Tarix: 19-07-2017 11:26 | Bölmə: İqtisadiyyat

Maliyyə Bazarlarına Nəzarət Palatası öz səlahiyyətləri daxilində "Fərdi məlumatların mühafizəsinə dair Tələblər”in icrasına nəzarəti həyata keçirəcək.
Nazirlər Kabineti bununla bağlı "Fərdi məlumatların mühafizəsinə dair Tələblər”in təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib.
İndiyə qədər belə səlahiyyət "Fərdi məlumatların mühafizəsinə dair Tələblər”in icrasına nəzarət öz səlahiyyətləri daxilində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti və Xüsusi Dövlət Mühafizə Xidmətinə məxsus olub.
Digər dəyişikliyə əsasən, fərdi məlumatların toplanılması, işlənilməsi və mühafizəsi sahəsində fəaliyyət göstərən fiziki şəxslərdən fəaliyyət müddətində və işdən çıxdıqdan sonra həmin məlumatların yayılmaması barədə yazılı iltizamın alınması fərdi məlumatlar işlənilən informasiya sistemləri qarşısında qoyulan əsas təhlükəsizlik tələbləri sırasından çıxarılıb.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək