Tarix: 07-04-2016 14:15 | Bölmə: İqtisadiyyat

Dünya Bankının tibbi sığorta üzrə eksperti Tixomir Strizrep Azərbaycan Respublikası Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəvəti ilə Bakıya gəlib.
Reyting.az bildirir ki, bu barədə fins.az-a agentlikdən məlumat verilib.
Məumata görə, qonaq və Agentliyin mütəxəssisləri dünyada səhiyyənin maliyyələşməsi ilə bağlı yanaşmaları, Azərbaycanda icbari tibbi sığorta modelinin qurulması istiqamətində fikir mübadiləsi aparıblar.
Agentliyin direktoru Zaur Əliyev Dünya Bankının eksperti ilə icbari tibbi sığorta modelinin yaradılmasında Azərbaycana davamlı texniki dəstək göstərilməsinə dair müzakirə aparıb. Tixomir Strizrep həmçinin dövlət xəstəxanalarının işi ilə tanış olub.
Qeyd edək ki, Tixomir Strizrep uzun illər Xorvatiyanın Sosial Tibbi Sığorta Fondunun rəhbəri vəzifəsində çalışıb, hazırda Dünya Bankının eksperti kimi bir çox Avropa dövlətinə tibbi sığorta sistemini qurmaqda yardım edir.

Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək