Tarix: 12-05-2017 11:21 | Bölmə: İqtisadiyyat

Azərbaycan Beynəlxalq Bankı (ABB) Azərbaycan Respublikası Prezidentinin ABB-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında 15 iyul 2015-ci il tarixli fərmanının icrası çərçivəsində bankın sağlamlaşdırılmasının növbəti mərhələsinə başlandığını elan edib.
Maliyyə Bazarlarına Nəzarət Palatasından verilən məlumata görə, bu mərhələdə bankın balansında qalmış problemli aktivlərin dövlətə ötürülməsinin tamamlanması, öhdəliklərin restrukturizasiyası və törəmə bankların fəaliyyəti ilə bağlı strategiyanın müəyyən edilməsi nəzərdə tutulur.
Öhdəliklərin könüllü restrukturizasiyası çərçivəsində "Banklar haqqında” qanuna müvafiq qaydada dövlət və xarici kreditorlardan valyutada cəlb olunmuş borcların müəyyən hissəsinin könüllü şəkildə birbaşa dövlətə ötürülməsi planlaşdırılır.
Bankın restrukturizasiya planı qanunvericiliyə müvafiq qaydada Maliyyə Bazarlarına Nəzarət Palatası ilə razılaşdırılıb və MBNP ölkənin ən iri bankı olan ABB-nin maliyyə vəziyyətinin sabitləşdirilməsi və onun dayanıqlığının təmin edilməsi baxımından bu planı məqbul hesab edir.
MBNP vurğulayır ki, restrukturizasiya planı yalnız bankın xarici kreditorları və dövlət qarşısındakı müəyyən öhdəliklərini əhatə edir və Azərbaycan Beynəlxalq Bankının bütün digər öhdəlikləri, o cümlədən Azərbaycan Respublikası vətəndaşlarının, hüquqi şəxslərin və digər qeyri-rezidentlərin milli və xarici valyutada qorunan və qorunmayan, tələbli (cari) və müddətli əmanətləri üzrə əməliyyatlarına şamil edilmir. Bu öhdəliklərin icrası üçün bank yetərli həcmdə sərbəst maliyyə vəsaitlərinə malikdir.
Nəzarət orqanı olaraq MBNP planın ardıcıl qaydada icrası və bankın müştərilərinin maraqlarının təmin edilməsini diqqət mərkəzində saxlayacaq.(Axar.az)
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək