15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Fərdi sahibkar maliyyə dəstəyini necə alır? - Nazirlikdən izahat
Tarix: 16-09-2020 14:15 | Bölmə: İqtisadiyyat

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar tətbiq olunan məhdudiyyətlər və iqtisadi fəallığın azaldılması özəl sektora ciddi təsir göstərib.
Mia.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, Azərbaycan hökuməti mənfi təsirlərin minimallaşdırılması və sahibkarların bu çətin durumda daha geniş dəstəklənməsi məqsədilə mühüm addımlar atıb. Bu, ilk növbədə, sahibkarlara maliyyə dəstəyinin göstərilməsi, kredit resurslarına daha asan çıxışının təmin edilməsi və vergi yükünün azaldılması, pandemiyayadək alınan kreditlər üzrə faizlərin əhəmiyyətli hissəsinin subsidiyalaşdırılması kimi mühüm istiqamətləri əhatə edir.
Maliyyə dəstəyi mexanizmindən 132 mindən yuxarı sahibkar faydalanıb
Koronavirus pandemiyasının sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması məqsədilə ölkə prezidentinin 19 mart 2020-ci il tarixli sərəncamı və Nazirlər Kabinetinin 4 aprel 2020-ci tarixdə təsdiq etdiyi Tədbirlər Planına əsasən, pandemiyadan zərər çəkmiş sahibkarlara və onların muzdlu işçilərinə maliyyə dəstəyi proqramı dövlət büdcəsi tərəfindən ayrılmış vəsaitlər çərçivəsində həyata keçirilir. Belə ki, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün dövlət tərəfindən 215 milyon manat, fərdi və mikro sahibkarlara göstərilən maliyyə dəstəyi çərçivəsi isə 80 milyon manat, ümumilikdə 295 milyon manat vəsait ayrılıb.
Maliyyə dəstəyi 2 proqram üzrə həyata keçirilib. Muzdlu işçilərə dəstək proqramı vergi ödəyicilərinin 1 aprel və 1 iyul 2020-ci il tarixinə olan aktiv əmək müqavilələrinə əsasən işçilərin iki aylıq əmək haqlarının ödənilməsini nəzərdə tutur. Fərdi sahibkarlara maliyyə dəstəyi isə onlar tərəfindən 2019-cu il ərzində dövlət büdcəsinə ödədikləri verginin məbləğindən asılı olaraq həyata keçirilir. Hər iki dəstək proqramı 2 mərhələləridir.
Aprel ayından başlayan maliyyə dəstəyi proqramından indiyədək 1-ci mərhələ çərçivəsində 25 min vergi ödəyicisi 216 min muzdlu işçisi üçün 98,5 milyon manat, 107 223 fərdi sahibkar isə 63,7 milyon manat maliyyə dəstəyi əldə edib. Avqust-sentyabr aylarında isə 2-ci mərhələ üzrə maliyyə dəstəyi çərçivəsində 22.885 vergi ödəyicisi 234 355 muzdlu işçisi üçün 101,9 milyon manat vəsait alıb, 49 887 fərdi sahibkar isə dövlətdən daha 12,47 milyon manat dəstək əldə edib. Beləliklə, bu günədək dövlət tərəfindən ayrılmış vəsaitlərin muzdlu işçilərə dəstək üzrə proqramı üzrə 93,7%-i, fərdi sahibkarlar üzrə 95,2%-i sahibkarlara ödənilib.
Fərdi sahibkar maliyyə dəstəyini necə alır?
Son günlər bəzi informasiya vasitələrində ayrı-ayrı sahibkarlıq subyektləri tərəfindən maliyyə dəstəyinin əldə edilməsi ilə bağlı narazılıqlar ifadə edilib. Belə şikayətlərdən biri də fərdi sahibkar Elxan Qədirovla bağlıdır. E.Qədirov yerli mətbuata verdiyi açıqlamada bildirib ki, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində dövlətdən ancaq cari ilin aprel ayında 355 manat məbləğində birdəfəlik maliyyə dəstəyi alıb və ötən dövr ərzində heç bir əlavə yardım almayıb. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məsələ ilə bağlı sahibkarın müraciətini araşdırıb.
Xidmətdən bildirilib ki, Qədirov Elxan Malik oğluna (VÖEN: 1502348632) cari ilin aprel ayında “Fərdi sahibkarlara dəstək proqramı” üzrə 364 manat məbləğində birdəfəlik maliyyə dəstəyi göstərilib. Vergi ödəyicisinin əmək müqaviləsi ilə çalışan işçisi qeydə alınmadığı üçün ona “Əmək ödənişləri ilə bağlı dəstək proqramı” üzrə dəstəyin göstərilməsi mümkün olmayıb. Fərdi sahibkarın aprel ayı istisna olmaqla, ötən müddət ərzində dövlət maliyyə yardımı əldə etməməyinin səbəbi onun vergi orqanlarına təqdim etdiyi hesabatlarda əmək müqaviləsi ilə çalışan işçisinin qeyd olunmamasıdır.
İşçisi olmadığı və işlədiyi obyektdə özü çalışdığı üçün E.Qədirov yalnız fərdi sahibkarlar üçün nəzərdə tutulan maliyyə dəstəyi üzrə müraciət etmək hüququndan istifadə edib. Dövlət maliyyə yardımı çərçivəsində fərdi sahibkarın ala biləcəyi vəsaitin məbləği onun 2019-cu il ərzində büdcəyə ödədiyi verginin məbləğinə uyğun olaraq müəyyən edilir. Bu səbəbdən də fərdi sahibkar Elxan Qədirova 2019-cu il ərzində onun büdcəyə olan vergi ödənişlərinin həcmi qədər maliyyə yardımı göstərilib.
Avqust ayında dövlət tərəfindən maliyyə dəstəyinin ikinci mərhələsi çərçivəsində fərdi sahibkarlara təkrarən vəsait ödənilib. İkinci dəfə maliyyə dəstəyi almaq hüququndan bütövlükdə 50 minədək fərdi sahibkar faydalanıb. Bir daha nəzərə çatdırılır ki, sahibkarlara ödənilən maliyyə vəsaitlərin həcmi və ödənilmə meyarları Nazirlər Kabinetinin müəyyən etdiyi qaydalara əsasən həyata keçirilir.
İqtisadçı alim, millət vəkili Vüqar Bayramov hesab edir ki, dövlətin maliyyə dəstəyi mexanizmi kifayət qədər asan anlaşılandır və maliyyə dəstəyinin göstərilməsi üzrə şəffaf və hər bir şəxs tərəfindən aydın başa düşüləcək meyarlar mövcuddur. Bundan başqa, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan və dövlət maliyyə yardımını almış vergi ödəyicilərinin tam siyahısı, hər birinin adı və VÖEN-i İqtisadiyyat Nazirliyinin və Dövlət Vergi Xidmətinin rəsmi saytında mütəmadi yenilənməklə açıq şəkildə (www.taxes.gov.az) yerləşdirilir və maraqlanan hər bir şəxs maliyyə dəstəyi almış şəxslər barədə açıq mənbələrdə geniş məlumat əldə edə bilər.
Vergi tətilləri və güzəştlər paketi...
İqtisadçı ekspert bildirir ki, dövlətin sahibkarlara göstərdiyi dəstək bununla bitmir. Pandemiyanın təsirlərinin minimallaşdırılması üçün geniş vergi güzəştləri paketi təqdim olunub. Bu dəstək paketinə ümumi dəyəri 130 milyon manat olan vergi və sosial güzəşt paketinə pandemiyanın bilavasitə təsir etdiyi fəaliyyət sahələri üzrə vergi ödəyicilərinə 2021-ci il yanvarın 1-nə qədər dövr üzrə bir sıra vergi güzəştləri və vergi tətillərinin verilməsi, əmlak və torpaq vergiləri üzrə tam məbləğdə azadolma, əldə edilən mənfəətin, gəlirin 75%-i miqdarında vergi güzəşti, fiziki şəxslərdən daşınmaz əmlakın icarəsi üzrə ödəmə mənbəyində tutulan verginin 50%-ə endirilməsi, ictimai iaşə və ölkədaxili sərnişindaşıma fəaliyyəti üzrə sadələşdirilmiş vergi məbləğinə 50% güzəştin verilməsi kimi əhəmiyyətli tədbirlər də daxildir. Bundan başqa, mikrosahibkarlıq subyektlərinə 2021-ci il yanvarın 1-nə qədər sadələşdirilmiş vergi üzrə 50% vergi güzəştinin verilməsi, həmçinin vergilərin, cari vergi ödəmələrin hesablanması və ödənilməsi üzrə vergi tətilləri verilib.
Sahibkarlar üçün ucuz kreditlərə çıxış imkanları yaradılıb
V.Bayramovun sözlərinə görə, sahibkarlığa mühüm dəstək mexanizmlərindən biri də məhdudlaşdırma tədbirləri nəticəsində biznes itkilərinə məruz qalmış sahibkarlara əlavə dəstək məqsədilə dövlət tərəfindən güzəştli kreditlər paketidir. Sahibkarlara bizneslərini inkişaf etdirmək, ucuz kredit resurslarına çıxış imkanı yaratmaq məqsədilə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi mexanizmi təsdiq olunub.
Bundan başqa, sahibkarlara veriləcək yeni kreditlərin 60%-nə dövlət zəmanətinin verilməsi və həmin kreditlər üzrə faizlərin yarısının subsidiyalaşdırılması, eləcə də 10 mart 2020-ci tarixinə mövcud kredit borcu olan sahibkarların kredit faizlərinin 10 faizinin dövlət tərəfindən maliyyələşdirilməsi üçün üzrə yeni mexanizmlər işə salınıb. Bu dəstək 1,5 milyard manat kredit portfelini əhatə edir. Sahibkarlar üçün yaradılmış bu imkanlar ucuz maliyyə vəsaitlərinə çıxışı asanlaşdırmaqla yanaşı, bank kreditlərinin iqtisadi artımı dəstəkləməsini təmin edir.
Ekspert hesab edir ki, İqtisadiyyat Nazirliyi tərəfindən bütün dəstək proqramları çərçivəsində tətbiq edilən mexanizmlər şəffaflıq, dürüstlük və effektivlik meyarlarına söykənir. İstər maliyyə dəstəyi mexanizmləri, istər dövlət tərəfindən təqdim edilmiş digər dəstək alətləri çərçivəsində hər hansı çətinliklə rastlaşan istənilən sahibkar İqtisadiyyat Nazirliyinə müraciət edərək məsələsini aydınlaşdıra bilər. Millət vəkili əminliyini ifadə edib ki, nazirlik öz növbəsində, sahibkarı dinləməyə və qarşıya çıxan məsələlərdə dəstək göstərməyə hazırdır.
Bölməyə aid digər xəbərlər

13-02-2026, 13:27
Yeni vergi güzəştləri tətbiq ediləcək
13-02-2026, 12:20
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
13-02-2026, 10:52
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
13-02-2026, 00:06
Tək yaşayanlar Sürixdə 3-4 otaqlı mənzil ala bilməyəcək
12-02-2026, 17:18
Əmək qabiliyyətini itirənlərə müavinət ödəniləcək
12-02-2026, 15:14
Pərviz Şahbazov İran səfiri ilə müzakirə aparıb
12-02-2026, 13:50
Süni intellekt Rusiyada işsizlərin sayını artırır
12-02-2026, 13:33
Fermerlərə subsidiya ödənişləri başlayır
12-02-2026, 11:12
Azərbaycanın yeni rəqəmsal arxitekturası...
12-02-2026, 10:43
"Temu" "endirim kartları"nı bloklayıb
11-02-2026, 18:06
Azərbaycan üzərindən Ermənistana taxıl tədarükü artacaq
11-02-2026, 16:16
Deputatın oğlu 14 minlik tenderin qalibi olub
11-02-2026, 15:44
“Lukoil” xaricdəki bütün aktivlərini satır
11-02-2026, 15:17
“Kapital Bank” müştərilərinin kartlarını kütləvi bloklayıb
11-02-2026, 14:38
Pensiyalar yeni artımla birgə ödəniləcək
11-02-2026, 07:58
Ən çox mis hansı ölkədə istehsal olunur?
10-02-2026, 18:36
Ən böyük iqtisadi ərazilər... - Siyahı
10-02-2026, 16:46
Putinin qurduğu hərbi iqtisadiyyat çökmək üzrədir
10-02-2026, 12:03
Rusiya neft bazarında payını itirir
10-02-2026, 11:26
Bakıda "Tramp Marşrutu" ilə bağlı müzakirə aparılıb
10-02-2026, 08:55
Aİİ və Monqolustan rüsumları azaldacaq
9-02-2026, 17:20
Əmək pensiyaları indeksləşdirilir - (Yenilənib) - Sərəncam
9-02-2026, 17:03
Sahibkarlıq sahəsində aparılan yoxlamalar daha bir il dayandırılıb
9-02-2026, 13:52
Təbii minerallar iki ölkə arasında rəqabəti artırıb
8-02-2026, 08:55
"Starlink" interneti tam nəzarətə götürmək istəyir
6-02-2026, 22:43
Rusiyanın qızıl ehtiyatları 400 milyard dolları keçib
6-02-2026, 18:12
Prezident investisiya təşviqi qaydasına dəyişiklik edib - Fərman
6-02-2026, 15:07
Hindistan Rusiyanı Venesuela ilə əvəz edib
6-02-2026, 12:28
Bank və dövlət sektorlarına fişinq cəhdi müəyyən olunub
6-02-2026, 11:30
İşçi qrupun növbəti iclası keçirilib
6-02-2026, 10:13
İlon Mask öz smartfonunu istehsal etmək istəyir
5-02-2026, 16:03
Ən etibarlı avtomobillər hansılardır? - Siyahı
5-02-2026, 14:27
Əkrəm Həsənov: Camaatda pul yoxdur ki, manatı dollara çevirsin
5-02-2026, 13:31
Dünya bazarında mis kəskin ucuzlaşıb
5-02-2026, 12:19
Aqşin Fatehin restoranında saxta içkilər satılırmış - Fotolar
5-02-2026, 10:57
İdxaldan asılı olan ölkələr... - Siyahı
5-02-2026, 07:49
Ukraynanın dövlət borcu sürətlə artır
4-02-2026, 18:38
Avrasiya İqtisadi İttifaqı problemdən çıxış yolu axtarır - Foto
4-02-2026, 10:17
Mərkəzi Bank uçot dərəcəsini azaldıb
4-02-2026, 00:21
İlon Mask “SpaceX” və “xAI” şirkətlərini birləşdirib
3-02-2026, 11:06
"Evrascon" çöküb - Şirkətin borcu 7 milyona çatır
3-02-2026, 10:55
"Azvvallet"ə qadağa qoyulub
3-02-2026, 10:01
36 mənzili alan olmayıb - 1,8 milyonluq tender ləğv edilib
3-02-2026, 09:31
Pensiya üçün ən yaxşı ölkələr... - Siyahı
3-02-2026, 07:42
Dollar və istiqrazlarla bağlı təhlükəli dəyişiklik baş verə bilər
3-02-2026, 00:14
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
2-02-2026, 11:57
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
2-02-2026, 10:21
Vergi və gömrük sahəsində yeni güzəştlə bağlı qərar imzalanıb

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək