15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Vüsal Qasımlı: “Strateji valyuta ehtiyatlarının həcmi yüksəlib”
Tarix: 27-12-2017 12:47 | Bölmə: İqtisadiyyat

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) 2017-ci ilin yekunlarına dair mətbuat konfransı keçirilib.
Reyting.az-ın xəbərinə görə, mətbuat konfransında çıxış edən İİTKM-in icraçı direktoru Vüsal Qasımlı deyib ki, artıq böhran arxada qalıb və iqtisadiyyat yeni inkişaf tsiklinə qədəm qoyub :
“2017-ci ildə bir tərəfdən antiböhran tədbirləri həyata keçirilib, digər tərəfdən yeni iqtisadi model quruculuğu sahəsində islahatlar davam etdirilib, infrastruktur yaxşılaşdırılıb və əhalinin sosial rifahı diqqətdə saxlanılıb. Beləliklə, Prezident İlham Əliyevin apardığı uğurlu siyasət iqtisadi böhranı yeni inkişaf pilləsinə keçid üçün imkana çevirib. Azərbaycanda ÜDM-in əhəmiyyətli azalması yalnız 2016-cı ildə qeydə alınıb, 2017-ci ildə ÜDM-in artım dinamikası tarazlaşdırılıb və 2018-ci ildə yeni iqtisadi yüksəliş üçün əsaslar yaradılıb”.
V.Qasımlı həmçinin qeyd edib ki, 2017-ci ildə biznes mühitinin əlverişliliyini artırmaq üçün iqtisadi islahatlar davam etdirilib: "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, 01 noyabr 2015-ci il tarixindən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılıb. 2017-ci ilin oktyabr ayında isə yoxlamaların dayandırılması ilə bağlı müddət 2021-ci ilə kimi uzadılıb.
Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli Fərmanına uyğun olaraq Dövlət Gömrük Komitəsi tərəfindən “Yaşıl dəhliz” və digər buraxılış sistemlərinin tətbiqi ilə əlaqədar müvafiq infrastruktur yaradılıb. İxracatçılar 2016-cı il 1 avqust tarixindən etibarən “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə etmək imkanı qazanıblar”.
V.Qasımlının sözlərinə görə, «Tax free» sisteminin tətbiqi, bəzi məhsulların idxal rüsumlarının artırılması, idxal edilən xammallarda isə rüsumların azaldılması da mühüm islahat tədbirlərindəndir: “Nazirlər Kabinetinin 10 aprel 2017-ci il tarixli 134 saylı qərarı ilə “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nda dəyişikliklərə əsasən isə ixrac prosesi daha da sadələşdirilib”.
İİTKM-in icraçı direktoru vurğulayıb ki, 2017-ci ildən qüvvəyə minən Vergi Məcəlləsinə dəyişikliklərin əsas məqsədi kiçik və orta biznesin inkişafına daha əlverişli şəraitin yaradılması, vergi orqanları və sahibkarlıq subyektləri arasında qarşılıqlı etimadın yüksəldilməsi, vergi yükünün optimallaşdırılması, vergi ödəyicilərinin hüquqlarının qorunması, onların vaxt itkisinə məruz qalmaması və vergi öhdəliklərinin daha rahat şəkildə yerinə yetirilməsi, bir sıra vergi ödəyiciləri üçün güzəştlərin müəyyən edilməsi yolu ilə sosial bərabərliyin təmin olunması, nağdsız əməliyyatların həcminin artırılması, vergitutma bazasının genişləndirilməsi, pul dövriyyəsinin tənzimlənməsi, bankların likvidliyinin və bilavasitə vergi mühitinin cəlbediciliyinin artırılması yolu ilə iqtisadiyyata investisiya qoyuluşlarının təşviq edilməsi, ixracın stimullaşdırılması, uçotun dürüstlüyünün və şəffaflığının təmin olunmasıdır.
Həmçinin 2017-ci ilin yanvar ayında "Dövlət satınalmaları haqqında" Qanuna edilən dəyişikliyə əsasən, yerli şirkətlərə 20 faizlik güzəşt tətbiq edilib.
V. Qasımlı əlavə edib ki, 2017-ci ildə Azərbaycan prezidenti İlham Əliyev sahibkarlar tərəfindən manatla alınan kreditlərə təminat və hesablanan faizlərə görə subsidiya verilməsi qaydalarını təsdiq edib. İpoteka və Kredit Zəmanət Fondunun yaradılması real sektorla maliyyə sektoru arasındakı iqtisadi tarazlığın bərpa olunması, maliyyə risklərinin bölünməsi, bankların dayanıqlığının və real sektora maliyyə axınının gücləndirilməsi, əks-dollarlaşmanın stimullaşdırılması və Azərbaycanda rəqəmsal ödənişlərin genişləndirilməsinə nail olmaq üçün mühüm bir addımdır. Bu, maliyyə inklüzivliyinin artırılması, sahibkarların maliyyə mənbələrinə çıxış imkanlarının genişləndirilməsi və maliyyə xidmətləri ilə təminatının yaxşılaşdırılmasına xidmət edəcək. Ölkədə maliyyə inklüzivliyinin artımına nail olunması iqtisadi fəaliyyətin dəstəklənməsinə, sahibkarlığın inkişafına, məşğulluğun yaxşılaşdırılmasına da əlavə dəstək verəcək.
Aqrar sahənin inkişafını sürətləndirmək üçün “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017–2022-ci illər üçün Dövlət Proqramı”, "Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün Dövlət Proqramı” və "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı” qəbul olunub. Artıq ölkədə iqtisadi strateji planların, dövlət proqramlarının, inkişaf konsepsiyalarının, strategiyaların, tədbirlər planlarının layihələrinin hazırlanması zamanı strateji yol xəritələrinin müddəaları rəhbər tutulur.
Vüsal Qasımlı institutsional islahatlardan danışanda Azərbaycan Sənaye Korporasiyası, Qida Təhlükəsizliyi Agentliyi və Enerji Məsələlərini Tənzimləmə Agentliyinin yaradılmasının xüsusilə vurğulamaq lazım olduğunu bildirib. Onun qənaətincə, İdarəetmə islahatları yeni iqtisadi modelin funksionallığını təmin etmək baxımından vacibdir :
“2017-ci ildə "Əsrin müqaviləsi"nin ("Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü sazişi) 2050-ci ilə qədər uzadılmasını nəzərdə tutan sazişin imzalanması və Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı, həmçinin Astara-Rəşt dəmir yol xəttinin birləşdirilməsi istiqamətində addımlar ölkəmizə investisiya qoyuluşu və infrastrukturun yaxşılaşdırılması baxımından əhəmiyyətli rol oynadı”.
Mərkəzin icraçı direktoru əlavə edib ki, bu il Azexport.az portalının və Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının fəaliyyətə başlaması ölkə iqtisadiyyatının rəqəmsallaşdırılması, xüsusilə, e-ticarət, e-bankinq, e-kommersiya fəaliyyətlərinin inkişafına töhfə olub. Bundan başqa, ixrac subsidiyaları, investisiya təşviqi, sənaye parkları, aqroparklar, texno parklar, sənaye məhəllələri, xaricdəki ticarət evləri, ticarət missiyaları və sərgilərdə iştirak iqtisadi aktivliyin artmasına, sərmayə qoyuluşunun çoxalmasına, yeni iş yerlərinin yaradılmasına, məhsul və xidmət istehsalının və ixracının artmasına səbəb olub.
V. Qasımlı bir sıra statistik rəqəmləri də jurnalistlərin diqqətinə çatdırıb. Bildirib ki, aparılan uğurlu iqtisadi islahatlar nəticəsində 2017-ci ildə qeyri-neft sektorunda 2 faizdən çox artım gözlənilir. Xüsusilə, qeyri-neft sənayesi, kənd təsərrüfatı və turizm iqtisadi artımın drayverinə çevrilir. 2017-ci ildə qeyri-neft ixracı 1/5-dən çox artıb, tədiyyə balansında profisit yaranıb, strateji valyuta ehtiyatlarının həcmi yüksəlib. Maliyyə Sabitliyi Şurası çərçivəsində aparılan fəaliyyətlər nəticəsində Azərbaycan manatının kursu sabitləşib. Beləliklə, 2017–ci il sabitləşmə, 2018-ci il isə iqtisadi inkişaf ili kimi tarixə düşəcək.
İcraçı direktor yekunda əlavə edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar yaxşı idarəetmənin təmin edilməsini, bazarın liberallaşdırılmasını və məhsuldarlığın artırılmasını şərtləndirir. Dünya Bankı və Beynəlxalq Valyuta Fondu Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyilə aparılan uğurlu iqtisadi islahatları yüksək qiymətləndirir. Eyni zamanda Dünya İqtisadi Forumunun “Qlobal rəqabətlilik hesabatında” 35-ci və Dünya Bankı tərəfindən təqdim olunan “Doing Business” hesabatında 57-ci yerə yüksəlməyimiz Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi islahatların nəticəsində mümkün olub.
Sonda V. Qasımlı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyəti barədə də məlumat verərək bildirib ki, İİTKM 14 internet resursu (www.iqtisadiislahat.org, www.ereforms.org, www.ecoreform.az, www.azexport.az saytları, Facebook və Linkedin-də 3 səhifə, İnstagram-da 2 səhifə, Twitter, və Youtube-da isə hərəsində 1 səhifə) üzərindən ölkədə aparılan iqtisadi islahatları aktiv şəkildə təbliğ edib. Saytlara 600.000-dən izləyici baxışı olub. Sosial şəbəkələrdə isə Mərkəzin 20.000-dən artıq izləyicisi var. İİTKM 2017-ci ildə KİV-ə 226 xəbər göndərib. Bu xəbərlər həm Azərbaycan, həm rus, həm də ingilis dillərində yayımlanıb. İİTKM-in göndərdiyi xəbərlər əsasında elektron mətbuatda 2346 xəbər dərc olunub. TV-lərdə İİTKM-in hazırladığı xəbərlər əsasında 368 xəbər (yaxud müsahibə) yayımlanıb. Bu xəbərlər daha çox ölkədə aparılan iqtisadi islahatlar, konfrans və müzakirələr, təlimlər, Azexport portalı, Strateji Yol Xəritəsinin monitorinq və qiymətləndirmə hesabatları, "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycanın irəliləməsi, Rəqəmsal Ticarət Qovşağı, “BİR PƏNCƏRƏ” İxraca Dəstək Mərkəzi, Doing Business 2018” hesabatına dair məlumatları əhatə edib.
Bölməyə aid digər xəbərlər

13-02-2026, 13:27
Yeni vergi güzəştləri tətbiq ediləcək
13-02-2026, 12:20
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
13-02-2026, 10:52
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
13-02-2026, 00:06
Tək yaşayanlar Sürixdə 3-4 otaqlı mənzil ala bilməyəcək
12-02-2026, 17:18
Əmək qabiliyyətini itirənlərə müavinət ödəniləcək
12-02-2026, 15:14
Pərviz Şahbazov İran səfiri ilə müzakirə aparıb
12-02-2026, 13:50
Süni intellekt Rusiyada işsizlərin sayını artırır
12-02-2026, 13:33
Fermerlərə subsidiya ödənişləri başlayır
12-02-2026, 11:12
Azərbaycanın yeni rəqəmsal arxitekturası...
12-02-2026, 10:43
"Temu" "endirim kartları"nı bloklayıb
11-02-2026, 18:06
Azərbaycan üzərindən Ermənistana taxıl tədarükü artacaq
11-02-2026, 16:16
Deputatın oğlu 14 minlik tenderin qalibi olub
11-02-2026, 15:44
“Lukoil” xaricdəki bütün aktivlərini satır
11-02-2026, 15:17
“Kapital Bank” müştərilərinin kartlarını kütləvi bloklayıb
11-02-2026, 14:38
Pensiyalar yeni artımla birgə ödəniləcək
11-02-2026, 07:58
Ən çox mis hansı ölkədə istehsal olunur?
10-02-2026, 18:36
Ən böyük iqtisadi ərazilər... - Siyahı
10-02-2026, 16:46
Putinin qurduğu hərbi iqtisadiyyat çökmək üzrədir
10-02-2026, 12:03
Rusiya neft bazarında payını itirir
10-02-2026, 11:26
Bakıda "Tramp Marşrutu" ilə bağlı müzakirə aparılıb
10-02-2026, 08:55
Aİİ və Monqolustan rüsumları azaldacaq
9-02-2026, 17:20
Əmək pensiyaları indeksləşdirilir - (Yenilənib) - Sərəncam
9-02-2026, 17:03
Sahibkarlıq sahəsində aparılan yoxlamalar daha bir il dayandırılıb
9-02-2026, 13:52
Təbii minerallar iki ölkə arasında rəqabəti artırıb
8-02-2026, 08:55
"Starlink" interneti tam nəzarətə götürmək istəyir
6-02-2026, 22:43
Rusiyanın qızıl ehtiyatları 400 milyard dolları keçib
6-02-2026, 18:12
Prezident investisiya təşviqi qaydasına dəyişiklik edib - Fərman
6-02-2026, 15:07
Hindistan Rusiyanı Venesuela ilə əvəz edib
6-02-2026, 12:28
Bank və dövlət sektorlarına fişinq cəhdi müəyyən olunub
6-02-2026, 11:30
İşçi qrupun növbəti iclası keçirilib
6-02-2026, 10:13
İlon Mask öz smartfonunu istehsal etmək istəyir
5-02-2026, 16:03
Ən etibarlı avtomobillər hansılardır? - Siyahı
5-02-2026, 14:27
Əkrəm Həsənov: Camaatda pul yoxdur ki, manatı dollara çevirsin
5-02-2026, 13:31
Dünya bazarında mis kəskin ucuzlaşıb
5-02-2026, 12:19
Aqşin Fatehin restoranında saxta içkilər satılırmış - Fotolar
5-02-2026, 10:57
İdxaldan asılı olan ölkələr... - Siyahı
5-02-2026, 07:49
Ukraynanın dövlət borcu sürətlə artır
4-02-2026, 18:38
Avrasiya İqtisadi İttifaqı problemdən çıxış yolu axtarır - Foto
4-02-2026, 10:17
Mərkəzi Bank uçot dərəcəsini azaldıb
4-02-2026, 00:21
İlon Mask “SpaceX” və “xAI” şirkətlərini birləşdirib
3-02-2026, 11:06
"Evrascon" çöküb - Şirkətin borcu 7 milyona çatır
3-02-2026, 10:55
"Azvvallet"ə qadağa qoyulub
3-02-2026, 10:01
36 mənzili alan olmayıb - 1,8 milyonluq tender ləğv edilib
3-02-2026, 09:31
Pensiya üçün ən yaxşı ölkələr... - Siyahı
3-02-2026, 07:42
Dollar və istiqrazlarla bağlı təhlükəli dəyişiklik baş verə bilər
3-02-2026, 00:14
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
2-02-2026, 11:57
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
2-02-2026, 10:21
Vergi və gömrük sahəsində yeni güzəştlə bağlı qərar imzalanıb

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək