Tarix: 12-11-2015 15:05 | Bölmə: İqtisadiyyat

Beynəlxalq Bankda ixtisarlar davam edir. Ümumən, ABB-nin 2500 daimi işçisindən 500-600 nəfəri işdən çıxarılacaq, – deyə bandakı mənbə Turan-a bildirib. Əvvəllər maliyyə naziri Samir Şərifov ABB əməkdaşlarının 25-30 faizini ixtisar ediləcəyini demişdi.
Bu ildən "Accessbank”-ın 30 nəfərin çalışdığı Yasamal şöbəsi bağlanıb.
İyunda nizamnamə kapitalını 50 mln manata çatdıra bilməyən "AzərbаycanKreditBankı”nın lisenziyası ləğv edilib. Bundan başqa, AMB "Evrobank” ASC-nin də lisenziyasını ləğv edib. "DəmirBank” da çətin vəziyyətdədir. Mətbuatın məlumatına görə, uyunda bankın 127 işçisi ixtisar edilib və indi 1079 əməkdaşı var.
III rübdə əvvəlki rübə nisbətən 5 filial bağlanıb, onların ümumi sayı 758-ə azalıb.
"Turan”-ın digər mənbəyi bildirib ki, hər bank filialında adətən, "ölü canlar” da daxil 20-40 nəfər çalışır. Beləliklə, 5 filialın bağlanması 150 iş yerinin ixtisarı deməkdir.
III rübdə ləğvetmə prosesində olan bank sayı 7-ə çatıb. II rübdə bu göstərici 5 idi.
Dövlətstatkoma görə, bu ilin iyun-iyulunda maliyyə sektorunda əməkdaşların 10,06 faizi və ya 3,4 min işçi ixtisar edilib. Mayda maliyyə sektorunda 33,8 min nəfər çalışırdı. Bunun 8 faizi və ya 2,7 min əməkdaş sığortada çalışır. Bu sector da 200 nəfər iş yerini itirib.
"Turan”-ın hesablamasına görə, 2015-ci il 5 min bank işçisinin ixtisarı ilə nəticələnə bilər.
Son 25 ildə maliyyə sektorunda ən çox muzdlu işçi 2014-cü ildə (30,9 min nəfər), ən az 1998-ci ildə (5,4 min nəfər) olub.
Müstəqil ekspert Samir Əliyevin fikrincə, banklarda kadr ixtisarları manatın devalvasiyası ilə bağlıdır. Bu, bank kreditləşməsinin, əhalinin depozitlərinin azalması, problemli kreditlərin artması ilə nəticələnir. Müstəqillik dövründə bu göstərici 1,4 mlrd manata çatıb. Bank kredit kartlarının sayı rekord aşağı (1,3 mln) səviyyəyə düşüb. Azərbaycanın bank sektorunu neftin bahalanması xilas edə bilər, – deyə Samir Əliyev bildirib. (contact.az)
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək