15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb
Tarix: 18-06-2021 17:58 | Bölmə: İqtisadiyyat

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti faiz dəhlizi parametrlərinin dəyişməz saxlanılması haqda qərar qəbul edib.
Reyting.az Mərkəzi Banka istinadla xəbər verir ki, qərara əsasən, uçot dərəcəsi 6.25%, dəhlizin aşağı həddi 5.75%, yuxarı həddi isə 6.75% səviyyəsində saxlanılIb.
Bildirilib ki, inflyasiyanın risk balansında artırıcı faktorların rolu yüksəlmişdir. Qeyri-monetar xarakter daşıyan xarici və daxili xərc amilləri, eləcə də təxirə salınmış tələbin fəallaşması fonunda faktiki inflyasiya artsa da hədəf dəhlizində qalmaqdadır. İnflyasiyanın tələb amillərinin davamlılığı ilə bağlı qeyri-müəyyənliklər mövcuddur:
"İlin qalan dövründə qeyri-monetar amillərin inflyasiyaya təsirinin yüksələcəyinə baxmayaraq inflyasiya proqnozu dəyişdirilməmişdir. Tədiyə balansının yaxşılaşması makroiqtisadi sabitliyin başlıca lövbərini – məzənnə sabitliyini dəstəkləyir və inflyasiya amillərini tarazlaşdırır. Risklər balansı və növbəti aylarda mövsümi amillərin inflyasiyaya təsirinin fəallaşması gözləntiləri qəbul edilmiş qərarı şərtləndirən başlıca amillərdir.
Faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar yenilənmiş makroiqtisadi proqnozlar, gözlənilən inflyasiyanın hədəflə müqayisəsi və risk balansının dəyişimi nəzərə alınmaqla qəbul ediləcəkdir.
İnflyasiya prosesləri. İdarə Heyətinin pul siyasətinə həsr olunmuş ötən iclasından bəri illik inflyasiya tempi hədəf çərçivəsində (4±2%) qalmışdır. Rəsmi statistikaya görə mayda istehlak qiymətləri indeksi sabit qalmış, 12 aylıq inflyasiya 4.9% təşkil etmişdir.
Ümumi inflyasiyanın başlıca ənənəvi mənbəyi olan ərzaq inflyasiyasına mövsümi faktorlar azaldıcı, dünya ərzaq qiymətlərində bahalaşmanın davam etməsi isə artırıcı təsir edir. Mövsümi amillər əsasən yerli meyvə-tərəvəz məhsullarının ucuzlaşması ilə müşayiət olunur. Mayda ərzaq qiymətləri orta hesabla 0.3% azalmış, illik ərzaq inflyasiyası 5.2% təşkil etmişdir.
Qeyri-ərzaq məhsulları və xidmətlərin qiymətləri inflyasiya idxalı və məcmu tələbin bərpası ilə yanaşı daxili xərc amillərindən də təsirlənir. İllik əsasda may ayında qiymətlər qeyri-ərzaq məhsulları üzrə 4.4%, xidmətlər üzrə isə 4.8% yüksəlmişdir. Beləliklə, illik inflyasiyanın strukturunda qeyri-ərzaq məhsulları və xidmətlərin qiymət dəyişiminin rolu artmışdır.
Dövlət tərəfindən tənzimlənən qiymətlər, həmçinin mövsümə həssas kənd təsərrüfatı məhsulları nəzərə alınmadan hesablanan orta illik baza inflyasiya 2021-ci ilin yanvar-may aylarında 2.6% təşkil etmişdir.
Faktiki inflyasiyanın inersiyası inflyasiya gözləntilərində də özünü göstərir. Real sektor üzrə monitorinqə görə qeyri-neft sənayesi, ticarət və tikintidə qiymət gözləntiləri indeksi artıq 3-cü aydır ki, pozitiv zonada qərarlaşmışdır. İnflyasiya gözləntiləri may ayında əvvəlki aya nəzərən qeyri-neft sənayesində, ticarətdə və xidmət sektorunda cüzi azalmış, tikinti sektorunda isə artmışdır.
İyun ayında yenilənmiş proqnozlara görə 2021-ci ilin sonuna illik inflyasiya hədəf diapazonunda qalacaqdır. İyun, iyul və avqust aylarında mövsümi amillərin inflyasiyaya azaldıcı təsirlərinin davam edəcəyi gözlənilir.
Xarici sektor. Qlobal iqtisadiyyatın bərpası və əmtəə bazarlarında qiymətlərin yüksəlməsinin inflyasiyaya təsirləri çoxtərəflidir.
COVİD-19 əleyhinə peyvəndləmənin sürətlənməsi və ayrı-ayrı ölkələrdə karantin məhdudiyyətlərinin yumşaldılması qlobal iqtisadiyyatda fəallığın yüksəlməsi ilə müşayiət olunur. Son meyilləri də nəzərə alaraq Dünya Bankı və İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatı qlobal iqtisadi artıma dair proqnozlarını yüksəltmək istiqamətində təshih etdilər.
Qlobal iqtisadi aktivliyin artması neftə tələbi yüksəldir. OPEC++ razılaşması çərçivəsində tələbin artımına konservativ reaksiyanın verilməsi şəraitində neftin qiyməti yüksəlməkdə davam edir. Brent markalı neftin orta qiyməti 2021-ci ilin ötən dövründə 64 ABŞ dollarını, iyun ayının əvvəlindən isə son 2 ilin maksimumuna çataraq 70 ABŞ dollarını üstələmişdir.
Qlobal mühitdəki son meyillər, eləcə də qeyri-neft sektoru üzrə ixracın genişlənməsi valyuta bazarında sabitliyin əsas faktoru olan tədiyə balansına müsbət təsir edir. 2021-ci ilin I rübündə cari əməliyyatlar hesabında ÜDM-in 5.6%-i səviyyəsində profisit formalaşmış, kapital hesabı da profisitli olmuşdur. İyunda 2021-ci il üçün cari əməliyyatlar hesabının profisitinə dair illik proqnoz yüksəlmə istiqamətində təshih edilmişdir.
Profisitli tədiyə balansı şəraitində strateji valyuta ehtiyatları ilin əvvəlindən bəri 2.8% (1.5 mlrd. ABŞ dolları) artaraq 52.3 mlrd. ABŞ dolları səviyyəsinə yüksəlmişdir.
Dünya ərzaq qiymətlərinin yüksəlməsinin daxili inflyasiyaya birbaşa və dolayı artırıcı təsirləri davam edir. Dünya ərzaq qiymətləri may ayında 4.8%, son 12 ayda isə 39.7% yüksəlmişdir.
Monetar şərait. Monetar şəraitdə ötən iclasdan bəri əhəmiyyətli dəyişiklik baş verməmişdir.
İlin əvvəlindən bəri pul bazasının dəyişimi pozitiv zonaya keçmişdir. İlin qalan dövründə pul təklifinin artımının əsasən vahid xəzinə hesabı qalığının dəyişimindən asılı olaraq davam edəcəyi gözlənilir. Ölkədə nağdsızlaşma prosesinin sürətlənməsi pul təklifinin strukturuna da təsir edir, nağd pula tələbin azalması müşahidə edilir.
Monetar və makroprudensial stimullar, eləcə də dövlətin güzəştli proqramları kredit aktivliyini dəstəkləyir. 5 ayda bank sistemi üzrə kredit portfeli 3.8%, o cümlədən biznes kreditləri 2.4% artmışdır. Bu dövrdə tikinti və bir sıra əlaqəli real sektor sahələrində iqtisadi fəallığa dəstək verən ipoteka kreditləri 7.2% artmışdır. İstehlak tələbinin fəallaşması fonunda istehlak kreditləri 5.1% artsa da pandemiyadan öncəki səviyyəni bərpa etməmişdir.
Maliyyə bazarlarının müxtəlif seqmentlərində faizlər fərqli istiqamətlərdə dəyişir. Ötən iclasdan sonra dövlət qiymətli kağızlarının gəlirliyi azalmış, depozit və kredit faizlərində isə əhəmiyyətli dəyişiklik baş verməmişdir. Kreditlərə tələbin tədricən artması bəzi bank qrupları üzrə depozit və kredit faizlərinə artırıcı təsir edir.
Dollarlaşmanın azalması davam edir. Fiziki şəxslərin əmanətlərinin strukturunda manatla depozitlər 2015-ci ilin fevralından bəri ilk dəfə üstün paya sahib olmuşdur. 5 ayda əhalinin müddətli manat əmanətləri 16.1% artmışdır.
İqtisadi fəallıq. İstehsal güclərinin tam yüklənmədiyi şəraitdə məcmu tələb yüksəlməkdə davam edir.
Peyvəndləmənin geniş miqyas alması və epidemioloji vəziyyətin nisbətən yaxşılaşması iqtisadi aktivliyə müsbət təsir edir. 2021-ci ilin yanvar-may aylarında qeyri neft-qaz sektorunda 4.5%-lik iqtisadi artım olmuşdur. Qeyri neft-qaz sektorunun ticari sahələrində 10.1% (sənaye və kənd təsərrüfatı), qeyri-ticari sahələrində isə 3.2%-lik artım baş vermişdir.
İqtisadi artım dövlət investisiyaları, işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin başlanması, xarici tələb, eləcə də istehlak tələbinin nisbi canlanması ilə dəstəklənir. Bununla belə, qiymətləndirmələrə görə məcmu tələb pandemiyanın başlamasından əvvəlki səviyyəyə hələ çatmamışdır.
Keçirilmiş sorğular bir sıra sahələrdə iqtisadi aktivliyin bərpasını təsdiqləyir. Real sektorun monitorinqinə görə may ayında biznes inam indeksi xidmət və tikinti sektorlarında artım meyilli olmuş, ticarətdə pozitiv zonada qalmaqla dəyişməmişdir. Xidmət sektorunda biznes inam indeksinin yüksəlməsi əsasən faktiki tələb hesabına baş vermişdir. Sorğuya cəlb edilən qeyri-neft sənaye müəssisələri üzrə istehsal gözləntiləri son ayda qalxmışdır.
İnvestisiya və istehlak tələbində müşahidə edilən nisbi fəallaşma təklifin də adekvat artımı ilə müşayiət olunduğundan hələ ki, tələb inflyasiyası təzyiqi yaratmır.
Risklər balansı. İnflyasiya üzrə risk balansında artırıcı amillərin rolu artmışdır. Artırıcı amillərə əsasən qeyri-monetar xarakter daşıyan xərc amilləri aiddir. İqtisadi artımın və uyğun olaraq məcmu tələbin bərpası prosesinin qısa və ortamüddətli perspektivdə əhəmiyyətli inflyasiya təzyiqi yaradacağı gözlənilmir. Qiymətləndirmələrə görə ilin qalan dövründə monetar amillərin inflyasiyaya artırıcı təsiri əhəmiyyətli olmayacaqdır. Tədiyə balansının yaxşılaşması valyuta bazarında sabitliyi möhkəmləndirməklə xarici və daxili xərc amillərinin, xüsusilə də dünya ərzaq bazarında bahalaşmanın inflyasiyaya artırıcı təsirlərini neytrallaşdırır.
Faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar inflyasiya hədəfinə nail olunması vəziyyəti, inflyasiya gözləntiləri, xarici və daxili risklərin dəyişiminin təsirləri nəzərə alınmaqla qəbul ediləcəkdir.
Bu qərar 18 iyun 2021-ci ildən qüvvəyə minir. Mərkəzi Bankın İdarə Heyətinin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı 2021-ci il iyul ayının 30-da ictimaiyyətə açıqlanacaq və bununla bağlı mətbuat konfransı keçiriləcək".
Bölməyə aid digər xəbərlər

13-02-2026, 13:27
Yeni vergi güzəştləri tətbiq ediləcək
13-02-2026, 12:20
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
13-02-2026, 10:52
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
13-02-2026, 00:06
Tək yaşayanlar Sürixdə 3-4 otaqlı mənzil ala bilməyəcək
12-02-2026, 17:18
Əmək qabiliyyətini itirənlərə müavinət ödəniləcək
12-02-2026, 15:14
Pərviz Şahbazov İran səfiri ilə müzakirə aparıb
12-02-2026, 13:50
Süni intellekt Rusiyada işsizlərin sayını artırır
12-02-2026, 13:33
Fermerlərə subsidiya ödənişləri başlayır
12-02-2026, 11:12
Azərbaycanın yeni rəqəmsal arxitekturası...
12-02-2026, 10:43
"Temu" "endirim kartları"nı bloklayıb
11-02-2026, 18:06
Azərbaycan üzərindən Ermənistana taxıl tədarükü artacaq
11-02-2026, 16:16
Deputatın oğlu 14 minlik tenderin qalibi olub
11-02-2026, 15:44
“Lukoil” xaricdəki bütün aktivlərini satır
11-02-2026, 15:17
“Kapital Bank” müştərilərinin kartlarını kütləvi bloklayıb
11-02-2026, 14:38
Pensiyalar yeni artımla birgə ödəniləcək
11-02-2026, 07:58
Ən çox mis hansı ölkədə istehsal olunur?
10-02-2026, 18:36
Ən böyük iqtisadi ərazilər... - Siyahı
10-02-2026, 16:46
Putinin qurduğu hərbi iqtisadiyyat çökmək üzrədir
10-02-2026, 12:03
Rusiya neft bazarında payını itirir
10-02-2026, 11:26
Bakıda "Tramp Marşrutu" ilə bağlı müzakirə aparılıb
10-02-2026, 08:55
Aİİ və Monqolustan rüsumları azaldacaq
9-02-2026, 17:20
Əmək pensiyaları indeksləşdirilir - (Yenilənib) - Sərəncam
9-02-2026, 17:03
Sahibkarlıq sahəsində aparılan yoxlamalar daha bir il dayandırılıb
9-02-2026, 13:52
Təbii minerallar iki ölkə arasında rəqabəti artırıb
8-02-2026, 08:55
"Starlink" interneti tam nəzarətə götürmək istəyir
6-02-2026, 22:43
Rusiyanın qızıl ehtiyatları 400 milyard dolları keçib
6-02-2026, 18:12
Prezident investisiya təşviqi qaydasına dəyişiklik edib - Fərman
6-02-2026, 15:07
Hindistan Rusiyanı Venesuela ilə əvəz edib
6-02-2026, 12:28
Bank və dövlət sektorlarına fişinq cəhdi müəyyən olunub
6-02-2026, 11:30
İşçi qrupun növbəti iclası keçirilib
6-02-2026, 10:13
İlon Mask öz smartfonunu istehsal etmək istəyir
5-02-2026, 16:03
Ən etibarlı avtomobillər hansılardır? - Siyahı
5-02-2026, 14:27
Əkrəm Həsənov: Camaatda pul yoxdur ki, manatı dollara çevirsin
5-02-2026, 13:31
Dünya bazarında mis kəskin ucuzlaşıb
5-02-2026, 12:19
Aqşin Fatehin restoranında saxta içkilər satılırmış - Fotolar
5-02-2026, 10:57
İdxaldan asılı olan ölkələr... - Siyahı
5-02-2026, 07:49
Ukraynanın dövlət borcu sürətlə artır
4-02-2026, 18:38
Avrasiya İqtisadi İttifaqı problemdən çıxış yolu axtarır - Foto
4-02-2026, 10:17
Mərkəzi Bank uçot dərəcəsini azaldıb
4-02-2026, 00:21
İlon Mask “SpaceX” və “xAI” şirkətlərini birləşdirib
3-02-2026, 11:06
"Evrascon" çöküb - Şirkətin borcu 7 milyona çatır
3-02-2026, 10:55
"Azvvallet"ə qadağa qoyulub
3-02-2026, 10:01
36 mənzili alan olmayıb - 1,8 milyonluq tender ləğv edilib
3-02-2026, 09:31
Pensiya üçün ən yaxşı ölkələr... - Siyahı
3-02-2026, 07:42
Dollar və istiqrazlarla bağlı təhlükəli dəyişiklik baş verə bilər
3-02-2026, 00:14
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
2-02-2026, 11:57
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
2-02-2026, 10:21
Vergi və gömrük sahəsində yeni güzəştlə bağlı qərar imzalanıb

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək