Tarix: 30-05-2017 11:38 | Bölmə: İqtisadiyyat

"Azərbaycan Beynəxlalq Bankının xarici öhdəliklərinin restrukturizasiyası planı baş tutarsa, bankın əhəmiyyətli dərəcədə sağlamlaşdırılmasına nail olunacaq”.
Bunu MBNP-nin Direktorlar Şurasının sədri Rüfət Aslanlı bu gün Bakıda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham-Azerbaijan”) birgə təşkilatçılığı ilə "İqtisadi islahatlar: Əldə edilmiş nəticələr və tövsiyələr” mövzusunda keçirilən konfransda bildirib.
"Ötən həftə "xarici kreditorlar klubuna” restukturizasiya planı təqdim olundu. Bu plan dövlət tərəfindən dəstəklənir. Plan baş tutarsa, bankı əhəmiyyətli dərəcədə sağlamlaşdırmaq mümkün olacaq. Söhbət həm kapitalın komfort səviyyəyə çatdırılmasından, həm də yetərli dərəcədə likvidliyin təmin olunmasından gedir. Xüsusilə vurğulamaq istəyirəm ki, plan baş tutduğu halda bankın öhdəlikləri üzrə xərclər aktivlərdən gələn gəlir hesabına təmin olunacaq. Bu isə özəlləşdirmə öncəsi bankın dəyərini xeyli artıracaq. Biz düşünürük ki, bu proses tamamlandıqdan sonra bankın menecmenti və səhmdarı olan hökumət onun özəlləşdirilməsinə başlaya bilər”, - deyə o qeyd edib.(APA-Economics)
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək