaxt ərzində görülən işlər çərçivəsində 10 qeyri-yaşayış və ictimai iaşə obyekti də bərpa olunub və tamamilə yenidən qurulub. Bu obyektlərin ərazisində abadlıq işləri görülüb. Kənddə inzibati bina, 78 yerlik yeni məktəb və uşaq bağçası tikilib, kəndə qayıdacaq 180-nə yaxın ailə üçün fərdi yaşayış evləri tikilir və məşğulluq üçün şərait yaradılıb. Artıq Talış kəndinə 20 ailə qayıdaraq burada Novruz bayramını qeyd ediblər.

Müharibədəki qalibiyyətimizdə olduğu kimi, bu işlərin mərkəzində də prezident - xalq birliyi dayanır. Məhz bu birlik, xalqımızın prezidentə verdiyi dəstək sayəsində necə ki, müharibədə qalib gəldik, eləcə də postmüharibə dövründə uğurlu addımlar atırıq. Elə prezident də Talışda olarkən bir daha xalq dəstəyini gündəlik fəaliyyətində hiss etdiyini vurğuladı.
Vətən müharibəsindəki tarixi Zəfərdən sonra azad edilmiş ərazilərdəki ilk Novruz tonqalını Müzəffər Ali Baş Komandan, prezident İlham Əliyev Şuşada - Cıdır düzündə alovlandırıb. 2022-ci ildə Novruz tonqalı Suqovuşanda, bu dəfə isə Talışda qalandı. Bu yerlər heç də təsadüfən seçilməyib. Çünki, strateji təyinatlı Suqovuşan və Talış istiqamətindəki Tərtər döyüşləri, o cümlədən hərbi dərsliklərdə öyrənilən Şuşa döyüşləri Vətən müharibəsinin taleyini həll edib.
İşğaldan azad edilən torpaqlarda yandırılan bu tonqallar həm də quruculuq, tikinti işlərinin bir simvoluna çevrilib. O mənada ki, Vətən müharibəsindən ötən 2 il yarımlıq qısa dövr ərzində Qarabağ və Şərqi Zəngəzur əraziləri tikinti, quruculuq, abadlıq meydanına çevrilib. Böyük Qayıdış başlayıb, Zəngilanın Ağalı sakinləri artıq doğma yurd yerlərinə köçüb, indi Talış sakinlərinin qayıdışı başlayıb, yaxın aylarda Laçın sakinləri də bu sevinci yaşayacaq. Beləliklə, Qarabağa və Şərqi Zəngəzura həyat qayıdır. Bu, prezident İlham Əliyevin rəhbərlik etdiyi qüdrətli, müasir, müstəqil Azərbaycandır. Qısası, hər yandırılan tonqal işğaldan azad edilmiş ərazilərdəki yeni quruculuğun, tikinti işlərinin və abadlığın müjdəçisidir.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - İsrafil KƏRİMOV
Bölməyə aid digər xəbərlər

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək