15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Dövlət büdcəsinin hazırlanmasında ictimai iştirakçılıq
Tarix: 10-11-2020 15:04 | Bölmə: İqtisadiyyat

İctimai iştirakçılığa gələndə qeyd etmək lazımdır ki, Azərbaycan qanunvericiliyində ictimai iştirakçılığın zəruri ilkin şərtləri nəzərdə tutulub. Azərbaycan Konstitusiyasında məlumatları “axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq” hüququ nəzərdə tutulub.
İctimai iştirakçılıq bir neçə formada tətbiq edilir.
– Parlamentin (Milli Məclisin) iclasları açıq keçirilir (qapalı keçirilməsin tələb olunmasa);
– “Normativ hüquqi aktlar haqqında” qanununa görə normativ hüquqi aktların layihələrinin hazırlanması işlərinin planlaşdırılmasında aşkarlıq nəzərdə tutulur və qeyd edilir ki, “dövlət proqramları və normativ hüquqi aktların layihələrinin hazırlanması planları onları təsdiq etmiş normayaratma orqanlarının aktları üçün nəzərdə tutulmuş qaydada təsdiq və dərc edilir” və “təsdiq edilmiş dövlət proqramları və normativ hüquqi aktların layihələrinin hazırlanması planları məlumat üçün əlaqədar dövlət orqanlarına göndərilir”.
Bundan başqa, ictimai iştirakçılığa birbaşa əlaqəli olan iki qanun da mövcuddur. Birincisi “İnformasiya əldə etmək haqqında” qanunudur (bu barədə ətraflı bir qədər sonra yazacayıq), ikincisi isə “İctimai iştirakçılıq haqqında” qanunudur. “İctimai iştirakçılıq haqqında” qanun məsləhətləşmələrin bir neçə növünü nəzərdə tutur.
Qanuna görə ictimai maraq doğuran məsələlərin ictimai müzakirəsi və qanun layihələrinin ictimai müzakirəsi, ictimai dinləmələr, ictimai rəyin öyrənilməsi, yazılı məsləhətləşmələr nəzərdə tutulub (qeydlərinin bildirməsi üçün ictimaiyyətin azı 7 gün vaxtı olur). Bundan başqa, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının hazırladıqları hüquqi aktların layihələrinə dair ictimai dinləmə və ictimai müzakirənin keçirilməsi Qaydası” mövcuddur. Bu sənədlərdə bir neçə vacib məqama diqqət ayrılır və terminlər konkretləşdirilir:
• İctimai müzakirə – ictimai əhəmiyyətli qərarların qəbulu zamanı müvafiq məsələlər barəsində əhalinin müxtəlif təbəqələrinin təkliflərinin hazırlanması üçün aidiyyəti dövlət və yerli özünüidarəetmə orqanlarının səlahiyyətli nümayəndələrinin, vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin, ayrı-ayrı vətəndaşların, mütəxəssis və ekspertlərin iştirakı ilə təşkil olunmuş yığıncaq”;
• İctimai dinləmə – hüquqi aktların layihələrinə, dövlət və cəmiyyət həyatının ayrı-ayrı məsələlərinə dair ictimaiyyətlə məsləhətləşmələrin keçirilməsi və vətəndaşların məlumatlandırılması üçün aidiyyəti dövlət və yerli özünüidarəetmə orqanlarının səlahiyyətli nümayəndələrinin, vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin, ayrı-ayrı vətəndaşların, mütəxəssis və ekspertlərin iştirakı ilə təşkil olunmuş yığıncaq.
İctimai dinləmələr və ictimai müzakirələr normativ aktın tərtib edildiyi və (və ya) parlament tərəfindən nəzərdən keçirildiyi zaman təşkil edilə bilər. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının hər biri hazırladığı hüquqi aktların layihələrinə dair ictimai dinləmə və ictimai müzakirənin təşkili üçün özünün rəsmi internet səhifəsində xüsusi bölmə ayırmalı və hazırladığı normativ hüquqi aktların layihələrini razılaşdırılması (təsdiq olunması) üçün göndərildiyi andan özünün rəsmi internet səhifəsinin xüsusi bölməsində yerləşdirməlidir. Normativ hüquqi aktın layihəsi ilə birlikdə aşağıdakılar barədə məlumatlar təqdim edilməlidir:
– ictimai dinləmənin və müzakirənin vaxtı və keçirilməsi müddəti;
– rəy, irad və təkliflərin təqdim olunması qaydası;
– onlara baxılması və nəticələrin açıqlanacağı müddətlər.
Vətəndaş cəmiyyəti institutlarının, ayrı-ayrı vətəndaşların, mütəxəssis və ekspertlərin hüquqi akt layihəsinə dair verdikləri rəy, irad və təkliflər də rəsmi internet səhifəsində yerləşdirilməli və onlarla tanış olmaq imkanı yaradılmalıdır. Layihəyə dair təqdim olunmuş rəy, irad və təkliflərə baxıldıqdan sonra layihədə dəyişikliklər edildiyi halda layihənin yenilənmiş mətni də ictimaiyyətə açıqlanmalıdır.
Həmçinin qeyd edilməlidir ki, “İctimai iştirakçılıq haqqında” qanuna əsasən,16 məşvərətçi qurum qismində ictimai şuranın yaradılması da mümkündür. İctimai şuralar aşağıdakı hüquqlara malikdirlər:
► mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarından öz fəaliyyəti üçün zəruri olan məlumatları, ictimaiyyətlə məsləhətləşmələr tələb edən məsələlər üzrə hüquqi aktların layihələrini almaq;
► ictimaiyyətlə məsləhətləşmələrin keçirilməsi barədə təkliflər vermək;
► müvafiq ərazidə və sahədə dövlət siyasətinin formalaşması və həyata keçirilməsi barədə təkliflərlə çıxış etmək;
► müvafiq sahədə dövlət siyasətinin hazırlanması və həyata keçirilməsi barədə hüquqi 16. 7-ci maddə. aktların layihələrinin hazırlanması ilə bağlı təkliflər vermək;
► ictimai əhəmiyyət kəsb edən məsələlərin həllinə dair vətəndaş cəmiyyəti institutlarının təkliflərini toplamaq, ümumiləşdirmək və mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanına təqdim etmək;
► dövlət və cəmiyyət həyatının ayrı-ayrı məsələlərinin müzakirəsi üçün açıq tədbirlər (ictimai müzakirələr, dinləmələr, seminarlar, konfranslar, dəyirmi masalar və digər tədbirlər) təşkil etmək;
► ictimai rəyin öyrənilməsi üçün sorğular keçirmək və ya müvafiq təşkilatlara sorğu keçirilməsi barədə təkliflər vermək;
► hüquqi aktların layihələrinin ictimai müzakirəsini keçirmək;
► şuranın işinə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, yerli özünüidarəetmə orqanlarının nümayəndələrini, vətəndaş cəmiyyəti institutlarını, ekspertləri və elmi təşkilatların, o cümlədən beynəlxalq təşkilatların nümayəndələrini, ayrıayrı mütəxəssisləri cəlb etmək;
► öz məqsədlərini həyata keçirmək üçün daimi və müvəqqəti işçi orqanlar (komitələr, komissiyalar, ekspert qrupları, işçi qruplar və s.) yaratmaq.
Real təcrübələr barədə demək bir qədər çətindir. Azərbaycanda dövlət büdcəsinin ictimai müzakirələri əsasən KİV-lər vasitəsilə həyata keçirilir. Bir çox hallarda bu müzakirələr məlumatlandırmadan daha dərinə getmir. Son dövrlər müxtəlif deputatların aktivliyi müşahidə edilsə belə, hətta eyni zamanda Maliyyə nazirliyi tərəfindən müxtəlif sənədlərin dərci müşahidə edilsə belə (misal üçün iki il dalbadal sentyabr ayında Maliyyə nazirliyi dövlət büdcə layihəsinin ilkin parametrlərini dərc edilir), ictimai müzakirələrin və ya hansısa ictimai təşkilatların bu məsələlərə dair rəylərinin öyrənilib-öyrənilməməsinə dair məlumat verilmir. Düzdür ilkin parametrlər ilə bağlı bir sıra məqalələr dərc olunur. Amma ümumi müzakirəyə səbəb olduğuna dair məlumat yoxdur (ictimai təşkilatların rəyləri və s. dərc edilmir). Milli Məclisdə isə büdcə qanunvericiliyin qəbulu sürəti isə bir çox hallarda müxtəlif müzakirələrin olma ehtimalını azaldır.
Məqalə "Güzəran" sosial araşdırmalar ictimai birliyinin Azərbaycan Respublikasının prezidenti yanında QHT-lərə Dövlət Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən "Korrupsiyanın səviyyəsinin öyrənilməsi məqsədilə ixtisaslaşdırılmış tədqiqatların və rəy sorğularının aparılmasına sair təşəbbüslər" layihəsi çərçivəsində hazırlanıb.
Bölməyə aid digər xəbərlər

13-02-2026, 13:27
Yeni vergi güzəştləri tətbiq ediləcək
13-02-2026, 12:20
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
13-02-2026, 10:52
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
13-02-2026, 00:06
Tək yaşayanlar Sürixdə 3-4 otaqlı mənzil ala bilməyəcək
12-02-2026, 17:18
Əmək qabiliyyətini itirənlərə müavinət ödəniləcək
12-02-2026, 15:14
Pərviz Şahbazov İran səfiri ilə müzakirə aparıb
12-02-2026, 13:50
Süni intellekt Rusiyada işsizlərin sayını artırır
12-02-2026, 13:33
Fermerlərə subsidiya ödənişləri başlayır
12-02-2026, 11:12
Azərbaycanın yeni rəqəmsal arxitekturası...
12-02-2026, 10:43
"Temu" "endirim kartları"nı bloklayıb
11-02-2026, 18:06
Azərbaycan üzərindən Ermənistana taxıl tədarükü artacaq
11-02-2026, 16:16
Deputatın oğlu 14 minlik tenderin qalibi olub
11-02-2026, 15:44
“Lukoil” xaricdəki bütün aktivlərini satır
11-02-2026, 15:17
“Kapital Bank” müştərilərinin kartlarını kütləvi bloklayıb
11-02-2026, 14:38
Pensiyalar yeni artımla birgə ödəniləcək
11-02-2026, 07:58
Ən çox mis hansı ölkədə istehsal olunur?
10-02-2026, 18:36
Ən böyük iqtisadi ərazilər... - Siyahı
10-02-2026, 16:46
Putinin qurduğu hərbi iqtisadiyyat çökmək üzrədir
10-02-2026, 12:03
Rusiya neft bazarında payını itirir
10-02-2026, 11:26
Bakıda "Tramp Marşrutu" ilə bağlı müzakirə aparılıb
10-02-2026, 08:55
Aİİ və Monqolustan rüsumları azaldacaq
9-02-2026, 17:20
Əmək pensiyaları indeksləşdirilir - (Yenilənib) - Sərəncam
9-02-2026, 17:03
Sahibkarlıq sahəsində aparılan yoxlamalar daha bir il dayandırılıb
9-02-2026, 13:52
Təbii minerallar iki ölkə arasında rəqabəti artırıb
8-02-2026, 08:55
"Starlink" interneti tam nəzarətə götürmək istəyir
6-02-2026, 22:43
Rusiyanın qızıl ehtiyatları 400 milyard dolları keçib
6-02-2026, 18:12
Prezident investisiya təşviqi qaydasına dəyişiklik edib - Fərman
6-02-2026, 15:07
Hindistan Rusiyanı Venesuela ilə əvəz edib
6-02-2026, 12:28
Bank və dövlət sektorlarına fişinq cəhdi müəyyən olunub
6-02-2026, 11:30
İşçi qrupun növbəti iclası keçirilib
6-02-2026, 10:13
İlon Mask öz smartfonunu istehsal etmək istəyir
5-02-2026, 16:03
Ən etibarlı avtomobillər hansılardır? - Siyahı
5-02-2026, 14:27
Əkrəm Həsənov: Camaatda pul yoxdur ki, manatı dollara çevirsin
5-02-2026, 13:31
Dünya bazarında mis kəskin ucuzlaşıb
5-02-2026, 12:19
Aqşin Fatehin restoranında saxta içkilər satılırmış - Fotolar
5-02-2026, 10:57
İdxaldan asılı olan ölkələr... - Siyahı
5-02-2026, 07:49
Ukraynanın dövlət borcu sürətlə artır
4-02-2026, 18:38
Avrasiya İqtisadi İttifaqı problemdən çıxış yolu axtarır - Foto
4-02-2026, 10:17
Mərkəzi Bank uçot dərəcəsini azaldıb
4-02-2026, 00:21
İlon Mask “SpaceX” və “xAI” şirkətlərini birləşdirib
3-02-2026, 11:06
"Evrascon" çöküb - Şirkətin borcu 7 milyona çatır
3-02-2026, 10:55
"Azvvallet"ə qadağa qoyulub
3-02-2026, 10:01
36 mənzili alan olmayıb - 1,8 milyonluq tender ləğv edilib
3-02-2026, 09:31
Pensiya üçün ən yaxşı ölkələr... - Siyahı
3-02-2026, 07:42
Dollar və istiqrazlarla bağlı təhlükəli dəyişiklik baş verə bilər
3-02-2026, 00:14
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
2-02-2026, 11:57
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
2-02-2026, 10:21
Vergi və gömrük sahəsində yeni güzəştlə bağlı qərar imzalanıb

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək