15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Amerikalı diplomat: "Türkmənistan Azərbaycan vasitəsilə qaz ixracında maraqlıdır"
Tarix: 18-05-2021 14:59 | Bölmə: İqtisadiyyat

Reyting.az ABŞ-ın Azərbaycandakı sabiq səfiri, dövlət katibinin Avropa və Avrasiya işləri köməkçisinin sabiq müavini, ATƏT-in Minsk qrupunun keçmiş həmsədri Metyu Brayzanın “Report”a müsahibəsini təqdim edir:
- Mayın 12-13-də Aşqabadda Türkmənistanın neft-qaz sektoruna əcnəbi sərmayələr cəlb etməklə bağlı beynəlxalq forum (OGT 2021) keçirildi. Ölkənin müstəqilliyinin 30 illiyinə həsr edilmiş bu tədbir barədə fikirlərinizi bilmək maraqlıdır.
- Bu forum Türkmənistan hökumətinin ölkə iqtisadiyyatını Böyük Xəzər regionu və başqa yerlərdən olan sərmayədarların üzünə açmaq istiqamətində mühüm, hətta tarixi addımıdır. Hələ 25 il bundan əvvəl ABŞ hökumətində çalışarkən Türkmənistanla Azərbaycanı birləşdirən Trans Xəzər Qaz Kəməri layihəsinə hərtərəfli dəstək verirdim. İndi də Türkmənistanın əcnəbi sərmayələr cəlb etmək baxımdan beynəlxalq münasibətlərində yeni mərhələnin başlanğıcı olmasına ümidvaram. Bu da ölkənin iqtisadi inkişafına, yeni geosiyasi və geoiqtisadi imkanlar açılmasına rəvac verəcək.
- Forumda Türkmənistan – Əfqanıstan – Pakistan – Hindistan (TAPI) qaz kəməri layihəsi çərçivəsində aparılan tikinti işləri barədə bir neçə dəfə söhbət açılıb. Məsələn, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov forum iştirakçılarına açılış müraciətində işlərin sürətlə aparılmasını qeyd edərək layihənin region üçün iqtisadi əhəmiyyətini dəyərləndirib. Siz ekspert kimi, bu layihə barədə nə deyərdiniz?
- TAPİ layihəsində tikinti işlərinin sürətlə aparılması barədə Prezident Qurbanqulu Berdiməhəmmədovun forumdakı bəyanatını çox müsbət qalşıladım. Bununla yanaşı, layihənin tam yerinə yetirilməsi üçün Əfqanıstanda, habelə Pakistan və Hindistanda xeyli siyasi səylər göstərilməlidir. Bildiyiniz kimi, Əfqanıstanda daxili sabitliyin bərqərar olmasına hələ çox var, hökumətlə “Taliban” hərəkatı ölkənin siyasi gələcəyinə dair rəsmi danışıqlara başlamağa yaxınlaşırlar. Eyni zamanda, ABŞ Əfqanıstandakı bütün hərbi qüvvələrini sentyabrın 11-dək çıxarır. Həmçinin Əfqanıstanda əvvəllər elektrik enerjisindən istifadə etməmiş əhaliyə Türkmənistandan elektrik təchizatı layihəsi də mühüm əhəmiyyət daşıyır. Ümidvaram ki, TAPİ və elektrik təchizatı layihələri hökumətlə “Taliban” tərəfindən dəstəklənərək Əfqanıstanın əmin-amanlı və firavan gələcəyinə zəmin yaradacaq daha geniş razılaşma üçün yeni təkan olacaq. TAPİ çərçivəsində öhdəliklərini dəqiq yerinə yetirən Türkmənistan təbii qaz ixracatını şaxələndirməyin tərəfdarı olduğunu nümayiş etdirir.
- Forumdakı çıxışlarda SOCAR prezidenti Rövnəq Abdullayev və “Türkmənqaz” Dövlət Konserninin sədr müavini Güvənc Ağacanov həm də "Dostluq" yatağı və təbii qazın Qərbə ixracı baxımından əhəmiyyəti barədə fikir bildiriblər. Onların fikirlərinə münasibətiniz necədir?
- SOCAR prezidenti Rövnəq Abdullayevin forumdakı növbəti çıxışı Türkmənistan tərəfi ilə hörmətə əsaslanan qarşılıqlı əməkdaşlıq əlaqələrinin yeni mərhələsini açmaq arzusunu ortaya qoydu. R.Abdullayevin “Türkmənqaz”ın sədr müavini G.Ağacanovla, daha sonra da ölkə Prezidenti Q.Berdiməhəmmədovla görüşləri zamanı Türkmənistan təbii qazının Qərbə ixracı ilə bağlı tərəflərin birgə planlarına dair mühüm bəyanatlar səsləndirildi. ABŞ hökumətindəki həmkarlarım da, şəxsən özüm də son qərinə ərzində yaranmış bu ümumxəzər əməkdaşlıq meyllərini alqışlayırıq. Bu yaxınlarda Türkmənistan ilə Azərbaycan arasında "Dostluq" yatağının birgə istismarına dair əldə edilmiş razılaşma geniş imkanlar açır. Əvvəllər "Dostluq" ətrafındakı mübahisələr iki ölkənin təkcə neft-qaz sahəsində deyil, bir çox başqa məsələlərdə də əməkdaşlığı yolunda siyasi əngəl yaradırdı. Artıq bu əngəl aradan qaldırıldığına görə bazar iqtisadi amilləri təbii qazın nəinki "Dostluq" yatağından, bəlkə Xəzərin Türkmənistan sektorundakı birinci blokdan belə Qərbə ixracına yaşıl işıq yandıracaq. Azərbaycan Türkmənistan qazını daxili tələbatı, xüsusilə get-gedə artan neft-kimya sənayesi üçün idxal etməyə maraqlıdır. Türkiyə isə 30 ildir Türkmənistandan təbii qaz idxal etməyə çalışır. Həmçinin Türkmənistan qazının müəyyən miqdarda Cənub Qaz Dəhlizi vasitəsilə Avropa İttifaqı ölkələrinə də çatdırılacağı mümkündür.
- Son vaxtlar Türkmənistan həmçinin Əfqanıstanla, Çinlə də əməkdaşlıq əlaqələrini genişləndirməyə çalışır. Bunların regiondakı vəziyyətə necə təsiri ola bilər?
- Türkmənistan Çinlə uzun illərdir əməkdaşlıq edir. Xüsusilə Rusiya 15 il bundan əvvəl Türkmənistandan böyük miqdarda mavi yanacaq idxalını dayandırdıqdan sonra Çin bu ölkədən ən böyük təbii qaz idxalatçısına çevrildi. Bununla belə Çin tərəfi indiyədək həmin qazın haqqını nəğd şəkildə ödəməyərək həmin qazı daha çox Türkmənistan ərazisində inşa etdikləri qaz kəmərinə görə barter olaraq alır. Ona görə də Türkmənistan öz qazına Azərbaycan və Əfqanıstan kimi başqa müştərilər də tapmağa maraqlıdır. Məhz bu amil adıçəkilən ölkələr arasında uzunmüddətli əməkdaşlıq üçün möhkəm zəmin yarada bilər.
Bölməyə aid digər xəbərlər

13-02-2026, 13:27
Yeni vergi güzəştləri tətbiq ediləcək
13-02-2026, 12:20
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
13-02-2026, 10:52
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
13-02-2026, 00:06
Tək yaşayanlar Sürixdə 3-4 otaqlı mənzil ala bilməyəcək
12-02-2026, 17:18
Əmək qabiliyyətini itirənlərə müavinət ödəniləcək
12-02-2026, 15:14
Pərviz Şahbazov İran səfiri ilə müzakirə aparıb
12-02-2026, 13:50
Süni intellekt Rusiyada işsizlərin sayını artırır
12-02-2026, 13:33
Fermerlərə subsidiya ödənişləri başlayır
12-02-2026, 11:12
Azərbaycanın yeni rəqəmsal arxitekturası...
12-02-2026, 10:43
"Temu" "endirim kartları"nı bloklayıb
11-02-2026, 18:06
Azərbaycan üzərindən Ermənistana taxıl tədarükü artacaq
11-02-2026, 16:16
Deputatın oğlu 14 minlik tenderin qalibi olub
11-02-2026, 15:44
“Lukoil” xaricdəki bütün aktivlərini satır
11-02-2026, 15:17
“Kapital Bank” müştərilərinin kartlarını kütləvi bloklayıb
11-02-2026, 14:38
Pensiyalar yeni artımla birgə ödəniləcək
11-02-2026, 07:58
Ən çox mis hansı ölkədə istehsal olunur?
10-02-2026, 18:36
Ən böyük iqtisadi ərazilər... - Siyahı
10-02-2026, 16:46
Putinin qurduğu hərbi iqtisadiyyat çökmək üzrədir
10-02-2026, 12:03
Rusiya neft bazarında payını itirir
10-02-2026, 11:26
Bakıda "Tramp Marşrutu" ilə bağlı müzakirə aparılıb
10-02-2026, 08:55
Aİİ və Monqolustan rüsumları azaldacaq
9-02-2026, 17:20
Əmək pensiyaları indeksləşdirilir - (Yenilənib) - Sərəncam
9-02-2026, 17:03
Sahibkarlıq sahəsində aparılan yoxlamalar daha bir il dayandırılıb
9-02-2026, 13:52
Təbii minerallar iki ölkə arasında rəqabəti artırıb
8-02-2026, 08:55
"Starlink" interneti tam nəzarətə götürmək istəyir
6-02-2026, 22:43
Rusiyanın qızıl ehtiyatları 400 milyard dolları keçib
6-02-2026, 18:12
Prezident investisiya təşviqi qaydasına dəyişiklik edib - Fərman
6-02-2026, 15:07
Hindistan Rusiyanı Venesuela ilə əvəz edib
6-02-2026, 12:28
Bank və dövlət sektorlarına fişinq cəhdi müəyyən olunub
6-02-2026, 11:30
İşçi qrupun növbəti iclası keçirilib
6-02-2026, 10:13
İlon Mask öz smartfonunu istehsal etmək istəyir
5-02-2026, 16:03
Ən etibarlı avtomobillər hansılardır? - Siyahı
5-02-2026, 14:27
Əkrəm Həsənov: Camaatda pul yoxdur ki, manatı dollara çevirsin
5-02-2026, 13:31
Dünya bazarında mis kəskin ucuzlaşıb
5-02-2026, 12:19
Aqşin Fatehin restoranında saxta içkilər satılırmış - Fotolar
5-02-2026, 10:57
İdxaldan asılı olan ölkələr... - Siyahı
5-02-2026, 07:49
Ukraynanın dövlət borcu sürətlə artır
4-02-2026, 18:38
Avrasiya İqtisadi İttifaqı problemdən çıxış yolu axtarır - Foto
4-02-2026, 10:17
Mərkəzi Bank uçot dərəcəsini azaldıb
4-02-2026, 00:21
İlon Mask “SpaceX” və “xAI” şirkətlərini birləşdirib
3-02-2026, 11:06
"Evrascon" çöküb - Şirkətin borcu 7 milyona çatır
3-02-2026, 10:55
"Azvvallet"ə qadağa qoyulub
3-02-2026, 10:01
36 mənzili alan olmayıb - 1,8 milyonluq tender ləğv edilib
3-02-2026, 09:31
Pensiya üçün ən yaxşı ölkələr... - Siyahı
3-02-2026, 07:42
Dollar və istiqrazlarla bağlı təhlükəli dəyişiklik baş verə bilər
3-02-2026, 00:14
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
2-02-2026, 11:57
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
2-02-2026, 10:21
Vergi və gömrük sahəsində yeni güzəştlə bağlı qərar imzalanıb

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək