15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Yeni dövr - İsrafil Kərimov yazır
Tarix: 15-02-2024 14:34 | Bölmə: İsrafil KƏRİMOV

İsrafil KƏRİMOV
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Fevralın 7-si müasir Azərbaycan tarixinə yeni əlamətdar gün kimi düşdü. Həmin gün keçirilən növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində cənab İlham Heydər oğlu Əliyev seçkilərdə iştirak etmiş seçicilərin 92,12 faizinin (4 567 458 səs) səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi.
Çox yüksək seçici fəallığı ilə (76,43 faiz) keçən bu seçkiləri 72 nüfuzlu beynəlxalq təşkilat və 89 ölkədən 790 beynəlxalq müşahidəçi, eyni zamanda, dünyanın 110 aparıcı xarici media subyektinin 217 təmsilçi də izlədilər.
Zəfər seçkiləri adlandırılan bu seçkilər ilk dəfə olaraq ölkəmizin bütün ərazisində, o cümlədən işğaldan azad edilən ərazilərdə də keçirildi. Hesab edirəm ki, seçki günü ən əlamətdar hadisə ölkə başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ailə üzvləri ilə birlikdə Xankəndi şəhərində 122 saylı seçki dairəsinin 14 saylı seçki məntəqəsində səs verməsi oldu. Bu, sıravi bir hadisə deyildi. Prezidentin Xankəndidə səs verməsi “erməni separatçılarının tabutuna vurulan son mismar” idi. Prezident o binada səs verməklə həm Ermənistana, həm də onun xarici havadarlarına mesaj vermiş oldu – Bu torpaqların gerçək sahibləri bizik və bu dünya durduqca belə olacaq.
Fevralın 14-də isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi keçirildi. Prezident İlham Əliyev andiçmə mərasimində gələcəkdə görüləcək işlər, həyata keçiriləcək siyasətlə bağlı geniş məzmunlu nitq söylədi. Ölkə başçısının çıxışındakı bəzi məqamları xüsusi qeyd etmək lazımdır. Cənab prezident bildirdi ki, “İndi isə yeni dövr başlayır. Biz bu dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq. Bu dövrün böyük nailiyyətləri olacaq, mən buna şübhə etmirəm. Çünki son illərin tarixi onu göstərir ki, qarşıya qoyduğumuz bütün vəzifələr icra edildi. Əlbəttə ki, bütöv Azərbaycan bu dövrə qədəm qoymuş, bütövləşmiş birlik nümayiş etdirmiş, o cümlədən bu seçkilərdə böyük birlik nümayiş etdirmiş xalq böyük uğurlara imza atacaq. Mənim buna şübhəm yoxdur”.
Bu gün Azərbaycan cəmiyyətində çox müsbət ab-hava mövcuddur və bu hal hər birimizi sevindirir. Güclü Azərbaycan hər zaman hədəflərimiz olub. Əgər güclü Azərbaycan qurmasaydıq, əgər kimdənsə istər siyasi, istər iqtisadi sahədə asılı olmuş olsaydıq, heç vaxt ərazi bütövlüyümüzü bərpa edə bilməzdik. Bu işlərdə də ölkəmiz öz gücünə arxalanmalı idi.

Prezidentimizin də vurğuladığı kimi, növbəti illərdə ölkəmizin qarşısında duran əsas vəzifələrdən biri Silahlı Qüvvələrin daha da gücləndirilməsidir. İkinci Qarabağ müharibəsindən sonra bu istiqamətdə çox böyük addımlar atılıb. Bu gün Azərbaycan Ordusu 2020-ci ildəkindən daha güclüdür və cəmi bir neçə saat davam edən antiterror əməliyyatı bunun bariz nümunəsidir. Beləliklə, qarşıda duran illərdə ordu quruculuğu prosesi davam etdiriləcək və ölkəmizin dövlət büdcəsində hərbi xərclərə lazımı qədər vəsait nəzərdə tutulub. Ölkədə güclü hərbi sənaye kompleksi yaradılıb və bu istiqamətdə görülən işlərin birinci mərhələsi uğurla başa çatıb, qarşıya yeni vəzifələr qoyulub. Bu il bu məqsədlər üçün həm özəl, həm dövlət müəssisələri tərəfindən ən azı bir milyard manat sərmayə qoyulacaq və ordumuz bundan sonra daha böyük həcmdə silah-sursatla, texnika ilə təmin ediləcək, daha böyük həcmdə ixrac ediləcəkdir. Ən əsası isə böyük dərəcədə xarici asılılıqdan xilas olunacağıq.
Prezidentin gələcək fəaliyyətinin ən mühüm istiqamətlərindən biri, deyərdim ki, başlıcası məhz ölkənin xarici siyasətidir. Çünki xarici siyasət, daxili siyasətin davamıdır. Güclü iqtisadiyyat, güclü ordu, daxili sabitlik, xalq-iqtidar birliyi xarici siyasətimizin əsas amilləridir. Bu gün dünya ictimaiyyəti ölkəmizin siyasətini bəyənir və onu dəstəkləyir. Bu dəstəyin nəticəsi idi ki, 155 ölkə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsinə səs verdi. 120 ölkənin dəstəyi ilə ölkəmiz Qoşulmama Hərəkatına sədr seçildi və nəhayət dünya ölkələri tərəfindən ölkəmizin COP29 Konfransının Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul edilib. Bu da ilk növbədə ölkə başçısı cənab İlham Əliyevin nüfuzu və hörməti sayəsində mümkün olmuşdur.
Ölkə başçısı öz çıxışında beynəlxalq təşkilatlarla bağlı atılacaq addımlardan danışaraq qeyd etdi ki, Türk Dövlətləri Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində səylərimiz davam etdiriləcəkdir. Ölkəmiz hər zaman bu təşkilatların dəstəyini görüb və gələcəkdə də onlarla əlaqələr daha da genişlənəcəkdir. Eyni zamanda Qoşulmama Hərəkatında da işlər davam etdiriləcəkdir.
Çıxışının sonunda prezident İlham Əliyev xüsusi vurğuladı: “Biz öz məsələmizi həll etmişik. Biz bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik! Bu yeni dövr uğurla başlayır. Əminəm ki, uğurla da davam edəcək. Bu yolda hamımıza uğurlar, yolumuz açıq olsun!”
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - İsrafil KƏRİMOV
Bölməyə aid digər xəbərlər

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək