Tarix: 17-04-2017 15:59 | Bölmə: İqtisadiyyat

"2017-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi may ayında Milli Məclisdə müzakirə olunacaq.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.
Ziyad Səmədzadə bildirib ki, qanuna uyğun olaraq hər ilin may ayında dövlət büdcəsinin icrası ilə bağlı sənəd Milli Məclisə təqdim olunaraq, müzakirə edilir.
Bu il də "2017-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi may ayında Milli Məclisdə müzakirə ediləcək.
Z.Səmədzadə büdcəyə hər hansı dəyişiklik, əlavə və ya düzəlişin edilib-edilməyəcəyi barədə danışmağın hələ tez olduğunu söyləyib.
Əvvəlki illərin təcrübəsi göstərir ki, büdcə ilə bağlı sənədin may ayındakı müzakirələrindən asılı olaraq, dövlət büdcəsinə müəyyən dəyişikiliklər edilir. Son illər dövlət və icmal büdcələrə yenidən baxılaraq düzəlişlərin edilməsi əsasən neftin dünya bazarındakı qiymətindən və manatın məzənnəsindən asılı olur.(Modern.az)
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək