Tarix: 11-01-2017 12:48 | Bölmə: İqtisadiyyat

Azərbaycan Dövlət Neft Fondu bu il Azərbaycan Mərkəzi Bankına (AMB) 7,5 milyard manatadək transfert həyata keçirəcək.
Reyting.az-ın məlumatına görə, deputat Vahid Əhmədov Modern.az-a deyib ki, büdcə gəlirlərinin təsdiq edilməsi manatın dəyərdən düşməsinin qarşısını ala bilər.
Vahid Əhmədov bildirib ki, 2017-ci ildə Azərbaycanda real iqtisadiyyatın, yol xəritəsinin inkişafı ilə əlaqədar manatın daha çox dəyərdən düşməməsi üçün belə bir addımın atılması nəzərdə tutulur: "Bu hələlik nəzəriyyədir. Hesab edirəm ki, manat onsuz da gec-tez öz dəyərini almalıdır. Cənab prezident onu nəzərdə tutur ki, 2017-ci il Azərbaycan iqtisadiyyatı üçün dönüş ili olacaq. Həmçinin, sahibkarlığa yardım məqsədilə Azərbaycan iqtisadiyyatının inkişafı üçün manatı müəyyən qədər qoruyub saxlamaq mümkün olsun. Amma yenə də hesab edirəm ki, gec-tez manatı bazar səviyyəsində tələb-təklifə, idxal-ixraca uyğun olaraq tənzimləməliyik. Belə addımın atılması müsbət haldır. Manatın qorunub saxlanılması birbaşa Azərbaycan iqtisadiyyatına öz təsirini göstərəcək”.
Vahid Əhmədov dollar qıtlığından da söz açıb:
"Dolların satışı çox məhduddur. Faktiki olaraq, yoxdur. Yalnız "qara bazar”dadır. Bu da o vaxta qədər davam edəcək ki, manat gəlib ona uyğunlaşsın. Bu məsələyə də baxmaq lazımdır. Manatın stabil qalması vacib məsələlərdən biridir.
Həmçinin, bankların üzərində iş getməlidir. Bankların birləşdirilməsi, təmərküzləşməsi prosesi getməlidir. Məsələlər çoxdur. Sözlə demək mümkün deyil. Çox ciddi işlər görülməlidir”.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək