15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Dünya bazarında taxılın qiyməti qalxır: Azərbaycanın taxıl ehtiyatı var, lakin... - Ekspertlər danışır
Tarix: 16-08-2022 13:20 | Bölmə: İqtisadiyyat

“Dünya bazarındakı vəziyyət Azərbaycanda da taxılın, unun qiymətində artımı qaçılmaz edir”.
Reyting.az xəbər verir ki, bunu APA-ya açıqlamasında “Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirib.
Eyyub Hüseynov deyib ki, Azərbaycanda taxıl və taxıl məhsullarının qiyməti dövlət tərəfindən tənzimlənmir: “Azərbaycan bazarı da dünya bazarına inteqrasiya olunub, dünya bazarının bir hissəsidir. Bəzi malların qiyməti artanda Azərbaycan bazarı da ona reaksiya verməyə məcbur və məhkumdur. Obyektiv amillər var ki, bəzi malların, məhsulların qiyməti qalxa bilər, bu, gözlənilir. Azərbaycan da buna hazır olmalıdır. O cümlədən taxıl məhsulları ilə bağlı da problem var”.
“Azad İstehlakçılar” İctimai Birliyinin sədri bir sıra məqamları da nəzərə almağı vacib sayır: “Dünyada əsas taxıl ixracatçıları Rusiya və Qazaxıstan xaricə satışa limit qoyub. Ukrayna müharibəsi nəticəsində bu ölkənin taxıl ixracında problemlər yaranıb. Azərbaycan da taxılı idxal edir, ona görə artıq digər ölkələrdə olduğu kimi, taxılın, unun qiymətində artım qaçılmaz görünür. İndiyədək dövlət subsidiya hesabına bunun qarşısını alır, amma Ukraynada müharibənin uzanması gec-tez qiymətə təsir edəcək”.
Eyyub Hüseynov bununla belə, ajiotaja düşməməyə çağırıb: “Dünya bazarı ilə müqayisədə taxıl və unun qiymətində çox kiçik miqdarda bahalaşma ola bilər. Azərbaycan hökuməti lazımi tədbirlər görür ki, böyük bahalaşma olmasın. Ölkədə də kifayət qədər taxıl ehtiyatı var. Lakin Azərbaycan bazarı dünya bazarının bir parçası olduğu üçün ölkədə taxıl məhsullarının, o cümlədən unun qiymətinin qalxması gözlənilir. Camaat ajiotaja düşüb çoxlu taxıl, un ehtiyatı toplamasın. Belə hallar olanda alınan taxıl, un xarab olur və heyvan yeminə çevrilir. Azərbaycanda taxılın, o cümlədən unun qiymətində kiçik qiymət artımı gözlənilir ki, bu da bazarın tələbidir. İstehlakçılar da buna hazır olmalıdır”.
O, istehlakçıları israfçılığı azaltmağa da çağırıb: “Dünyada ən çox çörək yeyən xalqların sırasındayıq. Bir çox uzunömürlü ölkələrin xalqları isə çörəkdən az istifadə edir. Azərbaycan xalqı da buna uyğunlaşmalıdır. Kiçik qiymət artımından heç bir ajiotaja düşmək lazım deyil. Azərbaycan hökuməti bütün tədbirləri görüb və görür ki, heç bir qıtlıq olmasın”.
"Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları" İctimai Birliyinin sədri Emin Əliyev Azərbaycanın özünü taxıllı tam təmin etmədiyini söyləyib: “Azərbaycanın torpaq ehtiyatları, iqlim şəraiti ölkəmizdə bütün əkin ərazilərində yüksək, keyfiyyətli məhsuldarlıq əldə etməyə imkan vermir. Bu onu göstərir ki, ölkəmiz uzun illər taxılla, xüsusilə də toxumçuluq və yem taxılı üzrə xarici bazarlardan asılı olacaq. Dünyada baş verən tendensiyalar isə göstərir ki, taxıl növlərinin qiyməti gündən-günə artır. Kataklizmlər, siyasi, iqtisadi, hərbi böhranlar qiymət artımını daha da körükləyir. Yəqin ki, qiymət artımı hələ uzun illər davam edəcək. Digər tərəfdən, hər kəsə bəllidir ki, hökumət uzun illər bu sahəni dotasiya və subsidiya ilə qorumağa çalışıb. Çünki Azərbaycan əhalisi dünyada ən çox taxıl, un və un məhsulları istehlak edən xalqlardan sayılır. Ona görə də Azərbaycanda taxılın qiymətinin artımı bütün istehlakçılara təsir edə bilir. Lakin qəbul etmək lazımdır ki, dünyada, o cümlədən Azərbaycanda iqtisadiyyat tədricən liberallaşmağa, daha çox sərbəst bazar iqtisadiyyatının tələblərinə uyğun inkişaf etməyə doğru gedir. Bu, çox müsbət və hər kəsin arzu etdiyi haldır. Lakin bu zaman həm də müəyyən risklər yaranır. Bu risklər isə dünyada baş verən bütün iqtisadi proseslərin dövlətin dəstək süzgəcləri olmadan birbaşa vətəndaşa təsir risklərinə səbəb olur. Hazırkı vəziyyət göstərir ki, dünyada taxılın qiyməti həddindən artıq bahalaşıb. Bir, iki il əvvəlki qiymətlərlə müqayisədə qiymət dəfələrlə qalxıb. Ölkəmiz isə həm qida üçün buğda, həm də heyvan üçün taxıl məhsulları baxımından idxaldan asılıdır. Ona görə də bu, un və un məhsullarına, xüsusən ölkə əhalisinin ən çox istehlak etdiyi çörəyin də qiymətinin artması ilə nəticələnəcək. Bu, qaçılmazdır”.
Qiymət artımına qarşı atılacaq addımlara gəlincə, Emin Əliyev deyib ki, Prezident İlham Əliyev son müsahibəsində strateji hədəfləri müəyyənləşdirib: “Azad edilmiş ərazilərdə təxminən 100 min hektar torpağın əkin dövriyyəsinə cəlb edilməsi, digər ərazilərimizdə müasir dövrün tələblərinə uyğun olaraq aqrotexnik qulluq tələbləri əsasında yeni torpaq sahələrinin taxıl məhsullarının yetişdirilməsinə cəlb edilməsi ilə bağlı hədəflər müəyyənləşdirdi. Bu da gələcəkdə ölkəmizin bu sahədə xaricdən asılılığını azaldacaq, minimuma endirəcək. Digər tərəfdən, qida və sağlamlıq məsələləri var. Un və un məhsulları ilə qidalanmaq sağlamlıq riskləri yaradır, bununla bağlı müvafiq ekspertlərin fikirləri var. Bu baxımdan insanlarımız un və un məhsullarından çox istifadə etməkdən çəkinməli, bu məhsullarının gündəlik qida rasionunda çəkisi azaldılmalıdır”.
Reyting.az
Bölməyə aid digər xəbərlər

13-02-2026, 13:27
Yeni vergi güzəştləri tətbiq ediləcək
13-02-2026, 12:20
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
13-02-2026, 10:52
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
13-02-2026, 00:06
Tək yaşayanlar Sürixdə 3-4 otaqlı mənzil ala bilməyəcək
12-02-2026, 17:18
Əmək qabiliyyətini itirənlərə müavinət ödəniləcək
12-02-2026, 15:14
Pərviz Şahbazov İran səfiri ilə müzakirə aparıb
12-02-2026, 13:50
Süni intellekt Rusiyada işsizlərin sayını artırır
12-02-2026, 13:33
Fermerlərə subsidiya ödənişləri başlayır
12-02-2026, 11:12
Azərbaycanın yeni rəqəmsal arxitekturası...
12-02-2026, 10:43
"Temu" "endirim kartları"nı bloklayıb
11-02-2026, 18:06
Azərbaycan üzərindən Ermənistana taxıl tədarükü artacaq
11-02-2026, 16:16
Deputatın oğlu 14 minlik tenderin qalibi olub
11-02-2026, 15:44
“Lukoil” xaricdəki bütün aktivlərini satır
11-02-2026, 15:17
“Kapital Bank” müştərilərinin kartlarını kütləvi bloklayıb
11-02-2026, 14:38
Pensiyalar yeni artımla birgə ödəniləcək
11-02-2026, 07:58
Ən çox mis hansı ölkədə istehsal olunur?
10-02-2026, 18:36
Ən böyük iqtisadi ərazilər... - Siyahı
10-02-2026, 16:46
Putinin qurduğu hərbi iqtisadiyyat çökmək üzrədir
10-02-2026, 12:03
Rusiya neft bazarında payını itirir
10-02-2026, 11:26
Bakıda "Tramp Marşrutu" ilə bağlı müzakirə aparılıb
10-02-2026, 08:55
Aİİ və Monqolustan rüsumları azaldacaq
9-02-2026, 17:20
Əmək pensiyaları indeksləşdirilir - (Yenilənib) - Sərəncam
9-02-2026, 17:03
Sahibkarlıq sahəsində aparılan yoxlamalar daha bir il dayandırılıb
9-02-2026, 13:52
Təbii minerallar iki ölkə arasında rəqabəti artırıb
8-02-2026, 08:55
"Starlink" interneti tam nəzarətə götürmək istəyir
6-02-2026, 22:43
Rusiyanın qızıl ehtiyatları 400 milyard dolları keçib
6-02-2026, 18:12
Prezident investisiya təşviqi qaydasına dəyişiklik edib - Fərman
6-02-2026, 15:07
Hindistan Rusiyanı Venesuela ilə əvəz edib
6-02-2026, 12:28
Bank və dövlət sektorlarına fişinq cəhdi müəyyən olunub
6-02-2026, 11:30
İşçi qrupun növbəti iclası keçirilib
6-02-2026, 10:13
İlon Mask öz smartfonunu istehsal etmək istəyir
5-02-2026, 16:03
Ən etibarlı avtomobillər hansılardır? - Siyahı
5-02-2026, 14:27
Əkrəm Həsənov: Camaatda pul yoxdur ki, manatı dollara çevirsin
5-02-2026, 13:31
Dünya bazarında mis kəskin ucuzlaşıb
5-02-2026, 12:19
Aqşin Fatehin restoranında saxta içkilər satılırmış - Fotolar
5-02-2026, 10:57
İdxaldan asılı olan ölkələr... - Siyahı
5-02-2026, 07:49
Ukraynanın dövlət borcu sürətlə artır
4-02-2026, 18:38
Avrasiya İqtisadi İttifaqı problemdən çıxış yolu axtarır - Foto
4-02-2026, 10:17
Mərkəzi Bank uçot dərəcəsini azaldıb
4-02-2026, 00:21
İlon Mask “SpaceX” və “xAI” şirkətlərini birləşdirib
3-02-2026, 11:06
"Evrascon" çöküb - Şirkətin borcu 7 milyona çatır
3-02-2026, 10:55
"Azvvallet"ə qadağa qoyulub
3-02-2026, 10:01
36 mənzili alan olmayıb - 1,8 milyonluq tender ləğv edilib
3-02-2026, 09:31
Pensiya üçün ən yaxşı ölkələr... - Siyahı
3-02-2026, 07:42
Dollar və istiqrazlarla bağlı təhlükəli dəyişiklik baş verə bilər
3-02-2026, 00:14
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
2-02-2026, 11:57
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
2-02-2026, 10:21
Vergi və gömrük sahəsində yeni güzəştlə bağlı qərar imzalanıb

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək