15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Revanşistlərin təhlükəli siyasəti - İsrafil Kərimov yazır
Tarix: 15-09-2022 20:27 | Bölmə: İsrafil KƏRİMOV

İsrafil KƏRİMOV
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
19 il əvvəl Azərbaycan xalqı müdrik seçim edərək Ulu öndər Heydər Əliyevin layiqli davamçısı İlham Əliyevi Azərbaycan Respublikasının Prezidenti seçdi. Yeni əsrin yeni lideri İlham Əliyev bu illər ərzində Azərbaycanı həm siyasi-iqtisadi, həm də hərbi cəhətdən qüdrətli, dünyada sözükeçən dövlətə çevirdi. Bu güc sayəsində Qarabağın 30 il davam edən işğalına 44 gündə son qoyuldu. Hazırda bu ərazilərdə genişmiqyaslı tikinti-quruculuq işləri həyata keçirilir, yeni yollar çəkilir, infrastruktur qurulur, vaxtı ilə bu yerlərdən didərgin düşmüş insanların öz döğma yurdlarına qayıdışı başlayıb.
Baş verənlər məğlub durumda olan Ermənistanda birmənalı qarşılanmır, Ermənistan hökuməti, revanşistlər və onların havadarları təxribatlar törətməklə yenə də sərhəd bölgələrində ixtişaşlara əl atırlar. Sentyabrın 12-də erməni diversiya qruplarının Azərbaycan dövlət sərhədini pozaraq Daşkəsən, Kəlbəcər, Laçın istiqamətində təxribatlar törətməsi Azərbaycan tərəfinin səbrini daşırdı. Müzəffər Ali Baş Komandanın «Düşmən sülhə gəlməzsə, «Dəmir yumruq» yerindədir», - xəbərdarlığından dərs almayan işğalçı erməni ordusu bu dəfə də qəhrəman Azərbaycan əsgərinin gücünə şahid oldu. Azərbaycan Ordusu hər dəfə olduğu kimi bu dəfə də Ermənistanın təxribatlarına cavab olaraq, qısa zamanda və peşəkarlıqla üzərinə düşən vəzifələri yerinə yetirdi. Ermənistanın sərhəddəki hərbi nöqtələri şəxsi heyətlə birlikdə məhv edildi. Silahlı Qüvvələrimiz ölkəmizin sərhədlərində və hərbi hissələrimizin mövqeyinə təhdid və təhlükə yarada biləcək bütün strateji nöqtələri nəzarətə götürdü.
Azərbaycan Ordusunun gücü, qüdrəti ilə Azərbaycan torpaqlarına, Azərbaycan əsgərinə qarşı edilən bu xəyanətkar hərəkətlərə layiqli cavab verildi. İşğalçı və təcavüzkar Ermənistan bilməlidir ki, ölkəmizə qarşı istənilən təxribatın cavabı sərt olacaqdır. Biz bunu avqustun əvvəlində “Qisas” əməliyyatı zamanı da gördük. Amma görünür, bu, Ermənistana yaxşı dərs olmayıb. Ən əsası, ermənilərin sərhəddə törətdikləri təxribatlar yalnız sülh müqaviləsinin imzalanmasını və sərhədlərin delimitasiya prosesini yubatmağa hesablanıb. Sonuncu Brüssel görüşündən sonra sülh sazişinin bağlanması istiqamətində işlərin sürətlənəcəyi halda Ermənistan tərəfindən belə addımların atılması müqaviləni bağlamaqdan yayınmaq və ya gecikdirmək istəyindən başqa bir şey deyildi. Bu isə Ermənistanın təcavüzkar dövlət olduğunu bir daha təsdiqləyir. 44 günlük Vətən müharibəsində ağır məğlubiyyətə uğrayan Ermənistan məğlub dövlət obrazında sülh sazişini bağlamaq məcburiyyətində qalacaqdır.

Ermənistan rəhbərliyi Brüsseldə razılaşdırılan Zəngəzur dəhlizi ilə bağlı vədinə növbəti dəfə xilaf çıxdı. Bir sözlə, son təxribatçı mövqelər Ermənistan rəhbərliyinin əsl sifətini göstərdi. Sülh sazişinin imzalanmasından qaçan rəsmi İrəvan Qafqazdakı öz forpost statusunu bir daha təsdiqlədi və sıravi erməni xalqının maraqlarından çıxış etmədiyini nümayiş etdirdi.
Lakin Ermənistan, o cümlədən oradakı revanşist qüvvələr hələ də anlamırlar ki, onlar törətdikləri təxribatlarla heç nəyə nail ola bilməyəcəklər. Çünki onların qarşısında güclü və yenilməz, güclü, Müzəffər Azərbaycan Ordusu dayanır. Ordumuz öz gücünü sentyabrın 12-də baş verən təxribatların qarşısının alınması zamanı bir daha göstərdi. Ermənistan Silahlı Qüvvələrinin Laçın, Kəlbəcər və Zəngilan istiqamətində atəş açdığı bütün hərbi təyinatlı obyektlər və dayaq məntəqələri darmadağın edildi. Görülən tədbirlər nəticəsində Ermənistanın xeyli sayda hərbi texnikası, milyarddan artıq dəyəri olan iki “S-300” kompleksinin atıcı qurğusu, radiolokasiya stansiyası, 400 nəfərdən çox canlı qüvvəsi, çoxlu sayda hərbi obyekti və onlarla döyüş məntəqəsi məhv edildi. Azərbaycan ərazilərinin təhlükəsizliyinə təhdid yaradan bu obyektləri bərpa etmək üçün Ermənistana küllü miqdarda vəsait və ən azı 4-5 il zaman lazımdır.
Azərbaycan həmin bölgədə bütün nəqliyyat-kommunikasiya sistemini, çox mühüm yüksəklikləri nəzarətə götürdü. İrəvan-Qafan yolu Ordumuzun nəzarəti altına keçdi. Bununla da Ermənistan Azərbaycana qarşı nə indi, nə də gələcəkdə heç bir real təhlükə yarada bilməyəcəkdir.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - İsrafil KƏRİMOV
Bölməyə aid digər xəbərlər

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək