Tarix: 06-05-2017 13:58 | Bölmə: İqtisadiyyat

İqtisadi İslahatlarin Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) ilə İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) arasında Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı kimi tanınmasına dair anlaşma memorandumu imzalanıb. Sənədi İİTKM-nin icraçı direktoru Vüsal Qasımlı və ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri imzalayıblar.
Reyting.az-a verilən məlumata görə, tərəflər arasında imzalanan anlaşma memorandumu Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı kimi mövqeyinin gücləndirilməsi, xarici ticarət əməliyyatlarının genişləndirilməsinə və tranzaksiyaların artmasına kömək edəcək. Belə bir Qovşağın yaradılması xüsusi ilə islam ölkərində elektron imzaların qarşılıqlı tanınması baxımından önəmlidir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən verilən məlumata görə, Mərkəz ilə ISESCO arasında imzalanan bu memorandum Azərbaycanın İslam dünyasında rəqəmsallaşdırma sahəsində öncül yerlərdə mövqelərinin daha da gücləndirilməsinə imkan yaradacaq.

Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək