15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Dağlıq Qarabağ münaqişəsinin həlli Avropanın enerji təhlükəsizliyinə töhfə verəcək
Tarix: 19-10-2020 15:01 | Bölmə: İqtisadiyyat

2020-ci il 06 oktyabr tarixində Bakı-Tbilisi-Ceyhan boru kəməri Ermənistan tərəfindən kaset bombaları ilə atəşə tutuldu. Mərmi qəlpələri boru kəmərinin 10 metrliyinə düşsə də kəmərə ziyan dəymədi. Bununla da, 20-ci əsrin layihəsinin Avropanın enerji resursları ilə təminatında fasilə yaranmadı. Ancaq bu hadisə Dağlıq Qarabağ münaqişəsinin həssaslığını bir daha göstərərək beynəlxalq ictimaiyyətdən, xüsusi ilə də Avropa ölkələrindən regiona daha diqqətlə yanaşmağı tələb edir. Heç şübhəsiz ki, Ermənistanın Avropanın enerji təhlükəsizliyi siyasəti üçün kritik strateji əhəmiyyət daşıyan Azərbaycana bu formada hücum etməsi münaqişəni həm də Avropanın enerji təhlükəsizliyinə yönəlmiş ciddi təhdidə çevirir.
Münaqişənin başlanğıc nöqtəsi
Əvvəla onu qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsi keçmiş Sovet İttifaqının dağılması ilə yaranmış gərginlik ocaqlarından biridir və münaqişənin hərbi, psixoloji və siyasi təsirləri Qafqazda uzun illər ərzində özünəməxsus iqtisadi reallıqlar formalaşdırıb. Dağlıq Qarabağ beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın rəsmi ərazisi kimi tanınır və Ermənistan qoşunlarının işğal olunmuş torpaqları tərk etməsi barədə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi (822,853,874,884) mövcuddur.
Azərbaycanın mədəni və iqtisadi profili
Müstəqil olduğu ilk illərdən münaqişəyə cəlb olunması, torpaqlarının 20 faizinin işğal olunması, 1 milyon vətəndaşının qaçqın və məcburi köçkün düşməsi Azərbaycanın iqtisadi inkişafı üçün çox ciddi çağırışlar formalaşdırıb. Buna baxmayaraq, ölkə özünəməxsus iqtisadi idarəetmə modelini formalaşdıra bilib. Məhz bunun səbəbidir ki, Böyük Britaniya, İtaliya, İsveçrə, Türkiyə, Belçika və digər Avropa ölkələrinin BP, Total, Botaş, Fluxys, Enagas, Snam, Axpo və s. kimi iri transmilli korporasiyaları Azərbaycana milyard dollarlarla investisiya qoyurlar.
Məsələnin digər bir tərəfi ondan ibarətdir ki, Azərbaycan əhalisinin əksəriyyətini müsəlmanlar təşkil etsə də, ölkə çox zəngin multikultural və dini, mədəni irsə malikdir. Belə ki, Cənubi Qafqaz regionunun ən böyük Yəhudi və Rus icması yaşayan Azərbaycan həm də ölkənin minillik tarixinin zənginliyi hesab olunan qədim Alban xristianlığı irsinə sahibdir. Bütün bu faktlar beynəlxalq təşkilatlar və UNESCO tərəfindən müxtəlif hesabatlarda öz təsdiqini tapıb.
Azərbaycan Avropa və Asiya arasında qlobal dəyər zəncirlərinin fəal iştirakçısıdır. Avropa dəyərlərinə inteqrasiyanı əsas inkişaf siyasətlərindən biri kimi müəyyən etmiş Azərbaycan Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin mərkəzi subyekti, beynəlxalq nəqliyyat, enerji və logistika qovşağıdır. Gürcüstanın Supsa limanına qədər inşa edilən ilk kəmər Xəzər dənizi ilə Qara dənizi, ardınca realizə olunan Bakı-Tbilisi-Ceyhan neft kəməri (BTC) Aralıq dənizini birləşdirdi və nəhayət, daha sonra həmin marşrut boyu qaz kəməri inşa edildi. BTC sayəsində Avropa İttifaqının üzvü olan bəzi dövlətlərin neftə tələbatının böyük hissəsi Azərbaycan tərəfindən təmin edilir. Daşıma gücü on milyon tonlarla ölçülən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi isə Çindən Avropaya daşınma müddətini 30-35 gündən iki həftəyə qədər azaldır və Mərkəzi Asiyanın Avropa bazarına çıxış imkanını təmin edir.
Avropanın təhlükəsiz enerji ekosistemini sağlamlaşdırmaq meyillərində Azərbaycanın rolu
Avropanın enerji təhlükəsizliyinə xidmət edən mega-layihələrin implementasiyasını təmin etməklə Azərbaycanın regionun enerji xəritəsini dəyişib. Avropaya Xəzərin təbii qaz ehtiyatlarına çıxış təmin edən və 31 milyard kubmetrlik potensial daşıma gücü olan “Cənub Qaz Dəhlizi” Avropanın çoxdandır çalışdığı enerji kanallarının diversifikasiyası siyasətinə dəstək verib. İtaliya, Bolqarıstan, Bosniya və Herseqovina, Yunanıstan, Makedoniya, Albaniya və Serbiya kimi Avropa ölkələrini əhatə edən və ümumi kapital qoyuluşu 40 milyard ABŞ dolları olan 4 hissəli bu layihəyə qədər də Avropanın enerji təhlükəsizliyini təmin etmək məqsədilə fərqli platformalarda müxtəlif layihə təklifləri olub, ciddi investorlar bu məsələyə qoşulub. Ancaq reallıq odur ki, məhz bu layihə üzərində uyğun konyuktur şəraiti formalaşdırmağa nail olundu, regional ziddiyətləri əməkdaşlıq platformasına çevirməklə layihənin implementasiyası təmin olundu.
Əlbəttə, enerji resurslarının Avropaya nəqli Azərbaycan üçün də maraq kəsb edir, çünki ölkə bundan əlavə vəsaitlər əldə edir. Ancaq nəzərə alınmalıdır ki, Azərbaycan çox böyük çağırışlar və çətinliklərə baxmayaraq, bu layihələrin icrasından heç bir halda geri çəkilməyib. Əks halda bu gün Avropanın enerji xəritəsi indiki qaydada formalaşmaz, Xəzər dənizi isə Türkmənistan, Qazaxıstanın neft və qazının Avropaya istiqamətləndiyi platforma yox, Xəzərin qərbindən Şərqə istiqamətlənən enerji dəhlizi olardı.
Beləliklə, bu gün Azərbaycan karbohidrogen ehtiyatları üçün şaxələnmiş ixrac marşrutlarına malik olmaqla Avropa ölkələrinin enerji təhlükəsizliyini təmin edir. Ancaq Ermənistan bu layihələrdən kənarda qaldığı üçün bu layihələrə qarşı provokasiya etməkdə maraqlı tərəf kimi görünür. Belə ki, daha öncə də, yəni 2020-ci ilin iyul ayında da Ermənistan münaqişə zonasından xeyli aralıda yerləşən və qeyd olunan nəqliyyat, enerji və logistika dəhlizinin yerləşdiyi regiona (Azərbaycanın Tovuz rayonu) hücum etmiş, faktiki Avropanın gələcək enerji təhlükəsizliyi təhdid altına düşüb. Qafqaz, Mərkəzi Asiya regionu və Türkiyənin Avropa İttifaqı ilə iqtisadi, mədəni bağlılığını, inteqrativ inkişafını gücləndirən bu layihələri hədəf almaqla Ermənistan Avropanın gələcək strateji inkişaf yoluna da ləngidici təsir göstərir.
Buna müvafiq olaraq, Ermənistan qonşu ölkələrə qarşı ərazi iddialarından qurtulmağı bacarmalı, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etmək öhdəliyinə sadiqlik nümayiş etdirməlidir. Belə olan halda, bu ölkə də regional layihələrdə iştirak edə və Avro-Asiya dəyər axınlarının iştirakçısına çevrilə bilər.
Ayaz MÜSEYİBOV
İİTKM-in departament rəhbəri
Bölməyə aid digər xəbərlər

13-02-2026, 13:27
Yeni vergi güzəştləri tətbiq ediləcək
13-02-2026, 12:20
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
13-02-2026, 10:52
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
13-02-2026, 00:06
Tək yaşayanlar Sürixdə 3-4 otaqlı mənzil ala bilməyəcək
12-02-2026, 17:18
Əmək qabiliyyətini itirənlərə müavinət ödəniləcək
12-02-2026, 15:14
Pərviz Şahbazov İran səfiri ilə müzakirə aparıb
12-02-2026, 13:50
Süni intellekt Rusiyada işsizlərin sayını artırır
12-02-2026, 13:33
Fermerlərə subsidiya ödənişləri başlayır
12-02-2026, 11:12
Azərbaycanın yeni rəqəmsal arxitekturası...
12-02-2026, 10:43
"Temu" "endirim kartları"nı bloklayıb
11-02-2026, 18:06
Azərbaycan üzərindən Ermənistana taxıl tədarükü artacaq
11-02-2026, 16:16
Deputatın oğlu 14 minlik tenderin qalibi olub
11-02-2026, 15:44
“Lukoil” xaricdəki bütün aktivlərini satır
11-02-2026, 15:17
“Kapital Bank” müştərilərinin kartlarını kütləvi bloklayıb
11-02-2026, 14:38
Pensiyalar yeni artımla birgə ödəniləcək
11-02-2026, 07:58
Ən çox mis hansı ölkədə istehsal olunur?
10-02-2026, 18:36
Ən böyük iqtisadi ərazilər... - Siyahı
10-02-2026, 16:46
Putinin qurduğu hərbi iqtisadiyyat çökmək üzrədir
10-02-2026, 12:03
Rusiya neft bazarında payını itirir
10-02-2026, 11:26
Bakıda "Tramp Marşrutu" ilə bağlı müzakirə aparılıb
10-02-2026, 08:55
Aİİ və Monqolustan rüsumları azaldacaq
9-02-2026, 17:20
Əmək pensiyaları indeksləşdirilir - (Yenilənib) - Sərəncam
9-02-2026, 17:03
Sahibkarlıq sahəsində aparılan yoxlamalar daha bir il dayandırılıb
9-02-2026, 13:52
Təbii minerallar iki ölkə arasında rəqabəti artırıb
8-02-2026, 08:55
"Starlink" interneti tam nəzarətə götürmək istəyir
6-02-2026, 22:43
Rusiyanın qızıl ehtiyatları 400 milyard dolları keçib
6-02-2026, 18:12
Prezident investisiya təşviqi qaydasına dəyişiklik edib - Fərman
6-02-2026, 15:07
Hindistan Rusiyanı Venesuela ilə əvəz edib
6-02-2026, 12:28
Bank və dövlət sektorlarına fişinq cəhdi müəyyən olunub
6-02-2026, 11:30
İşçi qrupun növbəti iclası keçirilib
6-02-2026, 10:13
İlon Mask öz smartfonunu istehsal etmək istəyir
5-02-2026, 16:03
Ən etibarlı avtomobillər hansılardır? - Siyahı
5-02-2026, 14:27
Əkrəm Həsənov: Camaatda pul yoxdur ki, manatı dollara çevirsin
5-02-2026, 13:31
Dünya bazarında mis kəskin ucuzlaşıb
5-02-2026, 12:19
Aqşin Fatehin restoranında saxta içkilər satılırmış - Fotolar
5-02-2026, 10:57
İdxaldan asılı olan ölkələr... - Siyahı
5-02-2026, 07:49
Ukraynanın dövlət borcu sürətlə artır
4-02-2026, 18:38
Avrasiya İqtisadi İttifaqı problemdən çıxış yolu axtarır - Foto
4-02-2026, 10:17
Mərkəzi Bank uçot dərəcəsini azaldıb
4-02-2026, 00:21
İlon Mask “SpaceX” və “xAI” şirkətlərini birləşdirib
3-02-2026, 11:06
"Evrascon" çöküb - Şirkətin borcu 7 milyona çatır
3-02-2026, 10:55
"Azvvallet"ə qadağa qoyulub
3-02-2026, 10:01
36 mənzili alan olmayıb - 1,8 milyonluq tender ləğv edilib
3-02-2026, 09:31
Pensiya üçün ən yaxşı ölkələr... - Siyahı
3-02-2026, 07:42
Dollar və istiqrazlarla bağlı təhlükəli dəyişiklik baş verə bilər
3-02-2026, 00:14
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
2-02-2026, 11:57
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
2-02-2026, 10:21
Vergi və gömrük sahəsində yeni güzəştlə bağlı qərar imzalanıb

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək