Tarix: 07-02-2017 10:23 | Bölmə: İqtisadiyyat

Moody's" beynəlxalq reytinq agentliyi "B3" səviyyəsində olan uzunmüddətli yerli və xarici valyuta depozitləri üzrə reytinq və "Not-Prime" səviyyəsində olan qısamüddətli yerli və xarici valyuta üzrə reytinq də daxil olmaqla "Unibank" ASC-nin reytinqini geri çağırıb.
Agentlikdən "APA-Economics"ə verilən xəbərə görə, bununla yanaşı, agentlik bankın kreditin baza qiymətləndirilməsi reytinqini "b3" səviyyəsində, kontragentin risk qiymətləndirməsini isə "B2/Not-Prime” səviyyəsində təyin edərək geri çağırıb. Reytinqin geri çağırılmasından əvvəl isə bankın uzunmüddətli depozit reytinqi üzrə proqnozu neqativ olub.
Agentliyin analitikləri bildirir ki, reytinqin qorunub saxlanılması üçün bank agentliyə kifayət qədər məlumat vermir və verilən məlumatlar da həqiqəti əks etdirmir. Buna görə, "Moody's" bankın reytinqini geri çağırmalı olub.
Bankdan verilən məlumata görə, aktivlərin ümumi həcmi 2016-cı il oktyabrın 1-nə 727,6 mln. manat təşkil edir.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək