Tarix: 05-01-2017 12:10 | Bölmə: İqtisadiyyat
Azərbaycan Mərkəzi Bankı (AMB) 2017-ci ildə uçot dərəcəsinin artacağını istisna etmir.
2016-cı ildə Azərbaycanda uçot dərəcəsi 4 dəfə artıb. Sonuncu dəfə uçot dərəcəsi 2016-cı il sentyabrın 14-də 9,5%-dən 15%-dək artırılıb.
Reyting.az-ın xəbərinə görə, Mərkəzi Bankdan "İnterfaks-Azərbaycan” agentliyinə bildiriblər ki, 2017-ci ildə pul kütləsinin sterilləşdirilməsi zərurəti yarandıqda, bu məqsədlə uçot dərəcəsinin artırılması AMB-nin diqqət mərkəzində olacaq”.
Cari ildə Mərkəzi Bankın pul siyasəti alətləri monetar məqsədlərə nail olunmasına yönəldiləcək.
"2017-ci ildə AMB bankların qısamüddətli likvidliyinin idarə olunması üçün qısamüddətli resursların cəlb olunması üzrə alətlərdən geniş şəkildə istifadə etməyi planlaşdırır.
Bu il Mərkəzi Bank açıq bazarda aktiv əməliyyatları da davam etdirəcək. Bu əməliyyatlara depozit hərracları və AMB-nin qısamüddətli notlarının yerləşdirilməsi daxildir”, - deyə məlumatda qeyd edilir.
AMB 2017-ci ildə ortamüddətli məcburi rezervləşdirmə normaları rejimini tətbiq etməyi planlaşdırır ki, bu da banklara likvidliyi çevik şəkildə idarə etməyə imkan verəcək.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək