Tarix: 26-02-2016 14:37 | Bölmə: İqtisadiyyat

"United Credit Bank” ASC müflis elan edilib və banka ləğvedici təyin olunub.
Ləğvedici 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ilə təyin edilib və dərhal icraya yönəldilib. Bankın kreditorları 2 ay ərzində tələblərini yazılı şəkildə verə bilər.
"United Credit Bank”ın lisenziyası AMB tərəfindən yanvarın 25-də bankın
məcmu kapitalın minimum məbləği tələbinə (50 mln manat) əməl etməməsi,
kreditorları qarşısında öhdəliklərini icra edə bilməməsi ilə bağlı ləğv edilib.
«United Credit Bank» ASC (nizamnamə
kapitalı 22,11 mln manat) 1996-cı ildə yaradılıb (keçmiş «Rossiyskiy kredit».
Bir neçə dəfə emissiya prospekti yerləşdirsə də, uğursuz olub.
Səhmdarları United Business Company (88,79%), Əli Mİrzəyev 8,24% və Ruslanbek
Məhəmmədovdur - 2,97%. ("Turan”)
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək