15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
“Qisas” əməliyyatı... - İsrafil Kərimov yazır
Tarix: 15-08-2022 18:12 | Bölmə: İsrafil KƏRİMOV

İsrafil KƏRİMOV
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Ayqustun 12-də prezident İlham Əliyev İsmayıllı rayonunun Basqal qəsəbəsində olarkən Azərbaycan Televiziyasına müsahibəsində Azərbaycan xalqının, dövlətinin və ordusunun qətiyyətini bir daha qeyd edi. Cənab prezident bu müsahibə zamanı bir çox sahəyə öz münasibətini bildirməklə yanaşı Laçın istiqamətində həyata keçirilmiş qısamüddətli, lakin güclü təsirə malik əməliyyatın əhəmiyyətini xüsusi vurğuladı.
Əlbəttə, ölkənin taxıla, buğdaya olan ehtiyacı və ərzaq təhlükəsizliyi ilə bağlı tədbirlər vacib amillərdir. Ölkəmiz bu istiqamətdə lazımi işlər görür. Lakin ərazi bütövlüyümüzün təminatı, sülhün tam mənada bərpası həm də azad olunmuş torpaqlarda əkinçilik və maldarlığın inkişaf etdirilməsi ilə ərzaq təhlükəsizliyinə verilmiş töhfə olacaqdır və ölkə başçısının qeyd etdiyi kimi, bu proses artıq başlanıb.
Bu il avqust ayının əvvəlində Laçın istiqamətində on səkkiz yaşlı əsgərimizin ermənilər tərəfindən şəhid edilməsi və buna verilən ən sərt cavab, növbəti dərs dəmir yumruğun yerində olmasını sübut edən amil idi. Ordumuz “Qisas” əməliyyatı keçirərək şəhidimizin qanını yerdə qoymadı və qarşı tərəf ciddi şəkildə cəzalandırıldı. Ermənistan cəmiyyəti və havadarları ordumuzun gücünü bir daha gördü.

Cənab prezidentin bildirdiyi kimi, Azərbaycanın qarşısında ciddi hədəfləri və bu hədəfləri həyata keçirmək üçün gündəliyi mövcuddur. Ölkəmiz qarşısına qoyduğu bütün hədəflərə çatır və ciddi uğurlar əldə edir. Bizi heç bir siyasi, iqtisadi, hərbi qüvvə saxlaya bilməz. Ölkəmiz öz ərazisində istədiyi qanuni addımı ata bilər. Əlbəttə, üç dövlət arasında imzalanmış 2020-ci il 10 noyabr Bəyanatı həyata keçirilməlidir. Azərbaycan ərazisində Ermənistan silahlı qüvvələrinə və erməni terrorçu ünsürlərə məxsus silahlı dəstələr qalmamalıdır. “Qisas” əməliyyatı təkcə şəhidimizin qisasını almadı, eyni zamanda da çoxlu sayda erməni yaraqlılarının ərazidən çıxarılmasına səbəb oldu. 100 min nəfərdən çox orduya malik Azərbaycanı heç bir qüvvənin, bəyanatın, açıqlamanın durdura bilmədiyini bütün dünya bir daha gördü.
Bu gün Cənubi Qafqaz regionu artıq sülhün və əməkdaşlığın mərkəzinə çevirilməkdədir. Tarix boyu Rusiya imperiyasının cənub sərhədlərində yerləşən bu ərazi indi müstəqil siyasət yürüdən və yeni reallıqların formalaşdığı bölgədir. Azərbaycan yerləşdiyi regionun inkişafında yeri gəldikdə siyasi, iqtisadi, ictimai, yeri gəldikdə isə hərbi təsir gücünə malik olduğunu dəfələrlə sübut edib. Təkcə qonşu Gürcüstanın inkişafında Azərbaycanın həyata keçirdiyi enerji layihələrinin və nəqliyyat yollarının böyük əhəmiyyəti vardır. Əgər rəsmi İrəvan doğru mövqe seçsəydi, analoji inkişaf meyilləri Ermənistanla da həyata keçirilə bilər və regionumuz çox böyük tərəqqi yolu keçmiş olardı. Lakin 30 illik işğal hər üç dövləti geri saldı. Azərbaycan alternativ yollar tapdı və inkişaf etdi. İndi Qarabağ müharibəsinin bitməsi və Ermənistanla normal münasibətlərin yaradılmaq imkanlarının formalaşması möhkəm sülhə ümidləri artırır.
Azərbaycan çoxmillətli, çoxkonfensiyalı, tolerant bir dövlətdir. Azərbaycanın digər vətəndaşları kimi ermənilər də ölkə ərazisində yaşayacaqlar. İndi Qarabağda yaşayan ermənilər gördülər ki, nə rəsmi İrəvan, nə Rusiya sülhməramlıları onların problemlərinin həllinə yardım edə bilmir. Azərbaycan isə onlara yeni və keyfiyyətli yol çəkir, onların qazla təminatını həyata keçirir, təhlükəsizliyini təmin edir. Ermənilər başa düşməyə başlayıblar ki, gələcək inkişafları məhz Azərbaycan cəmiyyətinə inteqrasiyadan keçir.
Bölməyə aid digər xəbərlər

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək