15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Vüsal Qasımlı dünya beyin mərkəzlərinə müraciət edib - Ekoloji terrorla bağlı
Tarix: 16-12-2022 17:24 | Bölmə: İqtisadiyyat

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı "Qızılbulaq” qızıl, “Dəmirli” mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq dünyanın ətraf mühit siyasəti sahəsində olan aparıcı beyin mərkəzlərinə müraciət edib.
Reyting.az-ın məlumatına görə, müraciətdə deyilir ki, Azərbaycan ekoloqları Rusiya sülhməramlılarının müvəqqəti fəaliyyət göstərdiyi Azərbaycan ərazilərində Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz edirlər:
"Bu səbəbdən azərbaycanlı ekoaktivistlər “Ekoloji terrora son!”, “Öz ərazilərimizdə monitorinqin qarşısını alma!” şüarları ilə planetin həyat qabiliyyətini təhdid edən ekosid və qeyri-qanuni istismarın qarşısını almağa çağırırlar. Eyni zamanda, Azərbaycan ərazilərində yerləşən faydalı qazıntı yataqlarında azərbaycanlı mütəxəssislərin monitorinq və qiymətləndirmə aparmasına şərait yaradılması əsas tələb kimi irəli sürülür.
Azərbaycanın Ağdərə şəhəri ətrafındakı “Qızılbulaq” qızıl yatağını Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə bağlanmış sazişə uyğun olaraq “R.V.Investment” şirkəti istismar etməlidir. Lakin yataq Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazidə olduğu üçün tərəflər arasında imzalanan saziş icra edilmir. Əvəzində istismarla məşğul olan “Base Metals” şirkətinin təkcə 2009-2017-ci illərdə “Qızılbulaq” yatağının istismarı nəticəsində 178 milyon dollar qazandığı sübuta yetirilib. Qarabağ ərazisində 2010-cu ildən fəaliyyətə başlayan və ilkin hesablamalara görə, illik gəliri 8 milyon ABŞ dolları təşkil edən şirkət “Qızılbulaq” yatağından hər ay 12 min ton filiz çıxarıb, saflaşdırma kombinatında ilkin emaldan sonra Ermənistana aparıb və orada təkrar emal olunduqdan sonra dünya bazarına çıxarıb.
Bir-birindən 15 kilometr uzaqlıqda yerləşən “Qızılbulaq” və “Dəmirli” yataqlarının, Vətən müharibəsindən sonra, istismarı dayandırılıb. Lakin bədnam rusiyalı milyarder Ruben Vardanyanın, Rusiyaya qarşı tətbiq edilən beynəlxalq sanksiyalardan qaçıb Qarabağa gəlməsi və Qarabağ separatçılarının rəhbərliyinə - qondarma “dövlət naziri” postuna gətirilməsindən sonra yataqlarda yenidən qanunsuz fəaliyyətə başlanılıb. Son dövrlər isə, “Azersky” peyklərinin təsvirləri vasitəsilə “Dəmirli” mədən yatağının 740 hektar ərazisində ermənilərin qanunsuz geoloji kəşfiyyat, qazıntı-hasilat işlərinin və yeni infrastruktur elementlərinin tikintisinin aparıldığı müəyyənləşdirilib. Nəticədə ətraf mühitə böyük ziyan dəyib, çaylar və yeraltı sular ağır metallarla çirkləndirilib. Uzun illər bu ərazilərdə ekosid törədilib, yanğın təşkil edilib, su hövzələri kimyəvi çirklənməyə məruz qalıb, Azərbaycan sərvətləri qanunsuz istismar olunub" - deyə müraciətdə qeyd olunub.
İİTKM-in icraçı direktoru Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidə daxili qanunvericiliyinin pozulduğunu, beynəlxalq konvensiyaların tələblərinə əməl olunmadığını diqqətə çatdırıb. O, bildirib ki, Cinayət Məcəlləsinə görə “Qızılbulaq” və “Dəmirli” mədənlərində qanunsuz sahibkarlıqla məşğul olaraq qanuni sahibi Azərbaycan dövləti olan sərvətlərimizi talan edənləri 7 ilədək həbs cəzası gözləyir və onlar ölkəyə dəymiş ziyanın 4 mislini dövlət büdcəsinə ödəməlidirlər.
"Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə qanunsuz fəaliyyətlər və törədilən ekoloji terror beynəlxalq konvensiyalara da ziddir. Xüsusilə, hərbi konfliktlər zamanı mədəni dəyərlərin qorunması haqqında Haaqa Konvensiyası, 1907-ci ildə qəbul edilən IV Haaqa Qaydaları, 1949-cu ildə qəbul edilən IV Cenevrə Konvensiyası qanunsuz fəaliyyəti qəti şəkildə rədd edir. İşğal olunmuş Ərazilər üzrə Cenevrə Konvensiyası şirkətlərə uzun müddət işğal altında olan və faktiki statusu aydın olmayan ərazilərdə mədən hasilatı aparmağı qadağan edir. Beyin mərkəzlərinə ünvanlanan müraciətin mətnində qeyd olunub ki, ekoloji problemlər,ətraf mühitin və su hövzələrinin çirkləndirilməsi BMT-nin qəbul etdiyi Davamlı İnkişaf Konsepsiyası və Dayanıqlı İnkişaf Məqsədləri ilə ziddiyət təşkil edir. O cümlədən, yataqların qanunsuz istismarı, ətraf mühitə zərər vurulması, su hövzələrinin çirkləndirilməsi və bu ərazilərdə qanuni sahib olan dövlətin - vətəndaşların monitorinqinə şərait yaradılmaması BMT-nin qəbul etdiyi “Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiya”ya (Espo Konvensiyası), “BMT-nin Avropa İqtisadi Komissiyasının Ətraf mühit ilə bağlı məlumatın əldə edilməsi, ictimaiyyətin qərar qəbul edilməsində iştirakı və ədalət məhkəməsinin açıq keçirilməsi haqqında Konvensiyası”na (Orxus Konvensiyası) tamamilə ziddir. Azərbaycanlı ekoaktivistlərin ekoloji terrora etirazı ilə bağlı saxta xəbərləri Ermənistan dünya mediasına yanlış informasiya kimi ötürür", - deyə müraciətdə bildirilib.
Etiraz məktubu ABŞ, Türkiyə, Avropa İttifaqı, Yaponiya, Çin, Rusiya və başqa ölkələr də olmaqla 100-dən artıq beyin mərkəzinə ünvanlanıb.
Bölməyə aid digər xəbərlər

13-02-2026, 13:27
Yeni vergi güzəştləri tətbiq ediləcək
13-02-2026, 12:20
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
13-02-2026, 10:52
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
13-02-2026, 00:06
Tək yaşayanlar Sürixdə 3-4 otaqlı mənzil ala bilməyəcək
12-02-2026, 17:18
Əmək qabiliyyətini itirənlərə müavinət ödəniləcək
12-02-2026, 15:14
Pərviz Şahbazov İran səfiri ilə müzakirə aparıb
12-02-2026, 13:50
Süni intellekt Rusiyada işsizlərin sayını artırır
12-02-2026, 13:33
Fermerlərə subsidiya ödənişləri başlayır
12-02-2026, 11:12
Azərbaycanın yeni rəqəmsal arxitekturası...
12-02-2026, 10:43
"Temu" "endirim kartları"nı bloklayıb
11-02-2026, 18:06
Azərbaycan üzərindən Ermənistana taxıl tədarükü artacaq
11-02-2026, 16:16
Deputatın oğlu 14 minlik tenderin qalibi olub
11-02-2026, 15:44
“Lukoil” xaricdəki bütün aktivlərini satır
11-02-2026, 15:17
“Kapital Bank” müştərilərinin kartlarını kütləvi bloklayıb
11-02-2026, 14:38
Pensiyalar yeni artımla birgə ödəniləcək
11-02-2026, 07:58
Ən çox mis hansı ölkədə istehsal olunur?
10-02-2026, 18:36
Ən böyük iqtisadi ərazilər... - Siyahı
10-02-2026, 16:46
Putinin qurduğu hərbi iqtisadiyyat çökmək üzrədir
10-02-2026, 12:03
Rusiya neft bazarında payını itirir
10-02-2026, 11:26
Bakıda "Tramp Marşrutu" ilə bağlı müzakirə aparılıb
10-02-2026, 08:55
Aİİ və Monqolustan rüsumları azaldacaq
9-02-2026, 17:20
Əmək pensiyaları indeksləşdirilir - (Yenilənib) - Sərəncam
9-02-2026, 17:03
Sahibkarlıq sahəsində aparılan yoxlamalar daha bir il dayandırılıb
9-02-2026, 13:52
Təbii minerallar iki ölkə arasında rəqabəti artırıb
8-02-2026, 08:55
"Starlink" interneti tam nəzarətə götürmək istəyir
6-02-2026, 22:43
Rusiyanın qızıl ehtiyatları 400 milyard dolları keçib
6-02-2026, 18:12
Prezident investisiya təşviqi qaydasına dəyişiklik edib - Fərman
6-02-2026, 15:07
Hindistan Rusiyanı Venesuela ilə əvəz edib
6-02-2026, 12:28
Bank və dövlət sektorlarına fişinq cəhdi müəyyən olunub
6-02-2026, 11:30
İşçi qrupun növbəti iclası keçirilib
6-02-2026, 10:13
İlon Mask öz smartfonunu istehsal etmək istəyir
5-02-2026, 16:03
Ən etibarlı avtomobillər hansılardır? - Siyahı
5-02-2026, 14:27
Əkrəm Həsənov: Camaatda pul yoxdur ki, manatı dollara çevirsin
5-02-2026, 13:31
Dünya bazarında mis kəskin ucuzlaşıb
5-02-2026, 12:19
Aqşin Fatehin restoranında saxta içkilər satılırmış - Fotolar
5-02-2026, 10:57
İdxaldan asılı olan ölkələr... - Siyahı
5-02-2026, 07:49
Ukraynanın dövlət borcu sürətlə artır
4-02-2026, 18:38
Avrasiya İqtisadi İttifaqı problemdən çıxış yolu axtarır - Foto
4-02-2026, 10:17
Mərkəzi Bank uçot dərəcəsini azaldıb
4-02-2026, 00:21
İlon Mask “SpaceX” və “xAI” şirkətlərini birləşdirib
3-02-2026, 11:06
"Evrascon" çöküb - Şirkətin borcu 7 milyona çatır
3-02-2026, 10:55
"Azvvallet"ə qadağa qoyulub
3-02-2026, 10:01
36 mənzili alan olmayıb - 1,8 milyonluq tender ləğv edilib
3-02-2026, 09:31
Pensiya üçün ən yaxşı ölkələr... - Siyahı
3-02-2026, 07:42
Dollar və istiqrazlarla bağlı təhlükəli dəyişiklik baş verə bilər
3-02-2026, 00:14
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
2-02-2026, 11:57
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
2-02-2026, 10:21
Vergi və gömrük sahəsində yeni güzəştlə bağlı qərar imzalanıb

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək