Tarix: 30-03-2016 19:07 | Bölmə: İqtisadiyyat

"Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. 2015-ci ildə keçirilən I Avropa Oyunlarından sonra Azərbaycanda "Formula-1" yarışlarının təşkili ölkəmizin siyasi və iqtisadi sabitliyinin, beynəlxalq nüfuzunun, böyük tədbir və yarışların keçirilməsi ilə bağlı təcrübəsinin nəticəsidir".
Reyting.az xəbər verir ki, bu sözləri "The Business Year" jurnalına müsahibəsində Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
Nazirin sözlərinə görə, Azərbaycanda "Formula-1" yarışlarının keçirilməsi idmanın inkişafına mühüm təsir göstərəcək, iqtisadiyyata öz töhfəsini verəcək: "Bundan başqa, ölkənin pozitiv imici ölkəyə uzunmüddətli investisiyaların cəlb olunmasına şərait yaradacaq. Yarışda iştirak edən idmançılar və yarışı seyr edən qonaqların ölkə ilə tanış olmasına imkan yaranacaq, onlar Azərbaycanın uğurlu inkişaf modelini görə biləcəklər".
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək